Xəbər lenti
Axtar
Ən çox oxunan
  • DTX-dan sosial şəbəkələrlə bağlı MÜHÜM ADDIM
  • “Bu yol çox böyük bir yolun davamıdır” Aqil Acalov
  • Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək Ermənistan baş naziri Paşinyanın öz oğlunu hərbi xidmət üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına göndərməsindən danışdı.
  • Görünməyən silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
  • Piramidalar haqda şok: 1922-ci ildə araşdırma zamanı...
  • Rəsmi Bakıdan Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama
  • İnfarkta səbəb olan energetik içkilər - Video
  • SON DƏQİQƏ: Azərbaycan ordusu irəliləyir - Ermənilər Dağlıq Qarabağı boşaldır - VİDEO
  • Ayın bu görüntüsü böyük maraq doğurdu - Foto
  • Millət vəkili Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib
  • Qadınlar niyə kişilərdən çox yaşayır? Təəccüblü səbəb
  • 7 ilə 58 milyon iş yeri açılacaq - Hesabat
  • İnsan bədənində gələcəyi görən vəzi - Üçüncü göz
  • Ərdoğan: Türkiyə Azərbaycana hər cür dəstəyi göstərməkdə davam edəcək
  • Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənver Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə iştirak etmək üçün ölkəmizdədir
  • Azərbaycanda Bilik Günüdür
  • Azərbaycan düşməni lərzəyə salan yeni qırıcılar alır
  • "Hər kəs ayıq-sayıq və dövlətin yanında olmalıdır" - Cavid Qurbanov
  • Həsənbəy Zərdabi küşəsi çirkab suları işində
  • Gənc Kikbokscu qadın Gunay Sun Moon Haciyeva niyə qəzəbləndi?
  • Ermənilər Abdal- Gülablıda da qaz yandırdılar... - Bu saatlarda isə Bərdə qaza həsrət qalıb
  • ÖLKƏDƏ TƏLATÜM: Rüşvətxor məmurların HƏBSİ başlayır - Prezidentin yeni proqramının şok sirri
  • Azərbaycan Türkmənistandan "hava hücumuna" məruz qaldı
  • Kastamonu şəhərinin gənc fəalları Bakının gəzməli-görməli yerlərilə tanış oldular
  • Astronomlardan xəbərdarlıq: “Planetimizi qara dəlik uda bilər”
  • 12 Şub 2018, 06:15   
        170
     Masallıda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələr müzakirə edilmişdir.

    BAKI- XEBERTV.AZ
    2018-02-10


    XEBERTV.AZ xəbər verir ki , 10 fevral 2018-ci il tarixdə Masallı rayon İcra hakimiyyəti başçısı aparatında 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrlə həsr olunmuş Masallı rayon İcra hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.

    İlk öncə toplantı iştirakçıları Masallı şəhər Heydər Əliyev Parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini önünə tər gül dəstələri düzərək xatirəsini ehtirala yad etmişlər.
    Keçən ilki sosial-iqtisadi inkişafı əks etdirən sənədli film nümayiş etdirildi.
    Sonra Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-cİ ildə qarşıda duran vəzifələrlə bağlı hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 10 yanvar 2017-cı il tarixdə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında çıxış edən ölkə başçısı bildirmişdir ki, 2017-ci ildə ölkəmiz sürətlə və uğurla inkişaf etmişdir. Həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə vermişdir. Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşamışdır. Bu gün dünyanın müxtəlif yerlərində risklər, təhlükələr artır, qanlı münaqişələr, qarşıdurmalar geniş vüsət alır. Bir sözlə, dünyada risklər artmaqdadır və görünür ki, bu tendensiyalar hələ davam edəcək. Belə bir mənzərə ilə üzləşərək əlbəttə ki, dünya ictimaiyyəti narahatlıq hissi keçirir. Azərbaycanda isə sabitlik, təhlükəsizlik, normal həyat təmin edilir. Hesab edirəm ki, indiki dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alaraq bizdə bu sahədə əldə edilmiş nəticələr yüksək qiymətə layiqdir.
    Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, aksiomadır. Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf da dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərmayə qoyuluşu dayanır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və eyni zamanda, bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır.
    Əminəm ki, 2018-ci ildə də Azərbaycanda bu müsbət meyillər daha da güclənəcək. Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir və xalq-iqtidar birliyi bu gün də göz qabağındadır. Bizim uğurlu siyasətimizin təməlində xalq tərəfindən göstərilən dəstək dayanır. Bu müsbət meyillərin gücləndirilməsi, əlbəttə ki, ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcəkdir.
    2017-ci ildə iqtisadi sahədə çox böyük uğurlar əldə edilibdir. Mən artıq demişəm, bir daha demək istəyirəm ki, 2017-ci il dərin iqtisadi islahatlar ilidir. Mən bu tezisi elə ilin əvvəlində bəyan etmişəm ki, 2017-ci il dərin iqtisadi islahatlar ili olmalıdır. Belə də oldu və bunu mötəbər beynəlxalq maliyyə qurumları da, mötəbər təşkilatlar da təsdiqləyir və qeyd edir. Həm Dünya Bankı, həm Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət verirlər, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Bu, çox böyük göstəricidir, ilk növbədə onu göstərir ki, hətta iqtisadi cəhətdən o qədər də asan olmayan ildə də biz inkişaf edirik. Digər tərəfdən, dünya miqyasında 35-ci yeri tutmaq doğrudan da böyük nəticədir, böyük qələbədir. Biz uzun illərdir ki, MDB məkanında liderlik mövqeyimizi qoruyuruq və möhkəmləndiririk. Hesab edirəm ki, beynəlxalq iqtisadi birlik tərəfindən bizim iqtisadi islahatlarımıza verilən ən böyük qiymət məhz Davos Forumunun reytinqidir və bunun da əsası var. Çünki son illər ərzində ölkəmizdə aparılan quruculuq və inkişaf işləri, bax, bu nəticələrə gətirib çıxarıbdır.
    Ölkə iqtisadiyyatı 2017-ci ildə artıb, bu, çox müsbət göstəricidir. Ümumi daxili məhsul az da olsa artmışdır. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz artıb və burada artım 2,5 faiz təşkil edir. Sənaye sahəsində qeyri-neft sektorumuz 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıbdır. Bizim valyuta ehtiyatlarımız artıb. Keçən il ölkəmizdə bir çox önəmli infrastruktur və sosial layihələr icra edilmişdir. O layihələr böyük pul tələb edir. Buna baxmayaraq, 2017-ci ildə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artmışdır və hazırda təxminən 42 milyard dollar təşkil edir. Ölkəmizin əhalisini nəzərə alaraq, hesab edirəm ki, adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında ön yerlərdən birini tutur.
    R.Hüseynov qeyd etdi ki, respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 2017-ci il sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir.
    Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 2017-ci il sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir.
    Ümumi uzunluğu 5,5 kilometr olan Heydər Əliyev prospektində (M.Talışxanov) genişləndirilmə işləri aparılmışdır. Belə ki, prospekt genişləndirilərək eni 14 metrə çatdırılmış, hər iki tərəfində yaşıllıq zolağı salınmış, müasir işıqlandırma sistemi quraşdırılmış, genişləndirilmiş hissəsi də daxil olmaqla 50000 kvadratmetr hissəsinə asfalt örtüyü döşənmişdir.
    Hesabat ilində şəhərin əksər küçələrində səki və bordürlərin, hasarların təmiri işləri həyata keçirilmişdir. Heydər Əliyev prospektində uzunluğu 1000 metrə yaxın olan suötürücü kanalın çəkilişi başa çatdırılmışdır.
    Bundan əlavə uzunluğu 1,5 km olan Digah küçəsinin yenidənqurulması işləri başa çatdırılmışdır. Belə ki, həmin ərazidə 2620 p/m bordur düzülmüş, piyada səkilərinə asfalt çəkilmiş və küçə müasir işıqlandırma sistemi ilə təchiz edilmişdir.
    Eyni zamanda Masallı şəhər Zərifə Əliyeva küçəsinin rayon Mərkəzi Xəstəxanası na gedən 350 metrlik hissəsində piyada səkiləri bərpa edilmiş, müasir işıqlandırma sistemi qurulmuş və küçəyə yeni asfalt örtüyü döşənmişdir.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 sentyabr 2013-cü il tarixdə Masallı rayonuna səfəri zamanı rayon ictimaiyyəti tərəfindən Viləş çayının Masallı şəhərindən keçən 7 klometrlik hissəsində 50 hektara yaxın ərazidə meşə-parkın, həmçinin bu ərazinin 750 poqometr hissəsində 6 hektara yaxın ərazidə Park-Bulvar kompleksinin salınması məsələsi qaldırılmış və bu təklif ölkə başçısı tərəfindən bəyənilmişdir.
    Hesabat ilində şəhərin mərkəzindən keçən Viləş çayının ətrafında Park-Bulvar kompleksində çay yatağının beton məcraya salınması işləri davam etdirilmişdir. İlkin olaraq ümumi uzunluğu 750 poqometr olan beton bəndin 591 poqometr hissəsində işlər yekunlaşmışdır. Burada müxtəlif istirahət mərkəzləri, idman meydançalarının tikintisi və uşaq əyləncə qurğularının quraşdırılması planlaşdırılır. Hazırda çay yatağının 159 poqometrlik hissəsinin beton məcraya salınması ilə bağlı müvafiq tədbirlər həyata keçirilir və tikinti işləri davam etdirilir.
    Şəhərin baş planında Viləş çayının şəhər ərazisindən keçən hissəsi rekreasiya zonası kimi nəzərdə tutulduğundan həmin ərazidə rayon İcra hakimiyyəti tərəfindən ərazinin zibilliklərdən təmizlənməsi, yaşıllıqların salınması və ağacların əkilməsi işlərinə start verilmişdir. Artıq 20 hektara yaxın ərazidə meşə zolağı salınmışdır. Eyni zamanda park-bulvar kompleksinin yaradılması ilə bağlı müvafiq layihə təşkilatına layihələndirmə tapşırığı verilmiş və ərazidə parkın salınması ilə bağlı hazırlıq işlərinə başlanılmışdır.
    Hesabat ilində Bakı prospekti və Seybətin küçəsinin yenidən qurulması işlərinə start verilmişdir. Belə ki, hər iki ərazidə piyada səkilərinin salınmasından ötrü bordür düzülməsinə başlanılmış və müasir işıqlandırma sistemlərinin qurulması üçün 200 işıq dirəyi sifariş verilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 sentyabr 2016-cı il tarixli, 2302 saylı Sərəncamı ilə Masallı şəhərində 27 çoxmənzilli binanın təmir edilməsindən ötrü 3000000 manat vəsait ayrılmışdır. Hazırda ötən əsrin 70-80-ci illərində inşa edilmiş 27 kommunal yaşayış binasının blok, fasad və dam örtüklərində əsaslı təmir işləri başa çatdırılmışdır. Ümumilikdə binalar üzrə mövcud olan 84 giriş blokunun smeta sənədlərində nəzərdə tutulan bütün işlər yekunlaşmışdır. Binaların zirzəmilərinin təmir edilmiş və kanalizasiya xətlərinin yeni sistemə qoşulması işləri davam edir.
    5,5 hektar ərazidə yerləşən yaşayış binalarının qarşısındakı yollara 950 poqonometr bordür düzülmüş və 20000 kvadratmetr asfalt döşənmişdir. Eyni zamanda binaların qarşısında müasir işıqlandırılma sistem quraşdırılmışdır.
    Bundan əlavə 18 binanın dam örtüyünün və 5 binanın fasadının əsaslı təmiri tamamlanmışdır. Hazırda 8 binanın fasadının təmiri, bloklara yeni seyf qapıların və pəncərələrinin quraşdırılması işləri davam etdirilir.
    Heydər Əliyev prospektində bir mərtəbəli 4 mənzilli və H. Səmədov 44 ünvanında yerləşən iki mərtəbəli 6 mənzilli qəzalı vəziyyətdə olan yaşayış binalarının əvəzinə yeni binaların tikintisi ilə bağlı Nazirlər Kabinetinin tapşırığı əsasında Fövqəladə Hallar Nazirliyi tərəfindən layihə sənədləri hazırlanmışdır. Layihə sənədlərinə müvafiq ekspertiza rəyi verildikdən sonra tikinti işlərinə başlanılması nəzərdə tutulmuşdur.
    Müvafiq Dövlət Proqramları çərçivəsində və Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə Masallıda təhsil infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.
    Hesabat ilində 60 şagird yerlik Kubin, 80 şagird yerlik Meşəkənarı, 60 şagird yerlik Mololon və 35 şagird yerlik Ləngan ümumi orta məktəbləri istifadəyə verilmişdir. Xallıcallı və Təkdam kəndlərində müvafiq olaraq 96 və 80 şagird yerlik modul tipli məktəblərin tikintisinə başlanılmışdır.
    Masallı şəhəri ərazisində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 100 yerlik “Viləş” uşaq bağçası, 100 yerlik Kolatan kənd uşaq bağçası, 60 yerlik 2 saylı şəhər uşaq bağçası və 60 yerlik Sərçuvar kənd uşaq bağçasının yeni binası tikilib istifadəyə verilmişdir.
    Rayonda fəaliyyət göstərən tibb müəssisələrinin maddi texniki bazasının acınacaqlı vəziyyətdə olması nəzərə alınaraq son altı ildə bu istiqamətdə əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Bu dövr ərzində ümumilikdə 20 səhiyyə müəssisəsi yenidən qurulmuş, o cümlədən hər biri 15 çarpayı yerlik Boradigah qəsəbə və Kalinovka kənd sahə xəstəxanaları əsaslı təmir edilmişdir. Bundan əlavə müxtəlif kəndlərdə 17 həkim və tibb məntəqəsi yenidən tikilərək istifadəyə verilmişdir. Hesabat ilində də bu istiqamətdə işlər davam etdirilmişdir. Belə ki, 240 çarpayı yerlik rayon Mərkəzi xəstəxanasının əsaslı təmiri başa çatdırılaraq istifadəyə verilmişdir. Hazırda Lürən və Miyankü həkim məntəqələrinin tikintisi davam etdirilir.
    Turizm Peşə Məktəbi üçün ayrıca istehsalat-təcrübə bazasının tikilməsindən ötrü şəhərin Heydər Əliyev prospektində “ASAN Həyat” kompleksinin yerləşdiyi ərazidə nəzərdə tutulan torpaq sahəsinin sxematik planı Azərbaycan Turizm və Menecment Universitetinə təqdim olunmuşdur. Eyni zamanda Heydər Əliyev prospektində Yaşıl Market Logistik Mərkəzinin yaradılması məqsədi ilə 10 hektar torpaq sahəsi ayrılmışdır.
    Son illərdə ümumilikdə 47 məscidin həyətində mərasim evi istifadəyə verilmişdir. Hazırda Masallı “Cümə məscidi”, Ərəb, Kalinovka, Qasımlı kənd məscidləri daxil olmaqla ümumilikdə dörd məsciddə əsaslı təmir işləri davam etdirilir. Bu dövr ərzində 30 ərazidə istirahət mərkəzləri istifadəyə verilmiş, 3 ərazidə isə tikinti işləri aparılır.
    2016-cı ildə inşasına başlanılan və 2018-ci ildə təhvil verilməsi nəzərdə tutulan rayon Məhkəməsinin yeni inzibati binasında tikinti işləri davam etdirilir.
    7 aprel 2017-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında Masallı şəhərinin 2034-cü ilə qədər dövrünü əhatə edən baş planının hazırlanması ilə bağlı ictimai müzakirə keçirilmişdir. Baş planda şəhər ərazisinin zonalaşdırılması ilə əlaqədar ictimai mərkəzlərin, yeni yaşayış ərazilərinin, çayqırağı rekreasiya və sənaye zonalarının yerləri işlənib hazırlanmışdır. Eyni zamanda baş plan layihəsində şəhərin mərkəzindən keçən çayın üzərində yeni iki körpünün salınması nəzərdə tutulmuşdur.
    Masallı rayonunda Sənaye məhəlləsinin yaradılması üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən 13 iyun 2016-cı il tarixdə Sərəncam imzalanmışdır. Masallı şəhər ərazisində Sənaye məhəlləsinin yaradılması məqsədi ilə Ələt-Astara avtomobil yolunun 165-ci kilometrində sol tərəfdə Masallı şəhəri ərazisində yerləşən 10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və tikinti işlərinə başlanılmışdır. Sənaye məhəlləsinin yaradılması ilə əlaqədar rayondan olan kiçik və orta sahibkarlarla müzakirələr aparılmış və fəaliyyət göstərmək istəyən sahibkarlar barədə müvafiq məlumatlar toplanılmışdır. Sənaye məhəlləsinin tikintisi Masallı iqtisadiyyatının sürətli inkişafına, təkmilləşməsinə təkan verəcək və 800-ə yaxın yeni iş yerinin açılmasına səbəb olacaqdır. Hazırda Sənaye məhəlləsində tikinti işləri yekunlaşma mərhələsindədir.
    2012-ci ildən Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır. Bu məqsədlə Viləşçay Su Anbarının aşağı buferində su təmizləyici qurğu, 5000 kubmetr həcmində su anbarı və Musaküçə kəndi ərazisində çirkab sutəmizləyici qurğu inşa edilmişdir.
    Magistral xəttin uzunluğu 7 kilometr, şəbəkədaxili xətlərin ümumi uzunluğu 209 kilometr təşkil edir. Şəhər ərazisində veriləcək su sərfi orta gündəlik norma ilə adambaşına 180 litr qəbul edilmişdir. Hazırda şəhər ərazisi, Kosakül yaşayış məntəqəsi, Ərkivan qəsəbəsinin bir hissəsi də daxil olmaqla ümumilikdə 9170 sayğac quraşdırılmışdır. Rüb ərzində 5500 abonentlə müqavilə bağlanaraq sayğaclara surğuc vurulmuşdur. Hazırda bu işlər davam etdirilir. Eyni zamanda şəhər ərazisində kanalizasiya xətlərinin çəkilişi ilə əlaqədar son tamamlama işləri aparılır .
    Masallı rayonunun əksər kəndlərində içməli su xəttinin və ya qaynaqlarının olmaması əhalinin gündəlik həyatında ciddi çətinliklər yaradır. Bu problemin həlli ilə bağlı cənab Prezident İlham Əliyev tərəfindən müvafiq qurumlara verilən tapşırıqlara əsasən Muğan zonası və Qızılağac istiqamətində olan 42 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələndirmə işləri aparılmış və Viləşçay Su Dəryaçasından həmin istiqamətlərdə olan kəndlərə içməli su xəttinin çəkilməsinə başlanılmışdır. Müəyyən maliyyə çətinliklərinin yaşanmasına baxmayaraq hazırda su mənbəyindən Şərəfə-Həsənli-Təklə istiqamətində 20 kilometrə yaxın magistral xətt çəkilmişdir.
    Masallıda son illər sosial infrastruktur şəbəkəsinin inkişaf tempi yüksəlməkdə və miqyası genişlənməkdədir. Masallı Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən 10/04 kilovoltluq xətlərdə təmir-bərpa işləri aparılmış, əhalini daha dayanıqlı enerji ilə təmin etmək və itkilərin qarşısını almaq məqsədilə Masallı rayonunda elektrik xətt təsərrüfatının yenidən qurulması və abonentlərin “Smart” tipli sayğaclarla təmin olunması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, rayonun ən böyük yaşayış məntəqələrindən olan Ərkivan qəsəbəsinin elektrik xətt təsərrüfatının yenidən qurulması nəzərdə tutulmuşdur ki, artıq bu istiqamətdə işlərə başlanılmış və Masallı-Yardımlı yolunun Ərkivan qəsəbəsindən keçən hissəsində 340 ədəd dəmir dayaq dəyişdirilmiş, 7200 metr uzunluğunda naqillər SİP kabelləşdirilmişdir. Bundan əlavə Musaküçə kəndində 8184 metr, Təklə kəndində 8812 metr, Əhmədli kəndində 7857 metr, Qızılağac kəndində 7100 metr, Hüseynhacılı kəndində isə 14000 metr SİP kabel çəkilmişdir. Bu kəndlər üzrə ümumilikdə il ərzində 53153 metr uzunluğunda SİP kabel çəkilmiş və 2400 ədəd 0,4 kilovoltluq dayaq basdırılmışdır.
    Rayonun Təzə Alvadı, Təklə, Sığıncaq kəndlərində yenidənqurma ilə əlaqədar 31,06 kilometr (AS-70) uzunluğunda naqil çəkilmiş, 763 ədəd 10 kilovoltluq dəmir beton, 3982 ədəd 0,4 kilovoltluq dəmir dayaq yeniləri ilə əvəz edilmişdir. Hazırda Muğan zonasında yerləşən kəndlərdə SIP kabelləşmə işləri davam etdirilir.
    Bundan əlavə hesabat ilində Masallı şəhəri ərazisində “Azərişıq” ASC tərəfindən Masallı Enerji Təchizatı və Satışı İdarəsi üçün yeni inzibati binanın tikintisi başa çatdırılmışdır.
    Dövlət Proqramı əsasında rayon mərkəzi və 42 yaşayış məntəqəsinə bir pilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar rayonun Sirəbil, Qızılağac, Hüseynhacılı, Məmmədoba, Öncəqala, Xıl, Babaküçə, Sığdaş, Bala Təklə, Qasımlı, Yeddioymaq 2, Xanalion, Tiyaqani və Sığıncaq kəndləri təbii qazla təchiz edilmişdir. Şıxlar və Qodman kəndlərində daşıyıcı orta təzyiqli qaz kəmərlərinin çəkilişi yekunlaşıb, hazırda sayğaclaşma işləri davam etdirilir. Rayon üzrə qaz alan abonentlərin sayı 37433 nəfərdir.
    Hazırda rayonun 4 yaşayış məntəqəsində (Qodman, Əzizabad, Şıxlar-Yeddioymaq və Xoşçobanlı) qaz xətlərinin çəkilişi aparılır. Bununla da 103 yaşayış məntəqəsindən 94-ü qazla təmin olunacaq ki, bu da əhalinin 95%-ə yaxınının qazla təmin olunması deməkdir. 2018-ci ildə 3 yaşayış məntəqəsinin (Güllütəpə, Tatyan və Şıxlar-Dağ) qazla təmin olunması nəzərdə tutulmuşdur. Bu da ümumilikdə rayon üzrə qaz abonentlərinin 97 faizə çatdırılması deməkdir.
    2017-ci il ərzində rayonun Binə Xocavar-Çaxırlı istiqamətində 5,0 kilometr yol yenidən asfaltalşdırılmışdır.
    Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin maliyyə dəstəyi ilə kənd yollarının təmir edilməsi, həkim məntəqələrinin, uşaq bağçasının, əlavə sinif otaqlarının tikilməsi, icmanın abadlaşdırılması, su çəkilməsi, həmçinin bir sıra digər işlərin görülməsi 2017-ci ildə də həyata keçirilmişdir. Belə ki, bu layihə çərçivəsində hesabat ilində ümumilikdə 35 kilometr uzunluğunda kəndarası yollarda təmir işləri aparılmış, Miyankü və Böyük Xocavar kənd həkim məntəqələri tikintisindən ötrü informasiya görüşü keçirilmişdir. Bundan əlavə Bağıroba kəndində inkubator sexi, Kolatan kəndində yem sexi, Sərçuvar kənd uşaq bağçası, Kubin, Ləngan, Mololon kəndlərində əlavə sinif otaqları tikilib istifadəyə verilmişdir.
    Son altı ildə rayon üzrə ümumilikdə 25 məktəb binası, əlavə sinif otaqları, 17 səhiyyə müəssisəsi, 10 bağça, 4 idman, 7 mədəniyyət obyekti, 2 poçt filialı, 3 telekommunikasiya müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuşdur.
    Bu dövr ərzində rayon üzrə 70 kilometr, şəhərin mərkəzi küçələrinə isə 250,000 kvadratmetr asfalt döşənmişdir.
    Son altı ildə rayon üzrə 103 yaşayış məntəqəsindən 94-ü qazlaşdırılmış və rayon üzrə qaz alan abonentlərinin sayı 37433 nəfərə çatdırılmışdır.
    Bu dövr ərzində əhalini daha dayanıqlı enerji ilə təmin etmək və itkilərin qarşısını almaq məqsədilə Masallı şəhərinin elektrik xətt təsərrüfatı yenidən qurulmuş və abonentlər “Smart” tipli sayğaclarla təmin olunmuşdur. Hazırda rayon üzrə 44252 nəfər abonent elektrik enerjisindən istifadə edir.
    Son altı ildə Masallı şəhərində küçələrin sayı 15-dən 115-ə çatdırılmış və əksər küçələrdə təmir işləri aparılmışdır. Belə ki, küçələrdə 26100 p/m bordür düzülmüş, piyada səkilərinə 56.000 kvadratmetr plitə döşənmiş, 300.000 kvadratmetr asfalt vurulmuş, 954 ədəd müasir işıqlandırma dirəyi quraşdırılmışdır. Bundan əlavə şəhər ərazisində 9 inzibati bina, 2 idman, 6 mədəniyyət obyekti tikilmişdir. Eyni zamanda 1 məktəb, 1 bağça, həmçinin rayon Mərkəzi X əstəxanası əsaslı təmir edilmiş, 2 bağça üçün yeni bina tikilmişdir. Bu dövr ərzində şəhər ərazisində 5,0 hektar ərazidə Heydər Əliyev parkı yenidən qurulmuş, 0,35 hektar ərazidə Qəhrəmanlar parkı, 1,3 hektar ərazidə Bayraq Meydanının tikintisi başa çatdırılmışdır.
    Şəhər ərazisində yerləşən 73 çoxmənzilli yaşayış binasıında əsaslı təmir işləri yekunlaşdırılmışdır.
    Son altı ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin maliyyə dəstəyi ilə ümumilikdə 302 kilometr uzunluğunda kəndarası yollarda təmir işləri aparılmış, Şərəfə, Türkoba, Xıl, Gəyəçöl, Səmidxan, Miyankü, Böyük Xocavar və Babaser kənd həkim məntəqələri, Sərçuvar kənd uşaq bağçası, Əmirtürbə, Ləngan, Mololon kəndlərində əlavə sinif otaqları tikilib istifadəyə verilmişdir. Bundan əlavə son beş ildə Sığdaş kəndində 5000 metr, Xəlfələr kəndində 1960 metr, Abasbəyli kəndində isə 3350 metr su xəttinin çəkilişi, Türkoba kəndində 9500 metr, Əhmədli kəndində 8900 metr, Köhnə Alvadı kəndində 7400 metr suvarma kanallarında təmizləmə işləri həyata keçirilmişdir.
    Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Masallı rayonu üzrə nəzərdə tutulan tədbirlər yerinə yetirilmiş və əsas makroiqtisadi göstəricilər üzrə müsbət dinamika əldə olunmuşdur. Yeni qəbul olunmuş III Dövlət proqramı bu inkişafın daha sürətlə aparılmasını və əhatə dairəsinin genişlənməsini təmin edəcəkdir.
    Hesabat dövründə rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artaraq 656,5 milyon manat olmuşdur. Bu dövrdə sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 49,9 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi 31,9 faiz artaraq 139,3 milyon manata çatmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 4,9 faiz artaraq 81,4 milyon manat olmuşdur.
    İl ərzində adambaşına düşən pul gəlirləri 2684 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 310,1 manat olmuşdur.
    2017-ci ildə Masallı rayonunun gəlirləri 7 milyon 989 min manata qarşı 8 milyon 55 min 904 manat və ya 100,8 faiz icra olunmuşdur. Rayonun yerli xərcləri isə 7 milyon 989 min manata qarşı 7 milyon 670 min 89 manat və ya 96 faiz icra olmuşdur.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində Masallı rayonunda yeni sənaye müəssisələrinin açılması davamlı xarakter almışdır. Bu proses çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonumuzda olan sahibkarlara güzəştli kreditlərin verilməsi işinin genişləndirilməsi və süni maneələrin aradan qaldırılması fəaliyyətimizin əsas istiqamətlərindəndir. 2017-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 42 layihə üzrə 442 min 500 manat kredit verilməsi milli iqtisadiyyatın lokomotivi kimi sahibkarlıq subyektlərinin sayının artmasına, fəaliyyət dairəsinin genişlənməsinə təkan vermiş və 59 yeni iş yerinin açılmasına səbəb olmuşdur.
    2017-ci il ərzində rayona 54 layihə üzrə 126 milyon 667 min manat həcmində investisiya cəlb edilmişdir. İl ərzində bundan 60 milyon 75 min manat vəsait qoyuluşu təmin olunmuşdur. Cəlb edilmiş investisiya nəticəsində cari ildə rayonda 1251 yeni iş yeri yaradılmışdır.
    Rayonda əmək bazarının mövcud vəziyyətinin qiymətləndirilməsi və kadr potensialına dair müvafiq proqnozların hazırlanması məqsədilə mərkəzləşdirilmiş məlumat bazasının yaradılması qərara alınmışdır. Həmçinin dövlət müəssisələrində açılmış vakant iş yerlərinə rayon Məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyata alınmış vətəndaşların növbəlik s iyahısı üzrə işlə təmin olunmasına nəzarət olunmuşdur.
    2017-ci ildə Masallı Rayon Məşğulluq Mərkəzinə ümumilikdə 1345 nəfər müraciət etmiş və qeydiyyata alınmışdır ki, onların da 359-u qadındır. Qeydiyyata alınanlardan 729 nəfərinə göndəriş verilmiş və onların hamısı işlə təmin olunmuşdur ki, bunların da 256nəfərini qadınlar təşkil edir.
    Hesabat ilində Rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində 108, Lənkəran Regional Qaz İstismarı İdarəsi Masallı Xidmət Sahəsində 32 nəfər, ümumilikdə isə idarə- müəssisələrdə 404 nəfər, Masallı şəhərində çoxmənzilli binalarda aparılan təmir işləri ilə əlaqədar 230 nəfər müvəqqəti iş yeri ilə təmin edilmişdir.
    2017-ci ildə istifadəyə verilmiş istehsal, emal və xidmət obyektləri yeni iş yerlərinin açılmasına öz təsirini göstərmişdir. Hesabat dövrü ərzində 4615 - yeni iş yeri a çılmışdır ki, onlardan 3770-i daimidir.
    2017-ci ildə Masallı rayonunda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülmüşdür.
    2017-ci ildə kənd təsərrüfatı məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə rekord həddə 31,9 faiz artaraq 139,3 milyon manata çatmışdır.
    Masallı rayonunda kənd təsərrüfatı dövriyyəsində olan 24925 ha əkin sahəsi mövcuddur ki, 2017-ci ildə bu torpaqlardan 14458 ha əkilmişdir. 2017-ci ildə rayonda 32,5 ha tütün, 195 ha çəltik, 145 ha çiyələk, 940,4 ha kartof əkilmiş və həmçinin 105 ha ərazidə çay plantasiyaları salınmışdır. Bundan əlavə 2696,7 ha sahədə müxtəlif tərəvəz və bostan məhsulları, 8035,3 ha sahədə isə taxıl əkilmişdir.
    Rayonda 8035,3 ha taxıl əkilmişdir ki, ondan 5939,2 hektarını buğda, 2096,1 hektarını arpa təşkil edir. Eyni zamanda il ərzində 940,4 ha kartof, 436,8 ha bostan və 2259,9 ha tərəvəz əkini aparılmışdır. Əkilmiş 8035,3 hektarl taxıl sahəsindən ümumilikdə 17843,2 ton məhsul götürülmüşdür ki, bundan 13481,2 tonu buğda, 4362 tonu arpa olmuşdur. Bundan əlavə 940,4 ha kartof sahəsindən 16308 ton, 436,8 ha bostan sahəsindən 5466 ton və 2259,9 ha tərəvəz sahəsindən 58914 ton məhsul götürülmüşdür.
    2017-ci ildə rayonun kənd, meşə, balıqçılıq təsərrüfatında 139305.9 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 33736,7 min manat və ya 31,9 % çoxdur. Kənd təsərrüfatı müəssisələrində bir işçi üçün orta aylıq əmək haqqı 183,2 manat olmuşdur.
    1 yanvar 2018-ci il vəziyyətinə rayonda iri buynuzlu mal-qaranın sayı 72446 başa, xırda buynuzlu mal-qaranın sayı 8 7221 başa çatmışdır. Hesabat dövrü ərzində süd istehsalı 50101 tona, ət istehsalı 5867 tona, yumurta istehsalı 56998 min ədədə çatmışdır.
    Hesabat ilində Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında Masallı sahibkarlarının da iştirakı təmin edilmişdir. Yarmarkaya 50,8 ton kartof, 25,5 ton soğan, 7,8 ton xiyar, 6,7 ton badımcan, 2,4 ton noxud, 6,3 ton lobya, 3020 litr süd, 850 banka qatıq və 24090 ədəd yumurta göndərilmişdir.
    Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 04 avqust 2017-ci il tarixdə Qax rayonunda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə və 03 sentyabr 2017-ci il tarixdə Lənkəran şəhərində çay, çəltik və sitrus meyvələrinin istehsalının inkişafı məsələlərinə dair respublika müşavirələri keçirilmişdir.
    7 sentyabr 2017-ci il tarixdə cənab Prezidentin sədrliyi ilə keçirilən müşavirələrdən irəli gələn məsələlərin Masallı rayonunda icrası ilə bağlı rayon müşavirəsi keçirilmişdir.
    220 mindən çox sakini olan Masallı rayonunda əhalinin 90%-ə qədəri kəndlərdə yaşayır və əkinçiliklə məşğul olur. Dəfələrlə qeyd etdiyimiz kimi Masallı rayonunda kənd təsərrüfatının inkişafı və gəlirli sahəyə çevrilməsi qarşımızda duran ən prioritet məsələdir.
    Rayon üzrə 24 929 ha əkinə yararlı torpaq sahəsi mövcuddur. Ondan əsasən çay və sitrus bitkiləri üçün yararlı olan 9 000 hektar turş torpaqlar uzun müddətdir ki, əkilmir. Həmin sahələr ya mülkiyyətçi tərəfindən örüş-otlaq sahəsi kimi istifadə olunur, ya da əraziləri kol-kos basmışdır.
    Ötən il əkinlərin 8035 hektarını taxıl sahələri təşkil etmişdir. Bu ilə qədər dənli bitkilər altında 12-15 min hektar torpaq sahələri olmuşdur. Lakin bölgənin torpaq-iqlim şəraiti az əməktutumlu olan taxılçılıq sahəsini səmərəsiz və əsasən qeyri-rentabelli edir. Belə ki, 8 min ha taxıl sahəsində cəmi 80-100 iş yeri yaranır, ümumi gəlir 4 mln manatı keçmir. 1000 ha çay sahəsində isə 3000 iş yeri yaranmaqla 5 mln manatdan artıq xalis gəlir əldə etmək mümkündür. Məhsulun xarici bazarlara çıxarılması imkanları genişdir. Təkcə ölkənin çaya tələbatı 9000 ton, xarici bazarlara ixrac imkanları bəzi hesablamalara görə 8000-10000 tondur. Öl kə üzrə çay istehsalı isə daxili tələbatın 10 faizini təşki edir.
    Əvvəllər rayon ərazisində 3324 hektar ç ay plantasiyası mövcud olmuşdur. 2159 hektarı məhsuldar olmuşdur. Plantasiyalardan 8492 ton yaşıl yarpaq toplanmış və rayon ərazisindəki 5 çay fabrikində emal edilərək 3 min ton quru çay istehsal olunurdu. Hazırda rayonda 105 hektar çay plantasiyası mövcuddur. Ondan 4 hektar əvvəllər, 101 hektarı isə yeni salınmış sahələrdir.
    Hesabat ilində rayonda çayçılığın inkişaf etdirilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Belə ki, 5 hektar çay sahəsi bərpa edilmiş, rayonun Kolatan kəndi ərazisində “Azərsun Holding” şirkəti tərəfindən 100 hektar yeni çay plantasiyası salınmışdır.
    Qarşıdakı ildə isə rayon ərazisində 1000 ha sahədə çay plantasiyasının salınması nəzərdə tutulmuşdur. Bununla əlaqədar müvafiq tədbirlər həyata keçirilir. Belə ki, 550,0 hektar sahədə çay plantasiyalarının salınmasından ötrü torpaq mülkiyyətçilərindən razılıq alınmış və həmin torpaq sahələrinin xəritə sxemləri hazırlanmışdır.
    Masallı rayonunda ənənəvi əkinçilik sahələrindən olan çəltikçilik 50-ci illərdən inkişaf etməyə başlamış və 2000-ci ildə 352 hektara çatdırılmışdır. Bundan sonra çəltik sahələri taxıl sahələri ilə əvəz olunmuş və 2016-cı ilə qədər əkin aparılmamışdır. 2016-cı ildə 8,6 ha sahədə çəltik əkilmiş və 2017-ci ildə çəltik əkini 195 hektara çatdırılmışdır.
    Cari ildə rayonun müxtəlif əraziləri üzrə səmərəli istifadəsi mümkün olmayan 400 hektara yaxın örüş və kolluq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi hesabına Masallıda tarixi ənənələri və böyük iqtisadi səmərəsi olan yerli çəltik növlərinin əkilməsinə başlanılıb. Keçən il 7 hektarda, bu il isə 195 hektarda üç növ çəltik əkilib, kənardan asılılığı azaltmaq üçün 10 hektarda çəltik toxumçuluğu yaradılıb, müasir texnologiya əsasında yeni çəltik emalı zavodu tikilib istifadəyə verilmişdir. Çəltik əkini ilə bağlı 583 nəfər işlə təmin edilmiş və 588 ton məhsul istehsal olunmuşdur.
    Əvvəlki illərdə istehsal olunmuş çəltik primitiv qaydada qurulmuş 2 çəltik dəyirmanında emal olunurdu. Hazırda rayonda ən müasir avadanlıqlarla təchiz edilən çəltik dəyirmanı istifadəyə verilmişdir. Yaxın illərdə çəltik sahələrinin 500 hektara çatdırılması gözlənilir ki, bu da 1200 yeni iş yerinin açılması deməkdir. Lakin Çəltiyin əkilməsi üçün texnika və avadanlıqlar yox dərəcəsindədir. Suya yüksək tələbatlı olduğu üçün su təminatının yaxşılaşdırılması üçün tədbirlər görülməlidir.
    Çəltik sahələrinin genişləndirilməsi ilə əlaqədar imkanlar araşdırılır və gələn il çəltik əkinlərinin iki dəfə artırılaraq 400 hektara çatdırılması nəzərdə tutulur. Ona görə də çəltik və digər əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı rayon ərazisində kiçik sututarlar araşdırılmış və məlum olmuşdur ki, hazırda rayonda 70-dən çox sututar mövcuddur ki, onlardan əvvəllər də suvarma məqsədləri üçün istifadə edilmişdir. Lakin uzun müddətdir sututarlar istismar edilmədiyindən və qorunmadığından onların təmir və bərpasına ehtiyac yaranmışdır.
    Bu sututarlar istifadəyə verildikdən sonra əlavə yaranacaq 8-10 milyon kubmetr suvarma suyu ilə ən azı 600-700 hektar tütün və çəltik sahələrini suvarmaq mümkün olacaq.
    Əvvəllər Masallı rayonunda cəmi 148 hektar sahədə sitrus bağları olmuşdur ki, onun da 88 hektarını mandarin, 60 hektarını isə feyxoa bağları təşkil etmişdir. Bu bağlardan il ərzində 2200 ton mandarin, 473 ton feyxoa toplanmışdır. Hazırda rayonda yeni salınmış 1,5 hektar mandarin, 6 hektar kivi və 15 hektar feyxoa bağları mövcuddur. Bu bağlardan il ərzində 80 ton kivi, 50 ton feyxoa yığılır.
    Masallı rayonunun torpaq - iqlim şəraitində bu sahənin inkişaf perspektivləri böyükdür. Belə ki, rayon ərazisində ilkin olaraq 100, sonrakı dövrdə 500 hektar sahədə sitrus bağlarının salınması imkanları mövcuddur. Bir hektar sitrus bağı 20 min manata yaxın gəlir verir.
    Masallı rayonu vaxtilə tərəvəzçilik və çayçılıq üzrə ixtisaslaşmışdır. Belə ki, rayon ərazisində əvvəllər 6 min hektara yaxın sahədə tərəvəz bitkiləri əkilmiş və 170 min ton məhsul istehsal olunmuşdur. 2017-ci ildə isə rayon ərazisində 2221 hektar sahədə tərəvəz əkilmiş və cəmi 35348 ton məhsul istehsal olunmuşdur. Rayon ərazisində əvvəllər 2935 hektar sahədə kələm əkilmiş və 90000 ton məhsul istehsal olunmuşdur. 2017-ci ildə isə cəmi 14 hektar sahədə kələm əkilmiş və 423 ton məhsul istehsal edilmişdir. Cari ildə bu sahədə ciddi addımlar atılmış və 82 hektar sahədə kələm əkini aparılmışdır.
    Faraş kələm əkininin genişləndirilməsi üçün ilk növbədə istehsal olunan məhsulun satışı və ixracı prosesində mövcud problemlərin aradan qaldırılması vacibdir. Bu problemlər aradan qaldırılarsa Masallıda ilkin mərhələdə 1000 ha sahədə kələm əkini mümkündür ki, bu da 3000-ə yaxın yeni iş yerinin yaranması deməkdir.
    Əvvəlki dövrlərdə Masallıda 2345 hektar pomidor sahəsi əkilmiş və 72000 ton məhsul istehsal olunmuşdur. Hazırda rayonda 567 hektar sahədə pomidor əkilmiş və 17000 tona yaxın məhsul istehsal edilmişdir. Məhsulun satışı və tədarükü təşkil olunarsa rayonda 2000 hektar sahədə pomidor əkilməsi mümkündür ki, bu da təxminən 5500 yeni iş yerinin açılmasına səbəb ola bilər.
    Əvvəlki illərdə rayonda 2000 hektardan çox üzüm bağları mövcud olmuşdur ki, buradan 35000 tona yaxın məhsul istehsal olunmuşdur. Rayon ərazisində yerləşən 2 üzüm emalı zavodunda bu məhsullar emal olunaraq ixrac edilmişdir.
    Hazırda rayon ərazisində ümumilikdə 21 hektar üzüm bağları mövcuddur ki, buradan 400 tona yaxın məhsul istehsal olunur. İlkin mərhələdə 1000 hektar sahədə üzüm bağlarının salınması mümkündür ki, bu da 2500-ə yaxın yeni iş yerlərinin açılmasına imkan verəcəkdir. Bunun üçün rayonda üzüm emalı müəssisələrinin tikintisi və hazır məhsulun ixrac olunması üçün tədbirlər görülməlidir.
    Rayonun ənənəvi əkin sahələrindən olan tütünçülük 2000-ci illərədək mövcud olmuş və 1999-cu ildə 343 hektar sahədə tütün əkilmişdir. Məhsulun tədarükündə və suvarılmasındakı problemlər səbəbindən 2001-ci ildən başlayaraq rayon ərazisində tütün əkini dayandırılmışdır. 2016-cı ildə bu sahə yenidən bərpa edilmiş və 14 hektar sahədə tütün əkilmişdir. Bu il tütün sahələri genişləndirilərək 32,5 hektara çatdırılmışdır. Bu günə kimi 55,0 ton tütün qurudularaq təhvil verilmişdir. Ondan 41,0 ton Şəki şəhərində yerləşən “İlham” MMC-yə, 14,0 ton isə Masallı rayonunda “Lik” MMC-yə təhvil verilmişdir. Yaxın günlərdə rayon ərazisində tütünqurutma kombinatı və tütün qəbulu məntəqəsinin açılması gözlənilir ki, bu da tütün sahələrinin genişlənməsinə səbəb olacaqdır.
    Kartof əkini rayonun kənd təsərrüfatında əsas yerlərdən birini tutmasına baxmayaraq son illərdə bu sahədə azalma müşahidə olunur. Kartofçuluq kənd təsərrüfatının ən gəlirli sahələrindən biridir və bu sahənin genişləndirilməsi üçün lazımi imkanlar mövcuddur. 2017-ci ildə cəmi 940 hektar kartof əkilmiş və 16258 ton məhsul əldə edilmişdir ki, bu da yetərli deyildir. Kartof sahələrinin ilkin mərhələdə 1500 hektara çıxarılması əsas hədəflərdəndir.
    Ötən il Masallı rayonu ərazisində ümumilikdə 205 hektar baş soğan, 107 hektar sarımsaq, 456 hektar noxud, mərci, 654 hektar badımcan, 130 hektar bibər, 145 hektar çiyələk və sair bitkilər əkilmişdir. İstehsal olunan məhsulların satışında heç bir problem olmamışdır. Xüsusilə də sarımsaq və noxud daha yüksək qiymətə tədarük edilmişdir. Bu məhsullar xaricə, o cümlədən körfəz ölkələrinə ixrac edilməyə başlanmışdır. Ona görə də bu əkin növlərinin genişləndirilməsi faydalıdır.
    Faraş tərəvəz, giləmeyvə və sitrus bitkiləri əkinlərinin genişləndirilməsi rayonda ən azı 5000 ton tərəvəz, 5000 ton sitrus meyvələrinin saxlama gücünə malik soyuducu anbarların, topdan və pərakəndə satış-ekspozisiya bazarının, habelə bu məhsulların ilkin emalı üçün müəssisəsinin tikilməsi zərurətini yaratmışdır.
    2017-ci ildə Masallı rayonunda baramaçılığın inkişafı ilə əlaqədar bölgüyə uyğun olaraq 20 qutu barama qurdunun toxumu gətirilib, kümçülərə paylanmışdır. İstehsalçılar tərəfindən tədarük edilmiş 480 kiloqram məhsul “Şəki-İpək” ASC-yə təhvil verilmişdir. Gələcək illərdə rayon ərazisində baramaçılığın genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə mövcud olan tut bağlarının qorunması və genişləndirilməsi ilə bağlı müvafiq tədbirlər görülür.
    2017-ci ildə ənənəvi əkin sahələrinin genişləndirilməsi istiqamətində müvafiq tədbirlər görülmüşdür. Bu tədbirlərin nəticəsində ötən illə müqayisədə kələm 70 hektar artırılaraq 82 hektara, çiyələk 22 hektar artırılaraq 145 hektara, sarımsaq 135 hektar artırılaraq 242 hektara çatdırılmışdır.
    2018-ci il ərzində çəltik, tütün və dənli-paxlalı bitkilərin əkininin artırılması nəzərdə tutulmuşdur.
    Azərbaycan Respublikası Prezidentinin “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında 11 aprel 2016-cı il tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə hesabat ilində Masallı rayonu ərazisində “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC tərəfindən regional tədarük mərkəzi yaradılmışdır.
    Rayon üzrə 24 964 hektar əkin sahəsinin 17000 hektarı suvarılan torpaqlardır. Ərazidə əkinlərin suvarılması 46 milyon kubmetr su tutumu olan Viləşçay Su Anbarı və 3,0 milyon kubmetr su tutumu olan Babaser su anbarı vasitəsi ilə aparılır. Lakin faktiki olaraq rayon üzrə 9 892 hektar torpaq sahəsi (40 %) suvarma suyu ilə təmin edilir. Suvarılan sahələrin 4 500 hektarı qapalı şəbəkələr vasitəsilə (bu sistem əsasən sıradan çıxmışdır), 5392 haektar isə açıq torpaq kanallar vasitəsilə suvarılır. Rayonun Xəzər dənizi ətrafında, Muğan zonası adlanan ərazidə yerləşən yaşayış məntəqələri dəniz səviyyəsindən 20 metr aşağıda yerləşdiyi üçün həmin torpaqların bir hissəsi şoranlaşmış, bataqlıqlar yaranmışdır. Ərazilərdə kollektor-drenaj şəbəkələrinin çəkilməsinə ciddi ehtiyac vardır.
    Suvarma problemlərinin tam həll edilməsi üçün Viləşçay Su Anbarının ikinci növbəsinin tikintisini davam etdirmək zəruridir. Bəndin hündürlüyünün artırılması və digər tədbirlərin həyata keçirilməsi ilə faydalı həcmi 130 milyon kubmetr olacaq Viləşçay Su Anbarının ikinci növbəsinin tikilməsi nəticəsində 20 100 ha (o cümlədən 1 746 hektar su təminatının yaxşılaşdırılması, 18 354 hektar yeni suvarılan sahələr) əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi mümkün olacaqdır. Eyni zamanda layihənin texniki-iqtisadi əsaslandırılmasında əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün 40,0 kilometr uzunluğunda suvarma kanallarının üzərindəki hidrotexniki qurğularla birlikdə, 8 ədəd nasos stansiyasının tikilməsi və digər işlərin yerinə yetirilməsi mümkün olacaqdır. Həmin layihədən qonşu Cəlilabad və Neftçala rayonları da faydalana biləcəkdir.
    Mütəxəssislərin hesablamalarına görə Viləşçay Su Anbarının ikinci növbəsinin, eləcə də 20 100 hektar əkin sahəsinin su təminatı üçün suvarma şəbəkəsi, 7 800 ha sahədə isə kollektor-drenaj şəbəkəsinin tikintisinin həyata keçirilməsi üçün təxminən 250,0 milyon manat vəsait tələb olunur. Təklif ölkə rəhbərliyi tərəfindən müsbət qiymətləndirilmiş və bu istiqamətdə hazırlıq işləri görülür.
    Elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi ilə əlaqədar Masallı rayonu ərazisində dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi işlərinə başlanılmışdır. Belə ki, hesabat ilində rayonun 10 bələdiyyəsinin ərazisində işlərə başlanılmış və artıq 6 (Banbaşı, Həsənli, Təklə, Xırmandalı, Çaxırlı, Şərəfə) bələdiyyənin ərazisində xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı pay torpaqları ilə bağlı 22 kənddə çöl işləri başa çatdırılmışdır.
    Hazırda Masallı şəhər, Ərkivan qəsəbə və daha iki bələdiyyə ərazisində yaşayış məntəqəsi torpaqlarının elektron uçotu ilə bağlı işlər davam etdirilir.
    Qeyd olunan məsələlərlə bağlı Masallı rayonunda aqrar sahənin inkişaf etdirilməsi məqsədilə 2018-2023-cü illər üçün Aqrar sahənin inkişafına dair proqram hazırlanmışdır. Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində əkinə yararlı torpaq sahələrinin 23700 hektarı əkin dövriyyəsinə cəlb oluna bilər ki, bu da 40000 dən artıq yeni iş yerinin yaranmasına səbəb olacaqdır.
    2017-ci ildə k ənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə Etibar Dövlət oğlu Sadıqov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli "Əmək ordeni" ilə təltif edilmişdir.
    Hesabat dövründə Viləşçay Su Anbarı İstismar İdarəsi tərəfindən rayon ərazisindəki suvarma kanallarında ümumilikdə 276 milon kubmetr həcmində və 125 kilometr uzunluğunda lildən təmizləmə işləri aparılmışdır. Həmçinin rayon ərazisində 4500 hektar qapalı suvarma şəbəkəsi olan əkin sahələrində suvarma işləri aparıldığından bu şəbəkələrə texniki baxış keçirilərək təmir işləri görülmüşdür.
    Hesabat dövrü ərzində Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən meşə fondu torpaqlarında 163,5 hektar sahədə meyvə bağları salınmış, 65 hektar sahə kollardan təmizlənmişdir.
    Rayon Baytarlıq İdarəsi tərəfindən hesabat dövründə rayonda iri və xırda buynuzlu mal-qarada və digər ev heyvanlarında qara yara, quduzluq və dabaq xəstəliklərinə qarşı, eləcə də ev quşlarında müxtəlif xəstəliklərə qarşı peyvəndləmə işləri aparılmışdır.
    Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən hesabat dövründə proqnoz tapşırıqları büdcədən maliyyələşən təşkilatlar üzrə 15680,20 min manata qarşı 13841,50 min manat və ya 88,30 %, qeyri-büdcə təşkilatları və fiziki şəxslər üzrə 1570,70 min manata qarşı 1564,80 min manat və ya 99,60% yerinə yetirilmişdir. Şöbədə hazırda 27 min 457 nəfər əmək pensiyaçısı uçotdadır. Hesabat dövründə 750 nəfərə əmək pensiyası təyin olunmuşdur.
    2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən yaşa görə 14970, əlilliyə görə 10388, ailə başçısını itirən kimi 1875 nəfərə əmək pensiyası ödənmişdir.
    Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən rüb ərzində yerinə yetirilən sanitar təmizləmə işlərinin həcmi artırılaraq gündəlik 34 min kvadratmetrə çatdırılmışdır. Ərazidən gündəlik daşınan bərk tullantıların həcmi 160-200 kubmetr olmuşdur. Atılan bərk tullantıların ərazidən daşınması ilə bağlı sahibkarlıq subyektləri və əhali ilə müqavilələr bağlanmışdır.
    Şəhərin küçə və prospektlərində yığıla biləcək yağış və qar sularının axıdılması üçün su axarlarının işlək vəziyyətə gətirilməsi və onların vaxtlı-vaxtında təmizlənməsi Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən daim diqqət mərkəzində saxlanılmışdır. Eyni zamanda park, xiyaban, küçə və prospektlərin işıqlanmasından ötrü 2000 dən artıq işıq dirəyinə, həmçinin 35 hektar yaşıllıq sahəsinin təmiz saxlanılmasına xidmət göstərilmişdir.
    Masallı rayonu üzrə il ərzində kağız və karton tullantılarının yığılıb təhvil verilməsi üzrə hədəf 240 ton, plastik tullantılarının yığılıb təhvil verilməsi üzrə isə hədəf 96 ton müəyyən edilmişdir. İndiyə kimi 220 ton (83,3%) kağız və karton tullantıları yığılmış, 170 tonu təhvil verilmişdir. Eyni zamanda 54 ton (50%) plastik tullantı yığılmış 22 ton təhvil verilmişdir.
    2017-ci il Masallı təhsili üçün uğurlu il kimi yadda qalmışdır. Son illərdə ali məktəblərə qəbul olan tələbələrin sayı ilbəil artmaqdadır.Bu il qəbul imtahanlarında iştirak edən 721 məzundan 448-i, (62%) ali məktəblərə qəbul olmuşdur ki onlardan 152 nəfəri (34%) qızlardır. 30 nəfər 600-dən yuxarı bal toplamışdır ki, onlardan 11 nəfəri (37%) qızlardır. Xüsusilə qeyd edilməlidir ki, Masallı qəsəbə kənd tam orta məktəbin məzunu Aysun Novruz qızı İltifatlı 695 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərmiş və Prezident təqaüdünə layiq görülmüşdür.
    Bundan əlavə orta ixtisas məktəblərinə sənəd vermiş 360 abituriyentdən 142 nəfəri respublikanın müxtəlif kolleclərinə qəbul olunmuşdur ki, onlardan 65 nəfəri qızlardır.
    Müəllimlərin peşə bayramı münasibəti ilə rayonumuzdan 1 nəfər cənab Prezidentin Sərəncamı ilə təltif olunmuşdur.
    Mahmudavar kənd tam orta məktəbin Riyaziyyat müəllimi Adilə Nəbi qızı Abdullayeva “Tərəqqi” medalına layiq görülmüşdür. Fürsətdən istifadə edib onu təbrik edir və gələcək fəaliyyətində daha böyük uğurlar arzulayırıq.
    Son illərdə Masallıda yeni məktəb binalarının tikintisi geniş vüsət alsa da hələ də 30 yeni məktəbin tikintisinə və təmirinə ehtiyac vardır. Həmçinin 7 uşaq bağçasının əsaslı təmirinə, 4 uşaq bağçasının yeni binaya ehtiyacı var ki, bunlardan Həsənli kənd uşaq bağçası qəzalı vəziyyətdədir. Məktəbəqədər uşaqların uşaq bağçalarına cəlbi cəmi yeddi faiz təşkil edir ki, bu da çox aşağı nəticədir. Bu problemlərin həlli ilə bağlı xüsusi proqram hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir.
    Yeni təhsil konsepsiyasında peşə təhsili sisteminin inkişafı prioritet istiqamətlərdəndir. Bu mənada rayonda fəaliyyət göstərən Masallı Dövlət Regional Kollecinin və Peşə məktəbinin maddi - texniki bazasının yaxşılaşdırılması həlli vacib məsələlərdəndir.
    Hesabat dövründə rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək, onun maddi - texniki bazasını möhkəmləndirmək üçün bir sıra işlər görülmüşdür.
    2017-ci ildə rayonda 2296 nəfər uşaq doğulmuşdur. Uşaq ölümü 3,9 promil, evdə doğuş 0,4 promil olmuşdur. İl ərzində perinatal ölüm 8,3 promil, erkən neonatal ölüm 2,2 promil, ölü doğulan 6, 1 promil olmuşdur.
    Bundan əlavə yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri davam etdirilmiş, il ərzində 1857 nəfər uşağa vərəm əleyhinə BSJ, 1896 uşağa Hepatit B əleyhinə, 6306 uşağa göy öskürək-difteriya-tetanus əleyhinə, 8995 uşağa isə poliomelit əleyhinə peyvəndlər vurulmuşdur.
    Rayon əhalisinin tibbi müayinəsi uğurla davam etdirilmişdir. Belə ki, hesabat ilində rayonda 168324 nəfər tibbi müayinədən keçirilmişdir. Müayinələr zamanı 6415 nəfər xəstə aşkar edilmişdir ki, onlardan 6192 nəfər ambulator, 223 nəfəri stasionar müalicəyə cəlb olunmuşdur. Aşkar olunan xəstələrdən 194 nəfəri daha ixtisaslı müayinə və müalicədən ötrü Bakı şəhərinə müxtəlif profilli klinikalara göndərilmişdir. Bununla bərabər uşaqların dispanserizasiyası da həyata keçirilmiş və hazırda bu iş davam etdirilir. Hesabat ilində 37396 uşaq müayinə edilmişdir ki, bunlardan 1947 nəfərində müxtəlif xəstəliklər aşkar edilərək dispanser qeydiyyatına götürülmüş və müalicəyə cəlb olunmuşdur. 286 uşaq daha ixtisaslı müayinə və müalicədən ötrü Bakı şəhərinə göndərilmişdir.
    İmtiyazlı qrupa daxil olan xəstələrin tibbi müayinəsi və müalicəsi də diqqət mərkəzindədir. Xüsusilə şəkərli diabeti olan 5665 xəstəyə hər ay dərman preparatlarının verilməsi üçün bütün imkanlardan istifadə edilir.
    Hazırda rayonda 112 nəfər xroniki böyrək çatışmazlığı x əstəsi vardır ki, onlardan 55 nəfəri dövlət hesabına hemodializ edilir.
    Artıq Ölkə başçısının tapşırığına əsasən 2015-ci ilin may ayının birindən başlayaraq rayonumuzda da nikaha daxil olan cütlüklərin tibbi müayinəsi həyata keçirilir. Bu müddət ərzində nikaha daxil olan cütlüklərdən ümumilikdə 5000 qan nümunəsi götürülərək müayinə olunmuşdur. Müayinə zamanı 96 nəfərdə talassemiya, 3 nəfərdə QİÇS, 11 nəfərdə sifilis aşkar edilmişdir.
    Masallı Rayon Gigiyena və Epidemiologiya Mərkəzi il ərzində mütəmadi olaraq ərazilərdə reydlər keçirmiş, yoluxucu xəstəliklərə qarşı peyvəndlər aparmış və rayonda istehsal olunan 13 növ yeyinti məhsuluna gigiyenik sertifikat alınmışdır.
    Masallı Dezinfeksiya Stansiyası tərəfindən bağlanmış müqavilələrə uyğun olaraq rayon ərazisində olan obyektlərdə 142265 kvadratmetr sahədə gəmiricilərə qarşı mübarizə, 100136 kvadratmetr sahədə isə həşəratlara qarşı mübarizə tədbirləri həyata keçirilmişdir.
    Masallı Regional Mədəniyyət və Turizm idarəsi hesabat dövründə əlamətdar günlərin qeyd edilməsi və bayram tədbirlərinin təşkilini daim diqqətdə saxlamışdır.
    Turizm Masallı rayonunun əsas inkişaf istiqamətlərindəndir və bu səbəbdən də daimi diqqət mərkəzində saxlanılmalıdır.
    Turizm sahəsində mövcud problemlərdən biri də obyektlərə nəzarət sisteminin və təsir vasitələrinin zəif olmasıdır. Bu sahəyə nəzarət sisteminin gücləndirilməsi, təsir vasitələrinin sərtləşdirilməsi, habelə turizm infrastrukturunun yaxşılaşdırılması gələcəkdə rayonumuzun turizm potensialının inkişaf etdirməklə iqtisadi cəhətdən daha böyük gəlirlərin əldə edilməsinə şərait yaradacaqdır.
    Masallı rayonunda fəaliyyət göstərən 33 turizm obyekti hesabat ilində 27550 turist qəbul etmişdir ki, onun 1892 nəfəri xarici vətəndaş olmuşdur.
    Rayonda turizmin sürətli inkişafını təmin etdirmək məqsədi ilə Masallıda müalicəvi turizm şəhərciyinin salınması nəzərdə tutulur. Bununla bağlı əlaqədar təşkilatlara müraciətlər ünvanlanmış və ilkin razılıq əldə olunmuşdur. Hazırda məsləhətləşmələr və araşdırmalar aparılır. Bu layihənin icrası nəinki, Masallıda, bütün regionda turizmin inkişafına böyük təkan verəcəkdir.
    Rayonda siyasi partiyaların 23 təşkilatı fəaliyyət göstərir (YAP, AXCP, VHP, Müsavat, MMP, Ədalət, BAXCP, BQP,Ümid, KAXCP, DADP, ADİP, AKP və.s ). Bütün partiyalara fəaliyyətləri üçün "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bərabər şərait yaradılmış və ofislə təmin olunmuşdur. Yeni Azərbaycan Partiyası digər partiyalardan müqayisəolunmaz dərəcədə güclüdür. Partiyanın 105 ərazi ilk partiya təşkilatında 11 min 110 üzvü vardır. Digər partiyaların üzvlərinin ümumi sayı 1391 nəfərdir.
    Rayon ərazisində 38 QHT fəaliyyət göstərir. Bunlardan əlavə bir neçə təşkilat qeydiyyatdan keçməsə də lakin fəaliyyəti mövcuddur. Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təhlili göstərir ki, rayonda əlil və veteranların problemlərinin həlli sahəsində 12, uşaq, gənclər və idmanla bağlı 5, qadın problemləri ilə 2, ekologiya sahəsində 2, təhsil, ziyalılar və jurnalistlərlə iş sahəsində 4, sosial, aqrar, iqtisadi ,həmkarlar sahəsində 10 və digər təşkilatlar dövlət qeydiyyatından keçmişdir.
    Heydər Əliyev Mərkəzində Ümummilli liderimiz Heydər Əliyevin siyasi və təşkilati irsinin öyrənilməsində, gənclərin dünyagörüşünün genişləndirilməsində, bilik və bacarığının artırılmasında mühüm əhəmiyyət kəsb edən xalçaçılıq, heykəltəraşlıq emalatxanaları, həmçinin kinostudiya, müxtəlif xalq sənətkarlığı və poliqrafiya dərnəkləri fəaliyyət göstərir. Bundan əlavə Mərkəzdə internet kafe, 3D formatlı kinozal, intellektual oyunlar otağı, elektron kitabxana, 250 yerlik tamaşa-konfrans zalı gənclərin və şagirdlərin istifadəsinə verilmişdir. Hazırda Mərkəzdə müxtəlif kurslar, o cümlədən milli rəqs dərnəkləri, xarici dil və rəssamlıq kursları fəaliyyət göstərir.
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi və rayon İcra hakimiyyəti müstəqil Respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi naminə üzərinə düşən bütün tədbirləri həyata keçirmiş və hesabat dövrü ərzində həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan 1985 gənc hərbi xidmətə yola salınmışdır.
    Rayonda ictimai təhlükəsizliyin və sabitliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində də bir çox işlər görülmüşdür. 2017-ci ildə rayon ərazisində 366 cinayət hadisəsi qeydə alınmışdır. Cinayətlərin açılma faizi 91 faİz olmuş və 33 cinayət hadisəsi açılmamış qalmışdır.
    İl ərzində rayon icra hakimiyyətinə 1931 müraciət daxil olmuşdur ki, onlardan 877-si rayon İcra hakimiyyətinə, 1054-ü isə yuxarı təşkilatlara ünvanlanmışdır. Daxil olmuş müraciətlərin 1535-i ərizə, 373-ü şikayət olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə şikayətlərin sayında 3 ədəd azalma olmuşdur. Bu dövr ərzində keçirilən qəbullar zamanı ümumilikdə 3468 nəfər vətəndaş qəbul edilmişdir. Onlardan 1869 nəfəri rayon icra hakimiyyətində, 379 nəfəri səyyar qəbullarda, 1220 nəfər isə rayon İcra hakimiyyətinin tabeçiliyində olan digər təşkilatlarda qəbul edilmişdir.
    Rayonun idarə, müəssisə və təşkilatlarında, şəhər, qəsəbə və kənd icra nümayəndəliklərində vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, onların müraciətlərində qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar ictimaiyyət arasında böyük razılıqla qarşılanır.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2017-cı il “İslam həmrəyliyi” ili elan olunmuşdur. Sərəncamdan irəli gələn məsələlərin həlli məqsədilə hazırlanan tədbirlər planının icrası nəzarətdə saxlanılmış və rayonda bu istiqamətdə tədbirlər həyata keçirilmişdir.
    2018-ci il Azərbaycanda Prezident seçkiləri ilidir. Seçkilərdə vətəndaşların azad şəkildə səsvermə hüquqlarının təmin edilməsi üçün bütün lazımi tədbirlər həyata keçiriləcəkdir və əminik ki, Masallı sakinləri bu seçkilərdə də fəal iştirak edərək Azərbaycan xalqının alternativsiz namizədi olan möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına yekdilliklə səs verəcəklər.
    Görülən işlərə baxmayaraq qarşıda bizi daha böyük və çətin işlər gözləyir.
    Rayon ərazisində qazlaşdırmanın sürətlə davam etdirilməsi və planlaşdırıldığı kimi ilin sonuna qədər rayon ərazisinin 97 faizinin qazla təmin edilməsi həyata keçiriləcəkdir.
    Bildiyiniz kimi elektrik xətt təsərrüfatı istifadəyə yararsız vəziyyətdədir. Xətt təsərrüfatının yenilənməsinin həyata keçirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
    Viləş çayının Masallı səhəri ərazisindən keçən hissəsində bənd – bərkitmə işlərinin başa çatdırılması və burada park-bulvar kompleksinin inşası ən böyük layihələrimizdəndir. Bu layihənin başa çatdırılması şəhərin simasını tamamilə dəyişəcək və ona xüsusi gözəllik verəcəkdir.
    2018-ci ildə Masallı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən Xətai Parkının yenidən qurulması nəzərdə tutulmuşdur. Eyni zamanda ümumi uzunluğu 24,7 kilometr olan Səmidxan – Xallıcallı - Eminli - Məmmədxanlı, Şatıroba - Hişkədərə - Miyankü - Kubin yollarının asfaltlaşdırılması ilə əlaqədar hazırlıq işlərinə başlanılmışdır.
    Kəndlərimizə içməli su xəttinin çəkilməsi, kəndlərarası yolların əsaslı təmiri, habelə yeni təhsil və səhiyyə müəssisələrinin tikilməsi kimi bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, rayonun bütün ərazilərində geniş ağac əkini kampaniyasının aparılması istiqamətində tədbirlər görülməsi planlaşdırılır.
    Masallıda aqrar sahənin inkişafı ilə bağlı tədbirlərin görülməsi, ixtisaslaşmanın sürətlə aparılması, tütünçülüyün, üzümçülüyün, tərəvəzçiliyin və kartofçuluğun inkişaf etdirilməsi, yeni çay plantasiyalarının salınması, istixanaların quraşdırılması, çiyələk, kivi təsərrüfatlarının və tədarük mərkəzlərinin yaradılması həlli vacib layihələrdəndir ki, bütün bunlar əhalinin sosial rifah halının yüksəlməsinə xidmət edir. Habelə sitrus və fındıq bağlarının salınmasına, heyvandarlığın inkişaf etdirilməsinə də xüsusi diqqət yetirməliyik. Eyni zamanda Masallı şəhərində Sənaye məhəlləsinin istifadəyə verilməsi, “Logistik mərkəz” və “Yaşıl market” layihələrinin sürətlə reallaşdırılması diqqət mərkəzimizdə olacaqdır.
    Masallı rayonunda Viləşçay Su Anbarının ikinci növbəsinin tikilməsi və bəndin ümumi su tutumunun 120 mln m ilyon kubmetr ə çatdırılması ilə bağlı təklifimiz ölkə rəhbərliyi tərəfindən bəyənilmişdir. B
    loading...