Xəbər lenti
Axtar
08 Oca 2021, 15:44   
    83

“Rəmiş öldü, ya qaldı kimə nə?” - Gülü

Son zamanlar sosial şəbəkələrdə Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhətinin pisləşdiyi, hətta onunkoronavirusa yoluxduğu barədə məlumat yayılıb.

XEBERTV.AZ sfera.az-a istinadla xəbər verir ki, bununla bağlı sənətçi və həyat yoldaşı Gülü xanım video müraciət yayıb.

Videoda Gülü xanım belə məlumatlar yayanlara od püskürüb:

"Rəmişin adından özünüzə reytinq yığmayın. Onun sənətindən danışın. Rəmiş öldü, ya qaldı kimə nə? Şəhidlərimizin, qazilərimizin qəhrəmanlıqlarından danışın. Bu cür yalan məlumatları niyə yayırsınız?"

Rəmiş özü də haqqında yayılan yalan xəbərlərdən pis olduğunu bildirib:

"Hər kəsə cansağlığı arzulayıram. Çox xahiş edirəm sizlərdən, olmayan bir şey haqqında yazmayın. Mən bu cür informasiyaları eşidəndə daha da narahat oluram. Allah bütün xəstələrə şəfa versin", - deyə Xalq artisti bildirib.
loading...