
SOSİALPensiya və təqaüd alanlara ŞAD XƏBƏR: bu qədər arta bilər - VİDEO
12 İyun 2022 21:15
“Ətraflı hesablamalar nəticəsində bu artımı müəyyənləşdirmək olacaq. Bu gün inflyasiya tempi əgər 20 faizdirsə, daha həssas əhalinin hissəsinə pensiya və təqaüdlərə 20% əlavələr edilə bilər”.
XEBERTV.AZ xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "Nə Baş Verir?" verilişində qonaq olan iqtisadçı-ekspert Eyyub Kərimli bildirib.
Ekspert qeyd edib ki, neftin qiymətinin artması ölkəyə böyük təsiri olsa da bu, inflyasiyanın qarşısını almaq üçün əhəmiyyətli alət deyil.
Publika.az