Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ermənistanda nəsə yetişir...
  • Amerikalı jurnalistlər Bərdədə Ermənistanın raket atəşinə tuş gəldilər - FOTO
  • Cəbhədən son xəbərlər: Daha 13 kənd işğaldan azad edildi
  • Raket hücumu zamanı bərdədə yaralanan şəxslərin adları AÇIQLANDI - FOTO/SİYAHI
  • “Google” sərhəddə sifəti tanıyacaq
  • Ermənistanın Bərdəyə atdığı raketin adı açıqlandı
  • Müdafiə Nazirliyində Bərdəyə raket hücumu və cəbhədəki son vəziyyətlə bağlı brifinq - CANLI
  • Düşmən geri oturduldu, qərargah rəisi məhv edildi - Video
  • Ermənistan Bərdəni bu raketlə vurub
  • Qubadlı rayonunun Xanlıq kəndi
  • Hikmət Hacıyev: "Yaşayış məntəqələrimizə 200-dən artıq mərmi atılıb"
  • Prezidentdən ŞAD XƏBƏR: Kəlbəcər və Qubadlının bir hissəsi azad edildi
  • Tarix yazan qəhrəmanlarımız - Foto
  • Azərbaycan bayrağı Zəngilanda ucaldı - Video
  • Hərbçimiz 27 il sonra Füzulidəki evində - Video
  • Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi
  • Erməni terroru nəticəsində həlak olan beş nəfərlik ailə... - VİDEO
  • Düşmən qaçır: “ağ bayraq”ları ləkəli deyilmi?
  • Ermənilər Xızıya raket atdı
  • Xocalının qısası alındı: Daha bir qatil məhv oldu
  • Hadrutun yeni videogörüntüləri yayıldı - VİDEO
  • Ordumuzun uğurlu əməliyyatları davam edir - Polkovnik
  • TƏCİLİ: Düşmən yaşayış məntəqələrimizi ATƏŞƏ TUTUR
  • Azərbaycan ordusu Şuşaya doğru – İşğalçıların böyük təşvişi
  • Ermənistan itkilərinin sayını açıqladı
  • 24 Eyl 2020, 20:43   
        100


    Kürdəmirdə şəhidin adını daşıyan uşaq bağçası dağılmaq üzrədir

    BAKI-XEBERTV.AZ
    Kürdəmirdə şəhidin adını daşıyan uşaq bağçası dağılmaq üzrədir
    Kürdəmir rayonunda yerləşən şəhid Elşən Abdurahmanov adına 5 saylı uşaq bağçası bərbad vəziyyətdədir.

    XEBERTV.AZ məlumatına görə ,bu barədə “Report”un Yuxarı Şirvan bürosunun çəkiliş qrupu bağçada mövcud vəziyyətlə bağlı reportaj hazırlayarkən məlum olub ki, bağçanın inzibati binası 15 ildir ki, qəzalı vəziyyətdədir. Bina 1988-ci ildə tikilib və indiyədək burada heç bir təmir-tikinti işləri aparılmayıb.

    32 illik dövr ərzində bağçanın dam örtüyü, divarları və döşəməsi sıradan çıxıb. Həyətyanı sahəsi isə dörd bir yandan zibil tullantıları ilə əhatə olunub. Bağçanın nə normal giriş qapısı, nə də hasarı var.

    Nəzərə alsaq ki, burada gələcəyimiz olan körpələr tərbiyə olunur, təhlükənin nə qədər ciddi olduğunu dərk etmək elə də çətin deyil. Asan olduğu qədər də Bağçanın kollektivi müxtəlif vaxtlarda öz vəsaitləri ilə müəssisədə bəzi təmir-bərpa işləri görsələr də, heç bir effekti olmayıb.

    Bağçanın binası qəzalı vəziyyətdə 2 növbədə fəaliyyət göstərir. 95 yerlikdir və uşaqların təlim-tərbiyəsi ilə 12 nəfər tərbiyəçi və 16 nəfər digər işçilər məşğul olur.
    Hazırda istər bağçanın kollektivi, istərsə də azyaşlıların valideynləri dövlətin bu məsələyə dərhal reaksiya verərək mövcud problemin aradan qaldıralacağına ümid edirlər.


    loading...