Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Onlar məhv olacaq, biz isə cənnətə düşəcəyik - Putin
  • Ermənilər Tərtərdəki futbol stadionunu Avropa çempionatına hazırlayır - FOTOLAR
  • DTX-dan sosial şəbəkələrlə bağlı MÜHÜM ADDIM
  • “Bu yol çox böyük bir yolun davamıdır” Aqil Acalov
  • Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək Ermənistan baş naziri Paşinyanın öz oğlunu hərbi xidmət üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına göndərməsindən danışdı.
  • Görünməyən silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
  • Piramidalar haqda şok: 1922-ci ildə araşdırma zamanı...
  • Rəsmi Bakıdan Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama
  • İnfarkta səbəb olan energetik içkilər - Video
  • SON DƏQİQƏ: Azərbaycan ordusu irəliləyir - Ermənilər Dağlıq Qarabağı boşaldır - VİDEO
  • Ayın bu görüntüsü böyük maraq doğurdu - Foto
  • Millət vəkili Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib
  • Qadınlar niyə kişilərdən çox yaşayır? Təəccüblü səbəb
  • 7 ilə 58 milyon iş yeri açılacaq - Hesabat
  • İnsan bədənində gələcəyi görən vəzi - Üçüncü göz
  • Ərdoğan: Türkiyə Azərbaycana hər cür dəstəyi göstərməkdə davam edəcək
  • Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənver Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə iştirak etmək üçün ölkəmizdədir
  • Azərbaycanda Bilik Günüdür
  • Azərbaycan düşməni lərzəyə salan yeni qırıcılar alır
  • "Hər kəs ayıq-sayıq və dövlətin yanında olmalıdır" - Cavid Qurbanov
  • Həsənbəy Zərdabi küşəsi çirkab suları işində
  • Gənc Kikbokscu qadın Gunay Sun Moon Haciyeva niyə qəzəbləndi?
  • Ermənilər Abdal- Gülablıda da qaz yandırdılar... - Bu saatlarda isə Bərdə qaza həsrət qalıb
  • ÖLKƏDƏ TƏLATÜM: Rüşvətxor məmurların HƏBSİ başlayır - Prezidentin yeni proqramının şok sirri
  • Azərbaycan Türkmənistandan "hava hücumuna" məruz qaldı
  • 30 Tem 2018, 09:31   
        601
    1) Xarakterinizi rənglərlə ifadə etsəydiniz ən çox hansı rəng üstün olardı?
    -Məncə heç bir rəng xarakteri ifadə edə bilməz.Necəki bir kompüterin proqramı varsa insanında proqramı xarakterdir.Amma bizim meditasiyalarda insan bu xarakterin ötəsinə keçib, daxilində,mərkəzdə daha səssiz bir boşluğa enmış olur.Bu boşluqda xarakter çox kiçik qalır.Bir insan özünü təqdim edəndə kimliyi və nələri sevdiyi haqqında danışa bilər.Meditasiyada xarakteri aşmış bir insan üçün bunun önəmi yoxdur.Ona görədə mənim xarakterim mənim üçün önəm daşımır.Mənim konkret bir xarakterm yoxdur.Ona görədə bunu heç cür təsəvvür etmək mümkün deyil.Buna xaraktersizlik demək olar.
    2)Bəs meditasiya ilə məşğul olmağa başlayanda məqsədin nə idi ?
    -Hər bir işdə məqsəd olur amma meditasiya bu həyatda heç bir məqsədin olmadığı bir məqamdır.Daim bir işlər görəndə,cəhd edəndə məqsəd qarşıya hədəf kimi qoyulur amma meditasiyada əksinə bu amillər əhəmiyyət daşımır.Amma burada məqsəd və hədəf amili əksikliyinin olmasına baxmayaraq nəticə etibarilə bir insanın çata biləcəyi zirvə üçün əsas vasitə meditasiyadır.Kamillik deyə bilərik buna yaxud aydınlıq,nurlanma kimi sözlərlə ifadə edə bilərik. Meditasiya əslində bir mənada ölümdür yəni sənin xarakterin nədirsə o ölür və geriyə ən mükəmməli doğulur..Hətta meditasiya ilə fobiyaları aradan qaldırmaq olur.Maraqlısı odur ki,mənimdə bu işə başlayanda məqsədim yox idi ,daxilimdə məni bu istiqamətə yönəldən bir şey oldu.17 yaşım olarkən anidən Buddaya meyilləndim.Buddanın həyat hekayəsi,onun keçdiyi yolla maraqlandım və ardınca meditasiyanın nə olduğunu bilmədən onu təcrübə etməyə başladım.Daxilimdə varlığımızın təməlini bilmək ehtiyacı vardı.Hiss edirdimki sanki meditasiya bunu mənə verəcək.Bir mənada bilincsiz olaraq meditasiyaya başladım.Tətbiq edirdim otururdum gözlərimi yumurdum amma buna gerçək bir meditasiya demık olmaz.Meditasiyanı bir iş kimi yox özünü kəşf yolu kimi istifadə edirdim.
    3)Meditasiya gündəlik həyatda gördüyümüz işlərə mane olurmu?
    -Xeyr Bəziləri düşünə bilərlər işləyirəmsə meditasiya etməyim mümkün deyil.Bu yanlış fikirdir.Meditasiya gündəlik həyata mane olmur.Gündəlik həyatla yanaşı insanın meditasiyaya vaxt ayırması mümkündür.Ona görədə meditasiya gündəlik həyata mane olmur amma günlük işlərlə çox məşğul deyilsənsə özünü daha yaxşı meditasiyaya yönəldə bilərsən.Çünki meditasiyada var inkişaf yolu,əsas transformasiya hansı ki,artıq kimliyin tam şəkildə dəyişdirilməsi yəni geriyə aydınlığın qalması,kainata təslim edilməsi kimliyi yaxud damlanın özünü okeana təslim edilməsi.Belə bir nöqtə ətrafındasansa gündəlik fəaliyyətlərlə daha az məşğul olub,özünü buna çox diqqət ayırmaq təbii ki,effektli olacaq. Gündəlik işlərlə daha çox məşğul olursansa yenədə meditasiya ilə məşğul olmaq üçün heç bir əngəl yoxdur.15 dəqiqə və ya 30 dəqiqə vaxt ayırsalar hərgün zamanla bir dəyişim reallaşa bilər.Meditasiya elə bir məşğuliyyətdir ki,sən yanlız özünə vaxt ayırırsan.
    4)Gün ərzində neçə saat meditasiya ilə məşğul olmaq lazımdır?
    -Usta Oşo dediyi kimi insanın ən azı 8 saat meditasiya etməyə vaxtı var o da yatdığı vaxtdır.Yatmazdan əvvəl sən meditasiya halına keçirsənsə bütün yuxu vaxtın səhərə qədər meditasiyada keçmiş sayılır.Şüurunda bir dərinləşmə yaşanır və səhər oyananda özünü yenidən doğulmuş,təzə bir enerjinin meydana gəldiyini hiss edirsən.
    5)Əvvəllər həmdə telekineziylə məşğul olurduz.Hər insan bunu reallaşdıra bilərmi?
    -Bizim fiziki bədənimiz xaricində başqa enerji bədənlərimizdə mövcuddur.Bu enerji vasitəsilə də ətraf aləmə müxtəlif təsirlər edə bilirik.Amma fiziki bədən ətrafındakı enerjimiz (buna prana yaxud chi enerjisi deyilir)yəni bu yaşam enerjisi ona görə deyilik ki,biz əşyaları tərpədək.Bu yaşam enerjisi bizə daha dərin şeylər üçün lazımdır.Bu enerji bizim bir parçamızdır hansı ki,kainat o enerjiylə zəngindir,hərşeyin təməli o enerjidən ibarətdir.Hər bir insanöz varlığında öz vücudundao enerjini toplayıb artıra bilər.Bu həm insanın fiziki cəhətdən sağlamlığına həm aura güclu olmasına səbəb olur.Amma bunun varlığını bilmək üçün hansısa bir əşyaya təsir göstəririk ki,belə bir enerji var.Telekineziylə əvvəllər məşğul olmuşam amma buna mən bir idman kimi yanaşıram.Mən buna enerjinin idmanı kimi baxıram.İnsanlara göstərmək istəyir ki,yanlız ət bədəndən ibarət deyil.Telekinezi də bundan daha artığını göstərməyə çalışırıq.Vaxtilə kiçik telekinetik nümunələr göstərmişəm.
    6)Tanıdığınız insanlaın əksəriyyəti müsbət yoxsa mənfi auradadırmı?
    -Çalışıram ətrafımdakı insanlara meditasiya aşılayım,öz biliklərimi paylaşıramki onlar neqativ hallarından uzaqlaşsınlar.
    7)Sizcə intahar problemini hansı yollarla həll edə bilərik?
    Mən hal-hazırda meditasiya ilə məşğul olan biri kimi tövsiyyə edəcəyim yeganə yol meditasiyadır.İnsanın problemlərinin ilk baxışdan fərqli səbəbləri ola bilər.Bütün hamısı gəlib çıxır bir şeyə ki,insan öz mərkəzini,gerçək özünü,daxildəki mənini kəşf etməyib,səthi eqo halında qalıb.Bu eqo daim çaşqınlığdadır.Eqoya güvən yoxdur.Eqo səni öz arxasınca sürükləyir birşeylər onun xoşuna gəlmədiyi müddətdə sənin əhvalını korlayır,səndə düşündüyün məqsədə çatdıqda gözlədiyin effekti almıyanda depresiyya girirsən və belə problem yaşanır.Ona görədə biz meditasiyada bu bəsit eqo halından qurtuluruq.İnsanın gerçək məni okeandırsa eqo burada sıxışıb qalmış bir aysberqdir.Ona görə insan öz gerçək varlığına güvənməlidir eqosuna deyil.Biz öz səthi kimliyimizdən yaxud da özümüz haqqımızda düşündüyümüz illuziyya kimliyimizdən xilas olmalıyıq.
    8)Sizə bir meditator kimi müraciət edənlər olur?
    -Təbii ki,müraciət edənlər olub və meditasiya təlimləri paylaşmışıq,müəyyən tələbələrim olub.Onlar arasında pessimist olanları daha çox təşkil edib deyə bilərəm.Bəzilərində pessimistlik daha yüksək dərəcədə olub və təlimlərin ardından dəyişim özünü göstərib.Tam lazım olan kamillik mərtəbəsinə yetişdiklərini deyə bilməsəmdə amma kifayət qədər addımlar atıblar.
    9)Ölkəmizdə meditasiya ilə məşğul olan mütəxəssislər varmı?
    -Bizdə meditasiya mərkəzləri yox dərəcəsindədir.Praktikada bu yoxdur.Bəlkə də gerçək mənada meditasiyanı aşılayan biriləri ola bilər amma insanlar gərək ilk növbədə buna ehtiyac duysunlar ki,sən onlarla meditasiyanı paylaşasan.İnsan öz daxilində bir hüzura ehtiyyac duyub gəlməlidir ki,gerçək bir meditasiya onunla paylaşılsın.Amma bizdə bu mövzü tam formalaşmayıb.Mən çalışıramki bu sahədə bilgiləndirmə aparım.Sosial şəbəkələrdə mən fəaliyyət göstərirəm.Həm videolar vasitəsiylə həm də yazılarım vasitəsiylə insanları məlumatlandırıram.Gənclər daha çoxluq təşkil edir.Bu yaxınlarda bizim gğzəl bir tədbirimiz oldu.120-ə yaxın gənclə Nabrana getdik və üç gün meşədə qaldıq.Orada Oşo ustanın dinamik meditasiyasını tətbiq etdik.Həmçinin kiçik bir medidatik mühazirə kimi müəyyən informasiyaları paylaşdıq.
    10)Son olaraq meditasiya ilə bağlı gələcək planların nələrdir?
    -Yaxın illərdə meditasiya mərkəzi açmağı düşünürəm.
    "Meditasiya ilə fobiyaları aradan qaldırmaq olar"meditator Toğrul Həsənov
    loading...