Xəbər lenti
Axtar
Ən çox oxunan
  • 17 yaşlı şagird alimləri heyrətə gətirən KƏŞFƏ İMZA ATDI
  • Türkiyə Parlamentində “Dünyada sülh: Qarabağ - Azərbaycandır!” layihəsinə start verilib
  • Yağış, qar yağacaq, 8 dərəcə şaxta olacaq
  • Azərbaycan Prezidenti: Şəhid ailələri və Qarabağ əlilləri üçün bu il daha çox evlər tikilməlidir
  • Dünya yaranan gündən can alan Əzrailin ürəyi yandığı yeganə 2 şəxs kim idi?…
  • “Rusiyanın kərə yağı” adı ilə zəhər satırlar: Bu cinayət yox, soyqırımdır - SOS
  • Günəş sisteminin əsas sirri açılıb
  • Heydər Əliyev yanımdan keçəndə dedi ki... - Yusifzadə
  • Sahil Babayev: "On iki min şəhidimizin 18 min vərəsəsinə 11 min manatlıq birdəfəlik ödəniş edilib"
  • İcbari tibbi sığorta üzrə xidmətlər zərfi açıqlanıb
  • Dünyanı lərzəyə gətirəcək yeni “Fırtına” gəlir
  • “WhatsApp”ı hansı ölkələrdə qadağan ediblər...
  • İranın vurduğu ABŞ bazasının görüntüləri - Foto/Video
  • Günün ulduz falı: 12 yanvar, 2020
  • Ukrayna mülki təyyarəsini vuran iranlı komandir danışdı : "Xəbəri ilk eşitdiyimdə ölmək istədim"
  • Cinsi zəifliyi aradan qaldıran ballı banan resepti
  • Dünya İrana qarşı AYAĞA QALXDI - BÖYÜK ŞOK
  • İran etiraf etdi: Təyyarəni biz vurmuşuq, amma...
  • Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi, 2 dərəcə şaxta, qar yağacaq... - RƏSMİ
  • İşdən çıxarılan rəis şəhərdə şəxsi radar qoyubmuş – Sensasiya
  • Minlərlə vətəndaşa ŞAD XƏBƏR - İlham Əliyev mühüm sərəncam imzaladı
  • Edam üçün imza toplanır, məşhurlarımız da işə qarışdı - Ölüm hökmü bərpa oluna bilər?
  • Tehranda qəzaya uğrayan təyyarə ilə bağlı YENİ MƏLUMAT
  • Təyyarə rus raketi ilə vurulub? - Zelenskidən təlimat
  • İranda dəhşətli təyyarə qəzası: 179 nəfər öldü - Anbaan video
  • 22 Ara 2019, 20:31   
        227



    “Ondan Röyada var, məndə yoxdur, Şəbnəm geyimini bilmir, Faiq mənimlə səhnəyə çıxmadı” - VİDEO
    Ola bilsin ki, əkiz övladlarımı göstərən ərəfədə hamilə olum. Çünki yenidən ana olmağı düşünürəm. Yaşayışım və imkanım yaxşıdır. Buna imkan da var. Bunu Fazil Əmiraslanov (red: Rəqsanə İsmayılovanın həyat yoldaşı) özü istəyir.

    XEBERTV.AZ Oxu.Az-a istinadən xəbər verir ki, Rusiyanın Moskva şəhərinə köçüb, orada ailə həyatı quran məşhur müğənni Rəqsanə İsmayılova “ATV Maqazin 10larla” proqramının “33 sual” rubrikasında dilə gətirib.

    Sənətçiyə ünvanlanan “Heç vaxt bağışlamayacağın məşhurun adını çək” sualına İsmayılovanın cavabı sərt olub:

    “Əvvələr işlədiyim prodüserimdir. Əslində bağışlayardım. Amma indiyə qədər onun bir çox səhvlərini bağışladım. Amma Aysuna qarşı (red: Rəqsanənin qızı Aysun İsmayılova) etdiyi pis hərəkətlərə görə, heç vaxt onu bağışlamayacağam, halallığımı da vermirəm. Həyatda nə edirsən et, amma övladlarımın üstünə əl uzatma. Çünki onlara toxunan insanlardan elə hayıf çıxıram, heç vaxt o insan bilə bilməz ki, o zərər məndən gəlib. Zərbələr o qədər dəyib ki... Sadəcə o insana (red: prodüser Təranə Səmədova) övladıma etdiklərinə görə halallıq vermirəm”.



    “Borcunuz olub?” sualı isə Rəqsanəni dərindən düşündürməyə vadar edib:

    “Borcum olub, həm də çox olub. Mən nə qədər yıxılmışamsa, hər zaman ayağa durmağı bacarmışam. Elə bu səbəbdən mən çox güclü bir qadınam”.

    Rəqsanə daha sonra illərlə gizlətdiyi bir sirrini yaxın zamanlarda açıb el-aləmə bəyan edəcəyi barədə anons verib. Sənətçi daha sonra proqramda şou-biznesin zövqsüz geyinən məşhurlarından söz açıb:

    “Çox istərdim ki, Şəbnəm Tovuzlu geyimlərinə diqqət yetirsin. Dolu bədənli insanlar elə geyinməlidirlər ki, köklüklərini gizlədə bilsinlər”.

    Rəqsanə “Röyada var, Rəqsanədə yoxdur?” sualına isə gülə-gülə bu cür reaksiya verib:

    “Bədən şəkilləndirici əməliyyat. Röyada var, məndə yoxdur. Amma mən də gedəcəyəm. Röyadan sonra getmək ağlıma gəldi. O biri müğənnilərə baxanda çox pis idi, Röyada “incə-mincədir”, bədən ölçülərinə də uyğundur”.

    Verilişin gedişatında “Hansı müğənni sizinlə bir səhnəyə çıxmaqdan imtina edib?” sualı isə Rəqsanə İsmayılovanı dilə gətirib:

    “Bu, illər öncə olub. Xalq artisti Faiq Ağayev mənimlə eyni səhnəyə çıxmaqdan imtina edib. Bakıda toyda idik, el şənliyini isə Faiqin ansamblı idarə edirdi. Toyun bitməsinə bir saat qalmışdı, məni səhnəyə buraxmırdı. Söylədi ki, o, gəlirsə mən toya gəlmirəm. Belə şeylər baş vermişdi. İndi Faiqlə dostam, xətrini çox istəyirəm. Artıq bu kimi məsələlər aktual deyil. Bitib, qurtarıb. Mənim adımdan Faiqə nələrsə demişdilər. Telefonla danışdıq, məsələni çözməyə çalışdıq. Anladıq ki, düzgün bir şey olmayıb. Barışmışıq. Faiqin boğazı ağrıyırdı, ona Moskvadan Bakıya bal da göndərmişəm”.

    Qeyd edək ki, Rəqsanə İsmayılova Rusiyada yaşayan iş adamı Fazil Əmiraslanovla ailəlidir. Sənətçinin Aysun, Yağmur, Mehrimah adlı üç qız və Muhammed adlı bir oğlan övladı var. Mehrimah və Muhamed Rəqsanənin ikinci nikahından doğulan əkiz övladlarıdır.
    loading...