Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Azərbaycana 33 sm qar yağdı
  • Tıxaclardan necə xilas olmaq mümkündür?
  • Vəkillər Kollegiyasına yeni sədr seçilir
  • Diqqət: Bu yollarda sürət həddi endirildi
  • TƏHLÜKƏ: 50 gün ərzində övladınızı öldürə bilər... - "Mavi balina" bəlası...
  • QƏNIRƏ PAŞAYEVANIN TƏHSİL NAZİRİ OLACAGI XƏBƏRİ YAYILDI - Son Dəqiqə!!!
  • Mikayıl Cabbarov vergilər naziri təyin edilib
  • Mixail Saakaşvili belə həbs edildi — FOTO
  • Azərbaycan 2 gün sonraya hazırlaşır - QAR YAĞACAQ!
  • İran parlamentinin üzvü: “Biz Dağlıq Qarabağı Azərbaycan torpağı sayırıq”
  • Erməni əsirliyində olan bir qızımızın Azərbaycana məktubu
  • Bakıda neçə milyon adam yaşayır? (RƏSMİ)
  • Gözü beynindən böyük dəvəquşu, vurma cədvəlini bilən donuz... - QƏRİBƏ FAKTLAR - FOTO
  • Yuxu ilə bağlı inanılmaz həqiqətlər
  • Astroloji proqnoz - 4 dekabr
  • Erməni Rimma Sarkisova 30 ildən sonra Gəncəyə qayıtdı
  • Evinizdə bu gülü saxlayırsızsa, dərhal ondan qurtulun - FOTO
  • Qatarda oturmaq üçün görün NƏ OYUNDAN ÇIXDI - VİDEO
  • Pedofili yaxaladılar –Rüsvay olduğu üçün başını... (Video)
  • NASA yadplanetlilərə görə məhkəməyə verildi - Sirrin üstü açılır
  • İsrail İranın hərbi bazasını bombaladı — GƏRGİN ANLAR
  • Günün şoku: Səudiyyə kralı erməni imiş – Bakıdakı ən məşhur otel ermənilərə məxsusdur?
  • Turan Birliyi yaranarsa, nə baş verəcək? - Video
  • 2024-cü ildə Marsa ilk insan gedəcək
  • Kompüterinizi bu üsulla format edin - VİDEO
  • “Biz, soyqırım və terrora yox deyirik!”adlı sənədli film nümayiş edildi

    01 Ara 2017, 15:26   
        115
    “Biz, soyqırım və terrora yox deyirik!”adlı sənədli film nümayiş edildi

    “Biz, soyqırım və terrora yox deyirik!”adlı sənədli film nümayiş edildi
    “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi 2007-ci il noyabrın 16-da Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Məqsədi məlum soyqırımın tanınmasında Azərbaycan dövləti və xalqına yardımçı olmaqdan ibarətdir. Birliyin fəalları ölkə daxilində və onun hüdudlarından kənarda Xocalı soyqırımının tanınmasından ötrü məqsədyönlü şəkildə fəaliyyət göstərirlər. Birliyin 1.500-dən çox üzvü var. 7 şəhər və rayon şöbəsində, həmçinin 4 Regional şöbədə mütəmadi şəkildə tədbirlər keçirilir.
    Noyabrın 16-da Birliyin qeydiyyata alınmasının 10-cu ildönümü tamam oldu. Bu münasibətlə Respublika Gənliyə Yardım Fondunda tədbir keçirildi. Birliyin Qadınlar Şurasının və Binəqədi rayon şöbəsinin sədri, Xocalı sakini Ayna Allahyarqızı tədbiri açıq elan etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, şəhidlərimizin ruhu 1 dəq.lik sükutla yad edildi. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə hazırlanan “Biz, soyqırım və terrora yox deyirik!” adlı sənədli film nümayiş olundu.
    “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, Qarabağ qazisi Şamil Sabiroğlunun hesabat xarakterli çıxışı oldu. Ş.Sabiroğlu dedi:
    -Dəyərli dostlar, 10 illik fəaliyyətimiz dövründə Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanınması üçün gərəkli fəaliyyət göstərdik. İstər ölkə daxilində, istərsə də xarici ölkələrdə maraqlı tədbirlər-sərgilər keçirdik.Ötən ilin sonu-bu ilin əvvəllərində Respublika Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Biz, soyqırım və terrora yox deyirik!”adlı sənədli film istehsal etdik. Hazırda həmin filmin rus və ingilis dillərinə tərcüməsi üçün danışıqlar aparılır. Bu ilin 10 ayı ərzində döyüş bölgələrinə yaxın ərazilərdə məskunlaşmış bir neçə hərbi hissənin şəxsi heyəti ilə görüş oldu. Bu görüşlər zamanı şəxsi heyət qarşısında mədəniyyət və incəsənət xadimlərinin çıxışları oldu.
    “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi fəaliyyəti hamı tərəfindən qəbul edilən Təşkilatdır. Təəssüflər olsun ki, ictimai fəallığı ilə seçilən Təşkilatımız, hələ də Bakı şəhərində daimi ofislə təmin edilməyib. Biz, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyirik. Əminik ki, beynəlxalq səviyyədə aparılan sülh danışıqları tezliklə öz bəhrəsini verəcək, ölkəmizin ərazi bütövlüyü qismən də olsa bərpa ediləcək.
    Birliyin Regional və yerli şöbə sədrlərinin hesabat xarakterli çıxışları oldu.
    Respublika Prezident Administrasiyası İctimai-siyasi Məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev, Respublika Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov, Azadlıq Hərəkatçıları ictimai birliyinin sədri Təhmasib Novruzov, “Həqiqət” tarixi araşdırmalar ictimai birliyinin sədri, Qarabağ qazisi Əlövsət Qasımov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin I kurs tələbəsi Firuzə Abışova Birliyin hesabat yığıncağında öz ürək sözlərini bildirdilər.
    Birlik sədrinin ötən 1 il ərzindəki fəaliyyətinə qənaətbəxş qiymət verildi.
    Tədbir daha sonra çay süfrəsi arxasında davam etdirildi.

    “Biz, soyqırım və terrora yox deyirik!”adlı sənədli film nümayiş edildi
    “Biz, soyqırım və terrora yox deyirik!”adlı sənədli film nümayiş edildi

    “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin
    İctimaiyyətlə Əlaqələr Departamenti.
    Bakı, 10.XII.2017.
    E-mail:Xocali.sqtib@gmail.com
    loading...