Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Arazın suyu mədə xərçənginə səbəb olur - Şok
  • Nazirlik əhaliyə bildirişlər göndərməyə başladı
  • Balansını artır, Azercell-dən “Umico”ya ikiqat keşbək qazan!
  • Kasıb ölkələrdəki insanlar öləcək? Dözülməzdir - Prezident
  • AZƏRBAYCANIN CƏSUR OĞULLARI HEÇ VAXT UNUDULMUR
  • Karantin nə qədər davam edəcək?.. - Prezident
  • 2021-də yaşanacaq fəlakətlər göstərildi... - Video
  • Görür: Bu şəhərlərdə güclü zəlzələlər olacaq
  • İyulun 20-dək yalnız bu sahələrin fəaliyyətinə icazə verilir - SİYAHI
  • Yeni seçilən deputatların mobil nömrələri - TAM SİYAHI
  • “Günəşsiz, dənizsiz, meyvəsiz qalan insanlar payızda “çökəcək”” – Həkim xəbərdarlıq edir
  • İlham Əliyev Trampa məktub göndərdi
  • Koronavirusun yayılmasına təsir edən amillər açıqlandı
  • Koronavirusa yoluxanlar bu halda həbs ediləcək - TƏBİB-dən XƏBƏRDARLIQ
  • Rayonlara gediş-gəlişə nə zaman icazə veriləcək? - Prezidentin köməkçisi açıqlayır
  • Bu şəxslərin icazəsi LƏĞV EDİLƏCƏK - RƏSMİ
  • Payızda İKİNCİ DALĞA GƏLİR? - TƏBİB-dən əhaliyə ÇAĞIRIŞ
  • Operativ Qərargahın brifinqi - Canlı
  • Xaçmaz Mərkəzi rayon kitabxanasında Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları dezinfeksiya tədbirləri gördülər.
  • Litva və Almaniya hərbi kontingentlərinin qarşılıqlı olaraq öz ərazilərində yerləşdirilməsinə dair saziş imzalayıblar
  • Şok: Hər ay poçtla 9 min paket narkotik göndərilir
  • DİN: 8103 nömrəsinə əsassız müraciət edən 88 nəfərin kimliyi müəyyənləşdirilib
  • Ölkəmizdə 18 jurnalist koronaya yoluxdu, 1-i öldü - Video
  • Poliklinikaların koronavirusla mübarizədə görəcəyi işlər..
  • Kimlər koronavirusu ağır keçirir? - PROFESSORDAN AÇIQLAMA
  • 28 Mayıs 2018, 17:16   
        801
    Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar tədbir keçirilib

    Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar tədbir keçirilib

    Mayın 27-də Bakıda "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr edilən tədbir keçirildi. Tədbir iştirakçıları öncə Bakıdakı I Şəhidlər Xiyabanını, Türk şəhidliyi Kompleksini və 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun əabidəsini ziyarət etdilər. Daha sonra tədbir Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbayel rayon şöbəsinin akt zalında davam etdirildi.
    Yubiley mərasimini “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Tərəqqi” medalının mükafatçısı, Qarabağ qazisi Şamil Sabiroğlu açdı. Azərbaycanın Dövlət Himni ifa edildi, şəhidlərin xatirəsi 1 dəq.sükutla yad olundu. Ş.Sabiroğlu 100 il öncə yaradılan və cəmi 23 ay fəaliyyət göstərən AXC-nin ictimai-siyasi əhəmiyyətini qeyd etdi. O, tədbirdə İraq Türkmən Cəbhəsinin nümayəndələrinin, ölkəmizdə fəaliyyət göstərən fəal QHT əməkdaşlarının, habelə, ziyalıların, tələbə-gənclərin iştirak etdiklərini xatırlatdı. "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi sədrinin müavini Dilbər Sultanova, Birliyin Qadınlar Şurasının sədri Ayna Allahyarqızı, “Dünya Gənc Türk Yazarlar” birliyinin qurucusu, “Tərəqqi” medalının mükafatçısı Əkbər Qoşalı, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Ədalət Məhərrəmov, “Qürur” Şəhid Ailələri Xeyriyyə ictimai birliyinin sədri, şəhid Milli Qəhrəman Səfiyar Behbudovun bacısı Naibə Behbudova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şairə Güləmayıl Murad, “djb.az”saytının rəhbəri Almaz İlahə Əhmədova, “dunyaxeber” İnformasiya agentliyinin rəhbəri Dünyaxanım Əliyeva, “Talk TV” İnternet Televiziyasının icraçı direktoru Mehriban Sadıqova, ehtiyatda olan polkovnik, yazıçı-publisist Hikmət Xudiyev, Ağdamın tanınmış ziyalılarından olan Saleh Məmmədov, şəhid Mahir Mirzəyevin atası Sabir müəllim, şairə Gilə Bayramova, “Aşıq Pəri Məclisi”nin üzvü, şairə- bədii qiraət ustası Aida Gülzar, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin İdarə heyətinin üzvü, Xocalı rayonunun Kərkicahan qəsəbəsindən məcburi köçkün Nazim Hüseynov və başqaları İraqın Kərkük vilayətindən gələn hörmətli qonaqları salamladılar, habelə, Cümhuriyyət gününün mühüm əhəmiyyətini qeyd etdilər.
    İraq Türkmən Cəbhəsinin mətbuat katibi, Türk dünyası Jurnalistlər Birliyinin rəhbəri Turqut Hürmüzlü, İraq Türkmən Cəbhəsi Siyasi Araşdırma Mərkəzinin əməkdaşı Mardin Gögqaya, İraq Türkmənləri Şəhidlər Birliyi sədrinin müavini Nazim Takı Azərbaycanda qonaq olduqlarına və tədbirə dəvət edildiklərinə görə təşkilatçılara öz minnətdarlıqlarını bildirdilər. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsi Simarə Məmmədova, şairələrdən Almaz İlahə Əhmədova, Gilə Bayramova, Aidə Gülzar Vətənə, torpağa həsr edilən şeirlər söylədilər. "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri Şamil Sabiroğlunun əmrinə əsasən qonaqlar xüsusi diplomlarla təltif edildilər.
    Daha sonra qonaqların şərəfinə iftar süfrəsi açıldı.

    Şamilə Şamilqızı,
    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi.


    Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
    Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
    Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
    Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
    Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
    Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
    Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
    Fotolar: Ramil Muradov, Simarə Məmmədova və Ravin Həsənova məxsusdur.
    Bakı,28.05.2018.
    loading...