Xəbər lenti
Axtar
Ən çox oxunan
  • DTX-dan sosial şəbəkələrlə bağlı MÜHÜM ADDIM
  • “Bu yol çox böyük bir yolun davamıdır” Aqil Acalov
  • Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək Ermənistan baş naziri Paşinyanın öz oğlunu hərbi xidmət üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına göndərməsindən danışdı.
  • Görünməyən silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
  • Piramidalar haqda şok: 1922-ci ildə araşdırma zamanı...
  • Rəsmi Bakıdan Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama
  • İnfarkta səbəb olan energetik içkilər - Video
  • SON DƏQİQƏ: Azərbaycan ordusu irəliləyir - Ermənilər Dağlıq Qarabağı boşaldır - VİDEO
  • Ayın bu görüntüsü böyük maraq doğurdu - Foto
  • Millət vəkili Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib
  • Qadınlar niyə kişilərdən çox yaşayır? Təəccüblü səbəb
  • 7 ilə 58 milyon iş yeri açılacaq - Hesabat
  • İnsan bədənində gələcəyi görən vəzi - Üçüncü göz
  • Ərdoğan: Türkiyə Azərbaycana hər cür dəstəyi göstərməkdə davam edəcək
  • Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənver Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə iştirak etmək üçün ölkəmizdədir
  • Azərbaycanda Bilik Günüdür
  • Azərbaycan düşməni lərzəyə salan yeni qırıcılar alır
  • "Hər kəs ayıq-sayıq və dövlətin yanında olmalıdır" - Cavid Qurbanov
  • Həsənbəy Zərdabi küşəsi çirkab suları işində
  • Gənc Kikbokscu qadın Gunay Sun Moon Haciyeva niyə qəzəbləndi?
  • Ermənilər Abdal- Gülablıda da qaz yandırdılar... - Bu saatlarda isə Bərdə qaza həsrət qalıb
  • ÖLKƏDƏ TƏLATÜM: Rüşvətxor məmurların HƏBSİ başlayır - Prezidentin yeni proqramının şok sirri
  • Azərbaycan Türkmənistandan "hava hücumuna" məruz qaldı
  • Kastamonu şəhərinin gənc fəalları Bakının gəzməli-görməli yerlərilə tanış oldular
  • Astronomlardan xəbərdarlıq: “Planetimizi qara dəlik uda bilər”
  • 17 Ock 2018, 04:44   
        165
    Xaçmaz rayon Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı yerli komitə sədrləri ilə birlikdə 20 yanvar faciəsinin 28-ci ildönümü  ilə əlaqədar “Vətən şəhidlərini heç vaxt unutmayacaq” adlı dəyirmi masa keçirdi.


    XEBERTV.AZ Xəbər verir ki, 16 yanvar 2018-ci il tarixdə Xaçmaz rayon Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı yerli komitə sədrləri ilə birlikdə 20 yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar “Vətən şəhidlərini heç vaxt unutmayacaq” adlı dəyirmi masa keçirdi.Tədbirdə torpaqlarımızın azadlığı, suverenliyi və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin, həmçinin 20 yanvar faciəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqı Xaçmaz rayon Komitəsinin sədri Qərib Umudov açaraq bildirdi ki, 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O qeyd etdi ki, 1990-cı ildə Bakıda 20 yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 28 il keçir. 20 yanvar hadisələri göstərdi ki, Azərbaycan xalqı azadlıq uğrunda mübarizəyə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir. 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətillər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Daha sonra çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova bildirdi ki, 20 yanvar xalqımızın yaddaşına faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban verən şəhidlərimizin qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla yad edir onların igidliyini yüksək qiymətləndirir. Tədbirdə Tarix - Diyarşünaslıq muzeyinin direktoru Pakizə Mehdiyeva xalqının azadlğını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucalmasından danışdı. Tədbirin sonunda 20 yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş olundu və “20 yanvar– faciəsi” adlı sərgiyə baxış keçirildi.



    Xaçmaz rayon Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı yerli komitə sədrləri ilə birlikdə 20 yanvar faciəsinin 28-ci ildönümü  ilə əlaqədar “Vətən şəhidlərini heç vaxt unutmayacaq” adlı dəyirmi masa keçirdi.
    Xaçmaz rayon Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı yerli komitə sədrləri ilə birlikdə 20 yanvar faciəsinin 28-ci ildönümü  ilə əlaqədar “Vətən şəhidlərini heç vaxt unutmayacaq” adlı dəyirmi masa keçirdi.
    Xaçmaz rayon Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı yerli komitə sədrləri ilə birlikdə 20 yanvar faciəsinin 28-ci ildönümü  ilə əlaqədar “Vətən şəhidlərini heç vaxt unutmayacaq” adlı dəyirmi masa keçirdi.

    Sevda İsmayilova
    Xaçmaz Rayon Mərkəzi Kitabxanası,İnformasiya Resurs şöbəsi
    loading...