Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Yadplanetlilər havaya suni peyk buraxdı - Elm adamları təsadüfən gördü / VİDEO
  • Bürcləri ağladan AĞLAGƏLMƏZ SƏBƏBLƏR
  • 400 il əvvəlki soyuqlar geri qayıdır: “BUZLAŞMA DÖVRÜ” BAŞLAYIR
  • Rumıniya və Moldova birləşir?
  • Bəla geri qayıdır – Qonşu ölkədə “Quş qripi” aşkarlandı
  • Azərbaycanlı qadınlar niyə əcnəbi kişilərlə evlənir?
  • Saçlarınız heç vaxt AĞARMAYACAQ, ƏGƏR...
  • Cəsur döyüşçü, şəhid dostum Həsənqulu Qasımovun məlahətli səsinə qulaq asın!
  • “3-cü dünya müharibəsi yağışlı bir gecədə başlayacaq və...” -Öz ölüm tarixini bilmiş öngörücü
  • Alimlərdən tövsiyə: ya vegeterian olun, ya da həşərat yeyin
  • BƏDBƏXT HADİSƏ: Kəndir qırıldı və hərbçilər yerə çırpıldı - VİDEO
  • "Ağıllı" küçə işıqları - İzləyir, təhlükəni sezir, çəkir, internet ötürür
  • Ermənilərin olduğu təyyarə Bakıya məcburi eniş etdi
  • PREZIDENT MƏHKƏMƏ HAKIMININ SƏLAHIYYƏTLƏRINƏ VAXTINDAN ƏVVƏL XITAM VERDI - SƏRƏNCAM
  • Bu il üç dəfə Günəş tutulması baş verəcək
  • Bakı Meriyasının milyonçu “məmuru” - “Tender kralı” Ramazan Mirzəyev kimdir?
  • Vanqadan şok proqnoz: Fevral ayında bu bürclər pulun içində üzəcək- CƏMİ 3 BÜRC
  • Polislərin sayı ilə bağlı BÖYÜK MÜƏMMA: Dünyada ikinci yerdə Azərbaycandır?
  • Amerika səfirliyi yaxınlığında ŞÜBHƏLİ ƏŞYA - Bina mühasirəyə alındı
  • Çin müsəlman ölkəsində müharibə meydanı hazırlayır - Nüvə silahları İŞƏ SALINIR
  • Rus qızları niyə bu qədər GÖZƏL OLUR? - SİRLƏR AÇILDI
  • Bəylər diqqət!Hər 6 cütlükdən biri bu problemi yaşayır
  • Dünyanı məhv edəcək partlayış – 150 il başqa planetdə...
  • Rusiya açıqladı: Bu bazalara hücum edildi
  • Orfoqrafiya sözlüyünə yeni sözlər daxil edildi — SİYAHI
  • “Yaşamaq yanmaqdır,yanasan gərək...”

    31 Ara 2017, 09:15   
        259
    “Yaşamaq yanmaqdır,yanasan gərək...”

    “Yaşamaq yanmaqdır,yanasan gərək...”

    Yaşamaq yanmaqdır, yanasan gərək,
    Həyatın mənası yalnız ondadır.
    Şam əgər yanmırsa, yaşamır demək-
    Onun da mənası yanmağındadır...

    Dəyərli oxucular, xatırlayırsızsa, 1991-ci ilin oktyabr ayında Azərbaycan, 71 il öncə itirdiyi dövlət müstəqilliyinə qovuşdu. Silahlı Qüvvələrimiz, milli pul vahidimiz bərpa edildi. Azərbaycanın haqq işini həzm edə bilməyən bəzi xarici dövlətlərin rəhbərləri ölkəmizi bir neçə yerə parçalamaq üçün dəridən-qabıqdan çıxmağa başladılar. Rusiya İmperiyasının ideoloqlarından və rəhbərlərindən olan I Pyotrun vəsiyyətini icra etmək üçün Qafqazda məskunlaşmış ermənilərdən istifadə olunmağa başlandı. Mən, o zaman Bakıdakı rahat iş-gücümü ataraq Qarabağa yollanmışdım. Öncə Laçın, daha sonra isı Xocalıda zəruri işlər görürdük.
    Şairə-publisist Almaz Əhmədovanı məhz o vaxtdan tanıyıram. Onun mehriban, üzüyola insan olduğunu da bilirəm. Birgə çalışsaq da, ailəsində olan sıxıntılardan xəbərim olmayıb. Bu yaxınlarda məlumat aldım ki, Almaz xanım öncə ömür-gün yoldaşı Mirzə Əhmədovu, daha sonra isə, istəkli övladı İlahəni itirib. Bu itgiylə barışmasa da, yazılarını Almaz Ilahə Əhmədova təxəllüsü ilə yazıb,çap etdirməyə başlayıb.
    “Dərd gələndə batmanla gəlir...” Almaz xanım, Allahın verdiyi dərdlərə duruş gətirməyə çalışıb. Deyir, övladı Vətən yolunda şəhid olan və ya itkin düşən, övlad dağına dözə bilməyən çoxlu ana-bacılar var, görün Xocalıda biz, nələri, kimləri itirmişik... Mən də övlad dağına dözməliyəm, dözməsəm, Allah digər övladlarımı da əlimdən alar..
    Bu günlərdə “djb.az” (Dünya Jurnalistlər Birliyi) saytının qurucusu və baş redaktoru Almaz Əhmədovanın 50 yaşı tamam oldu. “Qafqaz Media”ictimai birliyi bu münasibətlə Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirdi. Ölkənin tanınmış ziyalıları, habelə, yeniyetmə və gənclər Almaz İlahə Əhmədovanın yaradıcılığının işığına toplaşmışdılar. Tədbiri “Qafqaz Media” ictimai birliyinin sədri, tanınmış publisist Hacı Azadə Taleh Abbasqızı açdı. O, yubilyarın şərəfli ömür yolu haqda qısa məlumat verdi.
    Daha sonra çıxış edən “Azərbaycan” qəzetinin əməkdaşı, təpədən dırnağacan vətənpərvər olan Məhəmməd Nərimanoğlu, habelə, “Xocalı Soyqırımını tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu, Yunan-Roma güləşi üzrə Beynəlxalq dərəcəli hakim Hicran Şərifovun qardaşı Hacı Xanlar Şərifov, “Azərbaycan övladı” qəzetinin baş redaktoru, şair-publisist Pənah Azəri,”Xalq TV”nin aparıcısı, “Azərbaycan Respublikası Prezidentinə Dəstək” ictimai birliyi sədrinin müavini Elnurə Aslanova, tanınmış ictimaiyyətçi, şərqşqnas Mehriban Sadıqova, “icxeberler.info” saytının baş redaktoru Nuranə xanım Abdullayeva, “Ədalət yolu” qəzetinin baş redaktoru Yasəmən Qəyyumlu, şairə Dəniz Məmmədzadə, şairə Solmaz Şirvanlı, şairə Leyla Mətin, şair Mayıl Məmmədli, bəstəkar Arif Səlimov, həkim-psixoterapevt Sevinc Salehli, Rusiya vətəndaşı Sara Soltan və başqaları ümumxalq məhəbbəti qazanmış Məşədixanım Almaz Əhmədova haqda xoş sözlər söylədilər. Nəsimi rayonundakı 14 nömrəli tam orta məktəbin IV sinif şagirdi Havin İsmayılzadə Xocalıdan məcburi köçkün,şairə İmarət Cəmillinin “Görmədim”adlı şeirini söylədi.
    Almaz İlahə Əhmədova yubiley gecəsinə gələnlərin hər birinə təşəkkürünü çatdırdı.


    “Yaşamaq yanmaqdır,yanasan gərək...”
    “Yaşamaq yanmaqdır,yanasan gərək...”
    “Yaşamaq yanmaqdır,yanasan gərək...”
    “Yaşamaq yanmaqdır,yanasan gərək...”
    “Yaşamaq yanmaqdır,yanasan gərək...”
    Şamil Sabiroğlu,
    “fact-info.az” və “xebertv.az” saytlarının xüsusi müxbiri.
    Bakı, 30.XII.2017.
    loading...