Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Yaz gəlibdir.
  • Orta ümumtəhsil məktəbində soyqırım qurbanları yad edildi!
  • Azərbaycan İranla sərhədi niyə bağlamır? - Açıqlama
  • Azərbaycanda koronavirus var? - ÜST AÇIQLADI
  • "Allah qorxu üzündən iman gətirən bəndələrini sevməz- Onların imanının faydası olmaz..."
  • Türk professordan koronavirusla bağlı şad xəbər
  • 5,8 ballıq zəlzələ Azərbaycanda da hiss edildi - Yeniləndi
  • SON DƏQİQƏ: Rusiya bazasına İRİMİQYASLI HÜCUM - Ordu hərəkətə keçdi
  • Koronavirusa görə Azərbaycan İranla sərhəddə nəzarəti GÜCLƏNDİRİLDİ
  • İrandan dəhşətli XƏBƏR GƏLDİ - Ölüm addım-addım yaxınlaşır
  • Günün ulduz falı: 22 fevral, 2020
  • Koronavirusdan necə qorunmalı? - TÖVSİYƏLƏR
  • Vanqanın toqquşma öngörüsü: Sabah nə baş verəcək?
  • Zaur Darabzadə “3D” verilişində parlament seçkilərindən danışdı - VİDEO
  • Ordumuz Xocalıdakı qadınları əsirlikdən necə xilas etdi? - Kəşfiyyatçı Xocalı barədə heç kimin bilmədiyi faktların üstünü açdı
  • Yer kürəsinə sürətlə yaxınlaşan 11 TƏHLÜKƏ - Alimlərdən ŞOK ARAŞDIRMA
  • SON DƏQİQƏ: İranda 2 nəfər koronavirusdan öldü
  • Türkiyədə azərbaycanlı qadınlar saxlanıldı - İş adıyla gedib... (FOTOLAR)
  • Turistlər orbitə səyahət üçün milyonlarından keçməli olacaqlar
  • Naxçıvandan görüntülər: Azərbaycan əsgəri qarlı dağlarda..
  • Xocalı soyqırımını dünyaya necə tanıtdıq?
  • "Ermənilərin bədbəxtliyi odur ki, onlar öz tarixlərindən bixəbərdir" - Ermənişünas alim
  • Cinsi gücü artıran həblər mavi görməyə səbəb olur - AÇIQLAMA
  • Iqbal Ağazadə Rauf Arifoğlu üzərində ilk mənəvi qələbəsini çaldı
  • Koronavirusu alimlər hazırlayıb? (İDDİA)
  • 29 Oca 2020, 18:33   
        168




    Pensiyalar 14 faiz artacaq - Ekspert

    XEBERTV.AZ verir ki, bunu iqtisadçı-ekspert Rəşad Həsənov 2020-ci ilin yanvar ayının 1-dən etibarən əmək pensiyalarının nə qədər artırılacağı ilə bağlı deyib. O bildirib ki, 2019-cu ilin yanvar-noyabr aylarının statistik nəticələrinə görə, orta aylıq əmək haqqı 15.4 faiz artıb:

    “2019-cu ilin əvvəlində pensiyaçıların sayı 1 milyon 296 min nəfər olub. Yəni gözləyən kifayət qədər böyük sosial qrupdur. Təxminən 1 həftə sonra 2020-ci il üçün əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam təsdiqlənəcək. Bu sərəncamla 2020-ci ilin yanvar ayının 1-dən etibarən əmək pensiyalarının nə qədər artırılacağı faizi məlum olacaq. İndeksləşmə pensiyaların sığorta hissəsinə tətbiq edilir. Amma budəfəki sərəncamda 2 göstərici öz əksini tapacaq. Çünki bu ilin iyul ayında “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliyə əsasən, artıq indeksləşmədə iki göstəricidən (orta aylıq əmək haqqının artım səviyyəsi və inflyasiya göstəricisi) istifadə ediləcək. Belə ki, vətəndaşların fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı (Məcburi Dövlət Sosial Sığorta Haqqı üzrə fərdi hesabda toplanan vəsait) istehlak qiymətləri indeksinə (infliyasiya) uyğun, faktiki pensiya alanların pensiyalarının sığorta hissəsi isə orta aylıq əmək haqqının artım tempinə uyğun aparılacaq. 2019-cu ilin yanvar-noyabr aylarının statistik nəticələrinə görə, orta aylıq əmək haqqı 15.4 faiz artıb. Dekabr ayında müvafiq göstəricinin nisbətən azalacağı ehtimal olunsa da, artım səviyyəsinin 14-15 faiz ətrafında olacağını proqnozlaşdıra bilərik. Yəni, pensiyaların ən az 14 faiz artacağı gözlənilir”.

    Rəşad Həsənov vurğulayıb ki, MDSSH ödəyən vətəndaşların fərdi hesablarında toplanan vəsait inflyasiya səviyyəsinə uyğun indeksləşdiriləcək:

    “Sığorta hesabınızda 5000 manat vəsait toplanıbsa, 130 manat artaraq olacaq 5130 manat. Hansı ki, əvvəlki qaydalarla bu gösətrici 14-15 faiz artaraq 5700-5750 manat olmalı idi. Maraqlı məqam da elə burada ortaya çıxır. 2017-ci ildə qanunvericiliyə edilən dəyişikliyə əsasən, pensiyaların və pensiya kapitalının indeksləşdirilməsi infliyasiya səviyyəsinə uyğun deyil, orta aylıq əmək haqqının artımı tempinə uyğun həyata keçirilməsi qərarlaşdırıldı. Əksər ölkələrdə də bənzər indeksləşmə infliyasiya səviyyəsinə uyğun aparılır ki, pensiyaçının alıcılıq qabiliyyəti zəifləməsin. İndeksləşdirmənin mahiyyəti də məhz bundan ibarətdir. Ancaq 2019-cu il ərzində qəbul edilən sosial poketlərin orta aylıq əmək haqqı səviyyəsinə təsirlərini nəzərə alan hökumət çox sakit şəkildə qanunun müvafiq bəndinə kiçik düzəliş edərək bu gün muzdla çalışan insanlar da daxil olmaqla vətəndaşların fərdi hesablarının sığrota hissəsində toplanan vəsaitin infliyasiya səviyyəsinə uyğun, yəni daha aşağı səviyyədə indeksasiya edilməsinə qərar verdi”.Axar.az
    loading...