Xəbər lenti
Axtar
Ən çox oxunan
  • GÖYÇAY RAYONU İNKİŞAF YOLUNDA
  • Qiyamət günü insanın əməllərinə şəhadət verən 9 şahid
  • Rusiyada müəllim və şagirdlərə məktəbdə telefon qadağan ediləcək
  • "BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCİK!" - Əziz Tonoyan
  • Nümayişçilərə qarşı “dəhşətli nəhəng” silah tapıldı
  • Azərbaycanda yol polisi ləğv edilə bilər – Vilayət Eyvazovdan inqilabi dəyişiklik
  • Gürcüstanın Azərbaycana borcu açıqlandı.
  • Bakıda Milli Qəhrəmana hörmətsizlik edildi - FOTO
  • DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU! – Dövlət Yol Polisində şok dəyişiklik
  • Putin Mehriban Əliyevaya orden verdi
  • Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə qədər məsafə 30 kilometr qısalacaq
  • Yeni kiçikölçülü antena “5G” şəbəkələrinin işini 10 dəfələrlə sürətləndirəcək
  • Yer kürəsinə “təhlükəli” asteroid yaxınlaşır
  • Dünyanı cənginə alan “Tik Tok” nədir? – Maraqlı faktlar
  • Tankçılarımız finalın bir addımlığında - Video
  • Günün ulduz falı: 11 avqust, 2019
  • Yağış sürüşmə zonalarını aktivləşdirdi
  • Çavuşoğlu: Azərbaycanın vizaları ləğv etməsi mühüm hadisədir
  • İsmayıllı: Böyük faciənin astanasındayıq – FAKT
  • İnstagram və WhatsApp-ın adı dəyişiləcək
  • Prezident tapşırıq verdi: Bu məsələ təhlil edilməlidir
  • Ərdoğan gizli silahını ortaya çıxardı: “Atom” bombası…
  • Günün ulduz falı: 27 iyul, 2019
  • İşğal olunmuş torpaqlarda ermənilər tərəfindən yeni yolun çəkilməsinə XİN-dən REAKSİYA
  • Dahilər dahisi
  • 18 Haz 2019, 21:08   
        158


    Bəzi maşınların Bakıya girişi məhdudlaşdırılacaq

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən Bakı şəhərində keçirilmiş müşahidələrin nəticələri hava keyfiyyətində yaxşılaşmaya doğru tendensiyanın olduğunu göstərir.

    Bunu APA-ya Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, atmosfer havasının keyfiyyətinə nəzarət edən Vaisala AQT400 avtomat stansiyasının onlayn məlumatlarının və OPSİS avtomatik məntəqədən alınan təhlillərin nəticəsi bunu təsdiq edir.

    Belə ki, 2018-ci ilin iyun-iyul aylarında atmosfer havasında azot 4 oksid normanı 2,4 dəfə keçmişdisə, 2019-cu ildə bu göstərici 1,4 dəfə olub. Həmçinin ETSN-nin 168 nömrəli “Qaynar Xətt”inə havanın çirklənməsi nəticəsində qoxunun gəlməsi ilə bağlı əhali tərəfindən daxil olan şikayətlərin sayı da xeyli azalıb. 2018-ci ilin iyun və iyul ayının birinci yarısında 77 şikayət daxil olmuşdusa, 2019-cu ilin müvafiq dövründə havanın çirklənməsi ilə bağlı 30 şikayət daxil olub.

    "Araşdırmalar nəticəsində məlum olub ki, 2018-ci ildə toluol, benzol və etil-benzol normadan 3 dəfə artıq olduğu halda 2019-cu ildə 1,2 dəfə artıq olub. Atmosfer havasının vəziyyəti həm ətraf mühitə atılan tullantılardan, həm də sinoptik-meteoroloji şəraitdən asılıdır. Durğun anomal isti hava şəraitində, zəif cənub, cənub-şərq küləyinin üstünlüyü zamanı çirkləndirici maddələrin toplanmasına şərait yaranır. Bu il isə iyunun anomal isti keçməsinə baxmayaraq, iyulda nisbətən sərin və küləkli hava şəraitinin üstünlüyü bu durğunluğun yaranmasının qarşısını alıb. Eyni zamanda bunu müvafiq dövlət qurumları tərəfindən nəzarətin gücləndirilməsi və havanın çirklənməsinə görə məsul olan sahələrin bu məsələnin vacibliyini başa düşərək müəyyən tədbirlər görmələri ilə izah etmək olar. Lakin bu istiqamətdə hələ də bir çox həll olunmamış problemlər var.

    Xüsusi narahatlıq avtonəqliyyat vasitələrinin sıxlığı, eyni zamanda ölkəyə gətirilən istismar müddəti keçmiş avtomobillərin istifadəsi ilə bağlıdır. Nazirlik tərəfindən aidiyyəti təşkilatlarla bəzi nəqliyyat növlərinin şəhərə daxil olmasına məhdudiyyətlərin tətbiq edilməsi istiqamətində işlər aparılır.

    Bakı şəhərində nəqliyyatdan havaya olan təsirləri müəyyənləşdirmək məqsədilə seçilmiş nöqtələrdə - Neftçilər pr., Dərnəgül şossesi, Nobel pr., 20 yanvar dairəsi, Lökbatan dairəsi, Ukrayna dairəsi, Qara Qarayev pr., Heydər Əliyev pr., Şərifzadə küç., Xırdalan–Sumqayıt yolunda əməkdaşlarımız tərəfindən monitorinqlər keçirilib və hava nümunələri götürülərək azot-4 oksid, kükürd qazı, dəm qazı, Pm10, Pm2,5 dirspers tozun təyini üzrə analizlər aparılıb. Analizlərin nəticələrinə görə çirkləndiricilərdən azot 4-oksidin konsentrasiyası 2,3-3,5, dəm qazı 1,4-2,2, Pm10 dirspers toz 1,1-1,4, Pm 2,5 dirspers toz 1,1-1,6 dəfə yol verilən qatılıq həddini keçib.

    Monitorinqlərin nəticəsinə görə, ən yüksək çirklənmə Lökbatan dairəsində qeydə alınıb ki, bu da həmin dairədə həm şəhərdaxili, həm də şəhərkənarı nəqliyyatların sıx hərəkət etməsi ilə bağlıdır", - deyə o əlavə edib.

    Umyara Tağıyeva bildirib ki, monitorinqlər davam etdirilir: "Lakin təmiz hava naminə müsbət nəticələrin davamlı olaraq əldə edilməsi bizim hər birimizin, o cümlədən sənaye və təsərrüfatın müxtəlif sahələrində çalışanların, əhalinin bütün təbəqələrinin birgə səyindən asılıdır. İnanırıq ki, bu vacib problemi biz birgə həll edə biləcəyik".
    loading...