Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ermənistanda nəsə yetişir...
  • Amerikalı jurnalistlər Bərdədə Ermənistanın raket atəşinə tuş gəldilər - FOTO
  • Cəbhədən son xəbərlər: Daha 13 kənd işğaldan azad edildi
  • Raket hücumu zamanı bərdədə yaralanan şəxslərin adları AÇIQLANDI - FOTO/SİYAHI
  • “Google” sərhəddə sifəti tanıyacaq
  • Ermənistanın Bərdəyə atdığı raketin adı açıqlandı
  • Müdafiə Nazirliyində Bərdəyə raket hücumu və cəbhədəki son vəziyyətlə bağlı brifinq - CANLI
  • Düşmən geri oturduldu, qərargah rəisi məhv edildi - Video
  • Ermənistan Bərdəni bu raketlə vurub
  • Qubadlı rayonunun Xanlıq kəndi
  • Hikmət Hacıyev: "Yaşayış məntəqələrimizə 200-dən artıq mərmi atılıb"
  • Prezidentdən ŞAD XƏBƏR: Kəlbəcər və Qubadlının bir hissəsi azad edildi
  • Tarix yazan qəhrəmanlarımız - Foto
  • Azərbaycan bayrağı Zəngilanda ucaldı - Video
  • Hərbçimiz 27 il sonra Füzulidəki evində - Video
  • Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi
  • Erməni terroru nəticəsində həlak olan beş nəfərlik ailə... - VİDEO
  • Düşmən qaçır: “ağ bayraq”ları ləkəli deyilmi?
  • Ermənilər Xızıya raket atdı
  • Xocalının qısası alındı: Daha bir qatil məhv oldu
  • Hadrutun yeni videogörüntüləri yayıldı - VİDEO
  • Ordumuzun uğurlu əməliyyatları davam edir - Polkovnik
  • TƏCİLİ: Düşmən yaşayış məntəqələrimizi ATƏŞƏ TUTUR
  • Azərbaycan ordusu Şuşaya doğru – İşğalçıların böyük təşvişi
  • Ermənistan itkilərinin sayını açıqladı
  • 14 Eki 2020, 23:13   
        29


    Erməni qadın Azərbaycan bayrağını öpdü - VİDEO

    Erməni qadın Azərbaycan bayrağını öpdü - VİDEO
    Azərbaycanda yaşayan erməni əsilli vətəndaşımız Ermənistanın baş naziri Nikol Paşinyan və erməni xalqına səslənib.

    XEBERTV.AZ "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, 78 yaşlı Tovuz sakini Alvina Marqosyan Ermənistan ordusunun əzəli Azərbaycan torpaqlarından, Qarabağdan çıxmasını tələb edib. 58 ildir ölkəmizdə yaşayan erməni qadın özünü azərbaycanlı hesab edir və arzu edir ki, son nəfəsinədək Qarabağın dilbər güşəsi Şuşada yaşasın.

    Hazırda Adı Asya çağırılan qadın 1941-ci ildə Ermənistanda, Şəmşəddil mahalında dünyaya göz açıb. 18 yaşında Tovuzun Aşağı Quşçu kənd sakini Kamal Bağırovla ailə qurub. 58 ildir Aşağı Quşçuda yaşayır. Ailəlidir, beş övladı, 20 nəvəsi, 9 nəticəsi var.

    Deyir, erməni olsa da, Tovuza köçən gündən özünü azərbaycanlı hesab edir. Bu gün Azərbaycanın haqq davasını, Böyük Vətən müharibəsini anbaan izləyən Alvina Marqosyan erməni xalqını Nikol Paşinyanın hiyləsinə uymamağı çağırır. Erməni əsgərinə isə ölmək istəmirsənsə Azərbaycanın əzəli dədə-baba torpaqlarından geri çəkilməyi məsləhət görür.

    Alvina Marqosyan Nikol Paşinyanı Adolf Hitlerlə müqayisə edir. Bildirir ki, günahsız əhalini işğalçı mövqeyində həlak olmağa yalnız Hitler göndərirdi. Günahsız əhalinin də müxtəlif işgəncələrlə öldürülməsi fərmanını verirdi. Paşinyan da bu gün ondan geri qalmır. Ahıl nənə Ermənistan ordusunun Gəncə, Tərtər, Goranboy, Ağcabədi, Ağdam, Beyləqan və digər şəhərlərimizdə dinc sakinlərin hədəfə almasını da acizlik kimi dəyərləndirib.

    Alvina Marqosyan haqq döyüşü aparan Azərbaycan ordusuna uğur diləyərək sonuncu arzusunu da bizimlə bölüşüb. Deyir ki, Qarabağı tamlığı ilə azad görməmiş ölmək istəmir.


    loading...