Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Yadplanetlilər havaya suni peyk buraxdı - Elm adamları təsadüfən gördü / VİDEO
  • Bürcləri ağladan AĞLAGƏLMƏZ SƏBƏBLƏR
  • 400 il əvvəlki soyuqlar geri qayıdır: “BUZLAŞMA DÖVRÜ” BAŞLAYIR
  • Rumıniya və Moldova birləşir?
  • Bəla geri qayıdır – Qonşu ölkədə “Quş qripi” aşkarlandı
  • Azərbaycanlı qadınlar niyə əcnəbi kişilərlə evlənir?
  • Saçlarınız heç vaxt AĞARMAYACAQ, ƏGƏR...
  • Cəsur döyüşçü, şəhid dostum Həsənqulu Qasımovun məlahətli səsinə qulaq asın!
  • “3-cü dünya müharibəsi yağışlı bir gecədə başlayacaq və...” -Öz ölüm tarixini bilmiş öngörücü
  • Alimlərdən tövsiyə: ya vegeterian olun, ya da həşərat yeyin
  • BƏDBƏXT HADİSƏ: Kəndir qırıldı və hərbçilər yerə çırpıldı - VİDEO
  • "Ağıllı" küçə işıqları - İzləyir, təhlükəni sezir, çəkir, internet ötürür
  • Ermənilərin olduğu təyyarə Bakıya məcburi eniş etdi
  • PREZIDENT MƏHKƏMƏ HAKIMININ SƏLAHIYYƏTLƏRINƏ VAXTINDAN ƏVVƏL XITAM VERDI - SƏRƏNCAM
  • Bu il üç dəfə Günəş tutulması baş verəcək
  • Bakı Meriyasının milyonçu “məmuru” - “Tender kralı” Ramazan Mirzəyev kimdir?
  • Vanqadan şok proqnoz: Fevral ayında bu bürclər pulun içində üzəcək- CƏMİ 3 BÜRC
  • Polislərin sayı ilə bağlı BÖYÜK MÜƏMMA: Dünyada ikinci yerdə Azərbaycandır?
  • Amerika səfirliyi yaxınlığında ŞÜBHƏLİ ƏŞYA - Bina mühasirəyə alındı
  • Çin müsəlman ölkəsində müharibə meydanı hazırlayır - Nüvə silahları İŞƏ SALINIR
  • Rus qızları niyə bu qədər GÖZƏL OLUR? - SİRLƏR AÇILDI
  • Bəylər diqqət!Hər 6 cütlükdən biri bu problemi yaşayır
  • Dünyanı məhv edəcək partlayış – 150 il başqa planetdə...
  • Rusiya açıqladı: Bu bazalara hücum edildi
  • Orfoqrafiya sözlüyünə yeni sözlər daxil edildi — SİYAHI
  • Zamanın tələbi: İslam həmrəyliyi

    18 Ara 2017, 16:57   
        374
    Zamanın tələbi: İslam həmrəyliyi



    Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi tərəfindən 17 dekabr 2017-ci il tarixində Bakı Biznes Mərkəzində “Zamanın tələbi: İslam həmrəyliyi” mövzusunda konfrans keçirilib. Konfransda açılış nitqi ilə çıxış edən ictimai birliyin sədri Ramiq Vəliyev qeyd edib ki, Prezidentimiz İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması olduqca əhəmiyyətli və zamanın tələblərinə cavab verən mühüm bir addımdır. "Bu, dövlət başçımızın İslam dininə, müsəlman dünyasına verdiyi yüksək dəyərin göstəricisidir. Azərbaycan tarixən İslam dünyasının əsas mədəni, dini mərkəzlərindən biri olub. Bununla yanaşı, Azərbaycan dünyəviliyə, sivilizasiyalararası dialoqa, müasirliyə münasibətdə həmişə İslam dünyası üçün örnək olub". Ramiq Vəliyev çıxışında onu da qeyd edib ki, müasir dövrdə İslam dünyasının parçalanması dinimiz ilə heç bir əlaqəsi olmayan terrorizm kimi neqativ halların yaranmasına, müsəlman ölkələrində daxili münaqişələrin baş verməsinə, on minlərlə insanın öz ölkələrindən didərgin düşməsinə gətirib çıxarıb. Acınacaqlı haldır ki, bu günlərdə terrorizm, ekstrimizm kimi ifadələr İslam adı ilə yanaşı çəkilir. Lakin terrorizm, düşmənçilik, aqressivlik kimi neqativ hallar müsəlmanlara xas deyil, əksinə, müsəlmanlar həmişə həmrəylik, sülhsevərlik, qarşılıqlı anlaşma, dostluq və əməkdaşlıq kimi ümumbəşəri əxlaqi dəyərlərə sadiq olduqlarını nümayiş etdirib və bütün bəşəriyyəti bu pirinsiplərə sadiq olmağa səsləyib. Bu səbəblərdən müsəlmanlar Quran-i Kərimdə qeyd edilən yüksək əxlaqi keyfiyyətlərə daha çox yiyələnməli və qəti şəkildə radikal meyillərdən, xurafat və mövhumat təhlükəsindən uzaq durmalıdırlar.
    Daha sonra tədbirdə çıxış edən jurnalist Savalan Məmmədli Avropada getdikcə artan İslamofobiya meyillərini, İslam əleyhdarlığının artmasında qərb mediasının neqativ rolunu təhlil edib. Savalan Məmmədli qeyd edib ki, reklamlar, karikaturalar, jurnallar, sənədli və bədii filmlər və digər kütləvi media vasitələri ilə İslam dini terorla əlaqələndirilərək qərb cəmiyyətlərinə təhdid kimi təbliğ edilir. Nəticədə bu vəziyyətdən ən çox Avropada yaşayan müsəlmanlar zərər görür. Məscid və iş yerlərinin daşlanması, molotov kokteyli atılıb divarlarına təhqiramiz sözlər yazılması, işçilərin döyülməsi, məzarlıqların dağıdılması, evlərə girməklə ailə üzvlərinin təhdid edilməsi və s. kimi hücumlar Avropada müsəlmanların tez-tez qarşılaşdığı hadisələrdir. İnsan hüquqlarından, yüksək ümumbəşəri dəyərlərdən bəhs edən Qərbin müsəlmanlara mövqeyi təbliğ etdiyi dəyərlərlə üst-üstə düşmür.
    İctimai birliyin sədr müavini Aysel Vəliyeva isə Avropadakı miqrant probleminə, miqrantların qarşılaşdığı çətinliklərə diqqət yetirib. Oxşar hadisələrin Qarabağ və Xocalıda yaşandığını, 1 milyona yaxın vətəndaşımızın erməni işğalı nəticəsində öz doğma yurdlarından didərgin düşdüklərini xatırladıb. Qərb dünyasının bu problemlərə ya gec, ya da heç reaksiya verməməsinin müsəlmanların üzərinə böyük məsuliyyət gətirdiyini qeyd edib.

    Konfransın sonunda yekun nitqi ilə çıxış edən təlimçi Rövşən Əkbərov isə Azərbaycan dövlətinin İslam həmrəyliyinin gücləndirilməsindəki müstəsna rolundan danışdı. "Ölkəmiz həm coğrafi olaraq strateji yerdədir, həm də tarix boyu İslam mədəniyyətinin mərkəzlərindən biri olmuşdur. 2017-ci ilin Azərbaycanda "İslam həmrəyliyi ili" elan olunması, İslam həmrəyliyi oyunlarının ölkəmizdə təşkili və dövlətimizin beynəlxalq arenada müsəlman ölkələrinə verdiyi dəstək bu həmrəyliyin praktiki addımlarıdır".
    Sonda iştirakçıların və medianın sualları cavablandırıldı.



    Zamanın tələbi: İslam həmrəyliyi
    Zamanın tələbi: İslam həmrəyliyi
    Zamanın tələbi: İslam həmrəyliyi
    Zamanın tələbi: İslam həmrəyliyi
    Zamanın tələbi: İslam həmrəyliyi
    Zamanın tələbi: İslam həmrəyliyi
    Zamanın tələbi: İslam həmrəyliyi

    Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi
    loading...