
Daha bir şəhidimiz dəfn olundu - Fotolar
Daha bir şəhidimiz dəfn olundu
Vətən Müharibəsinin ilk günlərindən itkin düşmüş hesab olunan daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.
XEBERTV.AZ "Qafqazinfo"-ya istinadən xəbər verir ki, söhbət 1999-cu il təvəllüdlü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Teymurov Fərid Füzuli oğlundan gedir.
Şəhid F.Teymurov bu gün doğulduğu Cəlilabad rayonun Qarğılı kəndində dəfn edilib. Dəfn mərasimində rayon rəsmiləri, şəhidin yaxınları və kənd sakinləri iştirak edib.
Allah rəhmət eləsin!
Surxay Sahbazov

