
Supermarketdəki xarab məhsullarla bağlı açıqlama - Video
Bakı sakini Fərid Süleymanov “Araz” supermarketlər şəbəkəsinin mağazalarında saxlama şəraitinə əməl edilməməsi nəticəsində məhsulların xarab olduğunu iddia edib.
XEBERTV.AZ xəbər verir ki, şikayətçinin sözlərinə görə, Hüseyn Cavid prospektində və Ə.Haqverdiyev küçəsində olan mağazalarda elektrik enerjisinə qənaət edilməsi məqsədilə soyuducuların söndürülməsi nəticəsində məhsullar keyfiyyətini itirib.
Məsələ ilə bağlı “Araz” supermarketlər şəbəkəsinin PR meneceri Billurə Əmirova Bizimyol.info-ya bildirib ki, ərimiş məhsullar isə satışdan çıxarılıb: “Çəkiliş aparılan mağazada həmin günü soyuducunun mühərrikində qısa müddətlik nasazlıq yaranıb. Bu nasazlıq əritmə və soyutma sistemi ilə bağlı olub. Dərhal mütəxəssis dəvət olunaraq, problem aradan qaldırılıb. Ərimiş məhsullar isə satışdan çıxarılıb”.Bizimyol.info