Xəbər lenti
18 Ağu 2017, 20:27
...
Axtar
Ən çox oxunan
  • Bürclər – 19 AVQUST
  • Yaddaşı gücləndirmək üçün - 9 QAYDA
  • Polşadan Azərbaycana velosipedlə gəldi – VİDEO
  • Azərbaycan dili Quql səsli axtarış sisteminə daxil edildi
  • NASA mütəxəssisi etiraf etdi: “UFO-lar dünyaya bu yolla gələcəklər”
  • Bu gün Ələkbərov Arifin Şəhadət günüdür
  • Bircə şamla isidilən hamamın SİRRİ
  • Votsap, Viber və Teleqram istifadəçilərinin diqqətinə!
  • Hakimiyyətdən nüvə zərbəsi ilə bağlı xəbərdarlıq: “Hansısa obyektin arxasında gizlənin, dərhal soyunun…”
  • “Rusiya Azərbaycan vətəndaşının öz tarixini öyrənməsinə imkan vermir”
  • “Türkiyə nüvə silahına sahib olmağa çalışacaq...” – Moskvadan qorxunc SSENARİNİN PROQNOZU
  • Dünyada ən böyük OLED displey yaradıldı
  • Xəbərdarlıq: Zərərli proqram təminatlarının sayı artdı
  • Toyuğun kəsib atdığımız bu hissəsi Çinə 50 milyon dollara satılır
  • Sevgilinizi düz seçmisiniz? Bunu öyrənməyin sadə yolu
  • Qəbirdə dirilən qız öz yas mərasiminə gəldi – ŞOK HADİSƏ
  • Şimali Koreya nüvə ölkəsinə nə vaxt çevriləcək? - Rəsmi Seuldan açıqlama
  • Amerikanın nüvə raketləri Azərbaycanda?
  • Rusiya Ermənistana xüsusi təyyarə göndərib
  • Yeni planet kəşf edildi - “Atatürk” adı verilə bilər
  • ABŞ-ın gizli xəritəsi tapıldı: Yeni terror dövləti yaradılır - PKK şimala nəzarət edəcək
  • Azərbaycan bu siyahıda birinci yerdədir
  • Yataqda ideal tərəf müqabiliniz - Bürclərə görə intim həyat
  • Vay-Faydan 100 dəfə sürətli texnologiya kəşf edildi
  • Rusiyadan Azərbaycanla sərhəddə xüsusi rejim
  • “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi Cəlilabadda

    12 Ağu 2017, 09:41   
        75
     “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi Cəlilabadda


    Vətən sərhəddən başlanır...

    Uşaq yaşlarında təhsil aldığımız tam orta tam orta məktəbdə bu sualı tez-tez eşidərdik: Hardan başlanır, Vətən? Valideyn və müəllimlər Vətənimizin bütövlüyü naminə Vətənin sərhəddən başlandığını deyərdilər.Vətən Anadır, Ana da Vətən!Biz, bu gün də, sabah da Vətənin namus-qeyrətini göz bəbəyi kimi qorumalı, onun sabahının daha da mənalı olması üçün əllərimizdən gələni əsirgəməməliyik.
    “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi olaraq qızmar yay günlərində yenə də Azərbaycan əsgərinin qonağı olduq. Bu dəfə Ermənistan-Azərbaycan cəbhəsində yox, dövlət sərhədlərimizi qoruyan ərənlərin qonağı olduq. Dövlət Sərhəd Xidmətinin yaradılmasının 98-ci ildönümü, bu hərbi hissənin 25–ci ildönümü ilə əlaqədar təşkil edilən tədbiri Birliyin sədri, “Ana harayı” qəzetinin baş redaktoru, ”Tərəqqi” medalının mükafatçısı Şamil Sabiroğlu açdı. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər və sərhədlərimizin müdafiəsi zamanı şəhid olanların xatirəsi 1 dəq.sükutla yad edildi.Ş.Sabiroğlu, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra yaradılan bu hərbi hissənin şərəfli yolundan danışdı. Bildirdi ki,hazırda Dövlətimiizn cənub sərhədlərini qoruyan hərbi hissənin şəxsi heyəti Silahlı Qüvvələrimizin Ali Baş Komandanının hər bir əmrini sidq ürəklə yerinə yetirməyə hazırdır. Şamil müəllim, tədbirin təşkilinə verdikləri dəstəyə görə DSX-nin rəhbərliyinə və Cəlilabad rayon Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyinə öz təşəkkürünü bildirdi.
    Azərbaycan Respublikası Ağsaqqallar Şurası Lənkəran Təşkilatı sədrinin müavini, Respublika Milli Qəhrəmanlarını Tanıtma ictimai birliyinin Lənkəran şəhər Təşkilatının sədri, şəhid Milli Qəhrəman Əsgər Əliyevin atası(iki şəhidin və 1 müharibə əlilinin atası) Hacı Ələkbər müəllim, Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi Cəlilabad rayon şöbəsinin sədri Ərəstun Nəsirov və başqaları Azərbaycanın dövlət sərhədlərini qoruyan ərənləri bu hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə təbrik etdilər.
    Cəlilabad rayon Göytəpə şəhər Mədəniyyət Evinin bədii özfəaliyyət ansamlının üzvləri maraqlı konsert proqramı ilə hərbi hissənin zabit, gizir və əsgərləri qarşısında çıxış etdilər. Cəlilabadı təmsil edən müğənnilərdən Çimnaz Qasımova, Nəsimi Ağayev, Bayram Kərimov, istedadlı muğam ifaçısı, Bakı Dövlət Universitetinin IV kurs tələbəsi, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin üzvü Rəqsanə Əsəd, hərbçilərdən-Laçın rayonundan məcburi köçkün Anar Türbəndəyev, sıravi əsgər Orxan Əhmədov maraqlı konsert proqramı ilə şəxsi heyət qarşısında çıxış etdilər. Azərbaycan Dillər Universitetinin tələbəsi Könül Şakirqızı Vətənə, torpağa və şəhidlərimizə həsr edilən şeirlər söylədi.
    Birliyin sədri Ş.Sabiroğlu xidmətdə fərqlənən hərbçiləri qiymətli hədiyyələrlə təltif etdi.
    Hərbi hissənin zabiti Habil Abdullayev, Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğluna milli vətənpərvərlik ruhunda tədbirin təşkili üçün hissə komandanlığının xüsusi təşəkkürlərini çatdırdı./kanal24.az

     “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi Cəlilabadda
     “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi Cəlilabadda
     “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi Cəlilabadda
     “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi Cəlilabadda