Xəbər lenti
Axtar
14 Şub 2018, 04:43   
    919
 Xaçmaz rayon Mərkəzi kitabxanasında Beynalxalq Kitab Bağışlama Gününə həsr edilən tədbir keçirildi.


XEBERTV.AZ xəbər verir ki, 14 fevral 2017- ci il tarixində Xaçmaz rayon Mərkəzi kitabxanasında Beynalxalq Kitab Bağışlama Gününə həsr edilən tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Xaçmaz rayon MKS direktoru A.Əlifxanov Kitab bağışlama gününün əhəmiyyətindən danışaraq qeyd etdi ki, bu bayram təqvimdə ən gənc bayramlardandır. 2011-ci ildə Amerikanın Minessota əyalətində yaşayan 6 yaşındakı Emmi Brodmoor adlı kiçik qiz “Kitab vermə Günü” adlı bayramı uydurmuşdur.Bütün dostlarını və ailə üzvlərini də bu bayramda bir biriylə kitab dəyişdirməyə məcbur etmişdir.2012 ci ildə Jaskin anası uşaq kitabları bloqunda bütün kitabsevərləri, uşaqlara kitab hədiyyə edərək “Kitab vermə Günü”-nü qeyd etməyə dəvət etmişdir. 2013–cü ildən başlayaraq Cənubi Amerikadan Braziliyaya, Sinqapurdan,İngiltərəyə,Hindistandan Yeni Zellandiyaya qədər çox fərqli ölkədən bloqgerlər birlikdə hərəkət edərək insanları, o günü uşaqlara kitab vermə günü olaraq qeyd etməyə çaqırmışdır. O gündən etibarən dünyanın bir çox ölkəsində 14 fevral “Beynəlxalq Kitab Bağışlama günü” olaraq qeyd edilir. Xaçmaz Regional Mədəniyyət və Turizm idarəsinin məsləhətçisi Zöhrab Əmrahov çıxış edərək bildirmişdir ki, çağdaş Azərbaycanın elmi mədəni inkişafı, sosial iqtisadi indeksinin yüksəlməsi, turizm sferasının tərəqqisi informasiya maarifləndirmə və təbliğat funksiyasını yerinə yetirən kitabxanalarda yeni metodların tədbiqini müasir formatla tədbirlərin keçirilməsini tələb edir. Belə təbirlərin keçirilməsi oxucuların hərtərəfli şəxsiyyət kimi yetişməsinə köməklik gösdərir. Təhsil şöbəsinin metodisti İmran Müseyibov məktəblilərin kitabxanaya cəlb edilməsində bu kimi tədbirlərin əhəmiyyətindən söz açdı. Yerli yazarlardan Mehrəli Quliyev , Məhərrəm, Mustafa, Qızbəs, Oruc, Məmməd, Qədir yeni şeirləriliə tədbir iştirakçılarının tanış etdilər.Fəal oxuculardan Tahir Musayev, Vaqif Qədimov bu cür tədbirlərin keçirilməsinin vacibliyindən danışdılar.Uşaq incəsənət məktəbinin muğam kollektivi öz çıxışları ilə tədbiri davam etdirdilər.Tədbirin sonunda viktorina keçirildi,qaliblər mükafatlandırıldı. Azərbaycan nağıllarından ibarət(“Dostlaşmış nağıllar” Gülzar İbrahimova; Solmaz Amanova İlmənin macəraları.) cizgi filmləri nümayiş etdirildi.

 Xaçmaz rayon Mərkəzi kitabxanasında Beynalxalq Kitab Bağışlama Gününə həsr edilən tədbir keçirildi.
 Xaçmaz rayon Mərkəzi kitabxanasında Beynalxalq Kitab Bağışlama Gününə həsr edilən tədbir keçirildi.
 Xaçmaz rayon Mərkəzi kitabxanasında Beynalxalq Kitab Bağışlama Gününə həsr edilən tədbir keçirildi.
 Xaçmaz rayon Mərkəzi kitabxanasında Beynalxalq Kitab Bağışlama Gününə həsr edilən tədbir keçirildi.
 Xaçmaz rayon Mərkəzi kitabxanasında Beynalxalq Kitab Bağışlama Gününə həsr edilən tədbir keçirildi.
 Xaçmaz rayon Mərkəzi kitabxanasında Beynalxalq Kitab Bağışlama Gününə həsr edilən tədbir keçirildi.


Sevda İsmayilova
Xaçmaz Rayon Mərkəzi Kitabxanası,İnformasiya Resurs şöbəsi
loading...