Xəbər lenti
Axtar
Ən çox oxunan
  • "Sarkisyan əlləri qandallı Azərbaycan məhkəməsinə gətiriləcək" - ŞƏRH
  • Azərbaycan Ermənistanı QORXUYA SALDI - İrəvan rəhbərliyi TƏCİLİ TOPLANDI
  • Hamilə qalmaq istəyənlər şəkərli içkilərdən uzaq dursun – ŞOK ARAŞDIRMA
  • Kişilərə özəl: İdeal seks üçün yataqda 10 QIZIL QAYDA
  • Ermənilər Azərbaycan mahnısı ilə bayram edir - Video
  • SON DƏQİQƏ: Cavid Qurbanov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı TƏYİN OLUNDU
  • Vanqanın yeni öncəgörməsi yayıldı – Dünyanın tək lideri bu ölkə olacaq
  • Qarabağın yeni görüntüləri yayıldı - Video
  • Yer altında cəhənnəm səsləri - DƏHŞƏTLİ SƏS YAZISI
  • Nazirlər Kabinetinin YENİ TƏRKİBİ təsdiqləndi - VİDEO
  • Komitə ləğv edildi: səlahiyyətləri bölüşdürüldü - Video
  • Daha 20 yüksək post prezident sərəncamını gözləyir - SİYAHI...
  • Azərbaycanın baş nazirləri - Siyahı
  • Hacıbala Abutalıbov yola salınır - EKSKLÜZİV
  • Prezident Komitəni ləğv etdi
  • Ermənistan bir neçə hissəyə parçalanacaq... – Ssenari
  • Azərbaycan prezidenti ilk rəsmi səfərini Türkiyəyə edəcək
  • Prezident andiçmədən sonra ilk ora getdi - Foto
  • DİQQƏT! Xaricdən gələn zənglər təhlükəlidir! -
  • KİV-ə BU HALDA senzura və məhdudiyyət qoyula bilər - LAYİHƏ
  • "Votsap"da NÖVBƏTİ YENİLİK - Bundan sonra şəkillər...
  • Qarğalar ölülərini belə "dəfn" edir
  • III Dünya müharibəsi gözlənilir – General
  • Prezident İlham Əliyev xalqa müraciət etdi - Video
  • "Feysbuk" məhdudiyyətlər qoyacaq
  • 31 Mrt 2018, 22:39   
        294
     Ziyalılar Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdilər

    Ziyalılar Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdilər

    XX əsrin ən dəhşətli faciələrindən biri 1918-ci il martın 30-dan aprelin 3-dək olan dövrdə Azərbaycanın bir çox şəhər və rayonlarında baş verib. Erməni daşnaklarının lideri Stepan Şaumyanın rəhbərliyi altında fəaliyyət göstərən silahlı erməni terrorçuları dinc əhaliyə divan tutdular.
    Azərbaycanın paytaxtı Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlar zamanı 12 minə yaxın (qeyri rəsmi məlumatlara görə 30.000 nəfər) azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
    Azərbaycanın sabiq Dövlət Başçısı, Ümumilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart - azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur.
    Martın 31-də Abşeron rayon Təhsil şöbəsinin əməkdaşları, bu rayonun ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin nümayəndələri, habelə, ictimaiyyət nümayəndələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdilər.Abşeron rayon Təhsil şöbəsinin və Xırdalan şəhərində fəaliyyət göstərən "Ulduz" Kurslarının birgə təşkilatçılığı ilə baş tutan anım mərasimində rayon Təhsil şöbəsinin müdiri Nazilə Məmmədova, "Ulduz" Kurslarının direktoru Ruslan Əliyev, Xocalı şəhər 2 nömrəli tam orta məktəbinin direktor əvəzi, Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova, Cəbrayıl rayonundakı Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, "fact-info.az"və "xebertv.az" saytlarının redaktoru, "Tərəqqi" medalının mükafatçısı Şamil Sabiroğlu, "Qafqaz-media" İctimai Birliyinin sədri, "Qafqaz press" adlı saytın və "Borçalı" qəzetinin baş redaktoru Hacı Azadə-Taleh Abbasqızı və başqaları iştirak etdilər.
    Tədbir iştirakçıları soyqırım qurbanlarının əziz xatirəsinə həsr edilən abidə önünə gül dəstələri düzdülər, şəhidlərin ruhunu şad etmək üçün salavat çevirdilər.

     Ziyalılar Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdilər
     Ziyalılar Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdilər

    Şamilə Şamilqızı,
    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin II kurs tələbəsi.
    Fotolar: "Abşeron təhsili"qəzetinin baş redaktoru Firuz Dadaşova məxsusdur.
    Bakı, 01.04.2018.
    loading...