Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
  • Pivə alkoqollu içkilər siyahısından çıxarılır – Bu qərarı heç kim gözləmirdi
  • Gürcüstanda 146 nəfər itkin düşdü
  • 3500-cü ildən gəldiyini iddia edən qadından ŞOK SÖZLƏR: yadplanetlilər...
  • Azərbaycan Respublikası Milli mətbuat və Jurnalistika günü
  • “Bu, dövlət sərhəddidir, yoxsa karvansara qapısı?!” - POLİTOLOQ SUAL EDİR
  • Adnan Oktarla bağlı yeni dəhşətli FAKTLAR ÜZƏ ÇIXDI: 6 yaşlı qızları alt paltar olmadan... - VİDEO
  • Fotolarımız sosial şəbəkələrdən bu yolla oğurlanır - SOS
  • Hamımız yaşın və yaşananların təsiri ilə dəyişirik. Bu dəyişikliklər hər insanda özünü fərqli şəkildə büruzə verir.
  • Merkeli titrədən xəstəlik nədir? - Açıqlama
  • Müəmmalı ölümlərlə bağlı maraqlı faktlar - Yavaş-yavaş zəhərləyirlər, istintaq da tapa bilmir
  • Şok: Bu yazar Trampın prezident olacağını 40 il öncə bilib
  • Geomaqnit qasırğası ilə bağlı rəsədxanadan AÇIQLAMA
  • Tanınmış jurnalist Şamil Sabiroğlu mühüm dövlət mükafatına layiq görüldü
  • Azərbaycan səmasında UNO görünüb.
  • Azərbaycan-Ermənistan sərhədində divar çəkilir - Foto
  • Azərbaycan zəvvarlarını daşıyan avtobus yandı
  • Elçin Quliyev: Ermənistanla sərhəddə yeni infrastrukturlar yaradılır
  • Ermənilər bu gün Tərtər rayonunda bayram etdi - FOTOLAR
  • Azərbaycanlıdan oğurlanan saatla bağlı - Yeni xəbər
  • Bəhramla Tahir məmurları hədəfə aldı: "70-100 milyon oğurlayırlar" (VİDEO)
  • 2003-cü ildən sonra ən kəskin istilərin olacaq - XƏBƏRDARLIQ
  • Xanımlar, diqqət: qarşınızdakı kişi bunları edirsə..
  • Azərbaycana 5 milyarda başa gələn tədbiri Belarus 150 milyon dollara keçirir
  • Gecə düşən kimi ölüb, səhər dirilən qardaşlar - Həkimlər naəlacdır
  • 18 Eyl 2018, 08:55   
        253
    Bu dəfəki müsahibim həm yaraşığıyla həm də xarizmasıyla diqqət mərkəzində olan gənc vayner,dublajlarıyla hərkəsin sevimlisinə çevrilən,dekorator Röyal Süleymanovdur.
    Xaraktercə necə birisən?
    Deyib,gülən,zarafatcıl biriyəm amma əsəbləşəndə çox emosional oluram qarşımdakının istər-istəməz qəlbini qırıram.
    Bəs necə oldu vaynerliklə və dublajla məşğul oldun?
    Dostumun ad günüylə əlaqədar instaqramda video paylaşdım.O vaxtlar cəmi 400 yaxın izləyicim var idi.Videoya cəmi 3 baxış sayı gəldi.Bu biraz məni ruhdan saldı.Fikirləşdimki necə baxış sayını artırmaq olar. Yaxın dostum ki,mənə maraqlı videolar çəkməyimi məsləhət gördü.Bundan sonra vayn çəkməyə qərar verdim.Özümə söz verdim ki,mən 4 baxışı 1000 baxışa çatdıracam.Məqsədimə çatmaq üçün aylarla çalışdım.Sonra Avam dostlarımız adında video çəkdim və 1000 baxış sayını keçdim.Məqsədimə çatdıqdan sonra vaynerliyə ara verdim.
    Xarici bloqerlərlə bizim bloqerlər arasında hansı fərqlər var?
    Əcnəbi video bloqerlərin çəkdiyi videoları daha maraqlı alınır.Həmdə onların hər bir avadanlıqları olur.Xüsusilə də türk bloqerlərin çəkdiyi videolarda hər detal xırdalıqlarına kimi göstərilir.Bizimkilər isə video çəkmək xatirinə video çəkirlər.Xüsusilə də gənc yutuberlərin çəkdiyi videoların çoxu plaqiatdır.
    Səncə bloqerlərdən kimi peşəkar saymaq olar
    Rusiyada yaşayan həmyerlimiz Hüseyn Qasanovu izləyirəm.Çəkdiyi videolar təbii alınır,sunilikdən uzaq olur insanın diqqətini çəkir.Onun videolarında bahalı maşınlar,gözəl model qızlar gözə çarpır.Ölkəmizdə isə Rəsul Abbasovun vaynlarını bəyənirəm.
    Video bloqerlərimizdə və vaynerlərimizdə sevmədiyin cəhətlər nələrdir?
    Məsələn Hüseyn Əzizoğlu misal çəkmək olar.Onu böyükdən kiçiyə hamı izləyir.O vaynlarında söyüşdən istifadə edir və 18+ yazır.Onun videolarına 18 plyus sözü yazmağı daha çox baxışa səbəb olur.Hüseyin Əzizoğlu yaxşı videolar çəkməsədə,peşəkarcasına elə nümayiş etdirir ki,böyük baxışa səbəb olur amma Nikosayağı daha çox öz bahalı saatını,maşınını,paltarını,eynəyini,qızılını reklam edir.Onun çəkdiyi vaynlarda suni olur.Onun məqsədi özünü xanım izləyicilərinə göstərməkdi.Ümumiyyətlə Nicat Mütəllimovun vaynla əlaqəsi yoxdur,videoları heç gülməli deyil.Ona görə də vaynerlər içərisində Nikosayağıdan zəhləm gedir.O insan gedib başqa işlə məşqul olsun.Ümumilikdə götürdüyümüzdə vayner və bloqerlərimizdə sevmədiyim cəhət onların suni olmasıdır.
    Vayner olmaq üçün insana nələr lazımdır?
    İlk növbədə bu işə başlayırsansa istedadlı və səbirli olmalısan,qalan işlər öz axarıyla gedəcək.
    Çəkdiyin dublajlara görə səni tənqid eləyənlər varmı
    Yox qətiyyən.O qədər çox sevilir ki,hətta izləyicilərim mənə mesaj göndərir.Deyirlər ki,sizə çox yaraşır,davam elə.
    Nə vaxtsa ruhdan düşmüsənmi?
    Yox.Çünki bunu tanınmaq üçün etməmişəm.Bu işi hobbi olaraq görmüşəm.
    Bu qədər kütlənin sevimlisinə çevrilmək necə hissdir?
    Çox gözəl hisslərdir.Bunu ifadə etməyə sözlər yetməz.
    Əsas işin nədir?
    Dekorasiya işiylə məşğulam.
    Nə vaxtdan bu işlə məşqulsan?
    2008-ci ildən bu işə başlamışam.İlk olaraq səbət düzəltmək və yığmaqla məşğul olurdum.Ruslan adlı birisinin yanında işləyirdim.Sənətin sirlərini öyrəndim.10 ildən çoxdur ki,bu işdə çalışıram.Biz dekorasiyalarımızı evlərdə də quraşdırırıq.Xeyir işlər üçün tez-tez sifarişlər alırıq.Sənət adamlarından da bizə müraciət edənlər olur.
    Vayn,dublaj işinə başlayanda səni ruhdan salmaq istəyənlər olubmu?
    Öz yaxınlarımdan tənqid edənlər olub.Deyirdilər bekarsan,yaşına yaraşmır,o nə videodu çəkmisən.
    Xanım izləyicilərin şəxsi instaqram hesabına hansı mesajlar yazır?
    Bəziləri sevgi təklifi edir,görüşmək istəyir,çoxusu deyir səbirsizlənirik yeni videolarını nə vaxt görəcəyik.Bəzən bütün mesajları cavablandıra bilmirəm.
    Ən böyük arzun nədir?/
    Ailə həyatı qurub,xarici ölkəyə getmək istəyirəm.
    "Nikosayağıdan zəhləm gedir"vayner Röyal Süleymanov
    "Nikosayağıdan zəhləm gedir"vayner Röyal Süleymanov

    loading...