Xəbər lenti
Axtar
Ən çox oxunan
  • DİN-dən dəfn icazəsi ilə bağlı AÇIQLAMA
  • DSX Keşikçidağdakı vəziyyət barədə məlumat yaydı
  • Deputat seçicilərinə müraciət etdi
  • Koronavirusla bağlı virusa yoluxma riskinin daha yüksək olduğu hava limanlarının siyahısı açıqlanıb.
  • Əlvida kapitalizm! - Yeni sistem yaradılır
  • Şok iddia: Yadplanetlilər burnumuzun ucundadır
  • Tramp kütləvi etirazlar zamanı BUNKERDƏ GİZLƏNİB
  • Azərbaycanda tikinti zamanı qədim əşyalar tapıldı
  • Koronavirus Uhan bazarından yayılmayıb - İDDİA
  • Bu gün Uhud döyüşü və həzrət Həmzənin şəhadət günüdür
  • Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
  • İranda silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma olub, ölənlər var
  • Osmanlı dövləti haqda mobil oyun avstraliyalı qızı müsəlman etdi...-İBRƏTAMİZ-VİDEO
  • Azərbaycanda Respublika Günü qeyd edilir
  • İran şokda: Pulların üzərində "Yaşasın Azərbaycan" şüarı - FOTO
  • Ermənilərin atdığı ehtimal edilən top mərmisi tapıldı
  • Pakistanda baş verən “A-320” qəzasının şok sirləri – Elmi-lədun
  • Bakıda mağazalara girdi, hamının borcunu ödədi - Video
  • "Ermənilər Şuşada törətdikləri təxribatla xalqımızın əsəblərini tarıma çəkmək istədilər"
  • Ermənistanı yerlə-yeksan edəcək sistem: Azərbaycanın elə gizli silahları var ki... - General SİRLƏRİ AÇDI
  • Ramazanda fitrə nə vaxtadək verilməlidir? - VİDEO
  • Deputat: Əhali təkidlə müharibə istəyir... – Video
  • Azərbaycan əsgəri, Şuşanı Vur, Xankəndini Vur!
  • Araikdən yeni provokasiya: “məclis”i Şuşaya köçürür
  • Mumiyalarla bağlı yeni kəşf
  • 06 Şub 2019, 00:48   
        416
      Azərbaycan meşələrində meyvə yığımı üçün ödəniş məbləği dəyişdi

    Azərbaycan meşələrində meyvə yığımı üçün ödəniş məbləği dəyişdi
    Azərbaycanda qadağan edilən sahələrdə meşə sərvətlərinin tədarükü və yığılması nəticəsində meşə təsərrüfatına vurulmuş zərərə görə ödənişlər müəyyənləşib.

    Virtualaz.org bildirir ki, bu ödənişlər Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” qərarında dəyişiklik sənədində əksini tapıb.

    Belə ki, yabanı (cır) meyvələrin (alma, armud, zoğal, alça və s.) hər kiloqramına görə 1 manat, peyvənd meyvələr (alma, armud, zoğal, alça və s.) hər kiloqramına görə 2 manat, itburnunun hər kiloqramına görə 2 manat, çaytikanının hər kiloqramına görə 3 manat, digər dərman bitkilərinin hər kiloqramına görə 2 manat, şabalıd və fındığın hər kiloqramına görə 2 manat, qozun hər kiloqramına görə 2 manat, fıstıq toxumunun 1.5 manat, palıdın hər kiloqramına 1 manat, cökənin hər kiloqramına görə 1.5 manat ödəniş nəzərdə tutulur.

    Bundan başqa, qamış, qarğı, meşə döşənəyi və tökülmüş yarpaqların hər kubmetrinə 50 qəpik ödəniş olmalıdır.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyin Meşələrin İnkişafı Departamentinin direktor müavini Ağaqardaş Qaraşov jurnalistlərə bildirib ki, meşələrdə yabanı meyvələrin icazəsiz yığılmasına görə ziyanın və cərimənin tətbiqi əvvəllər də mövcud idi: “Nazirlər Kabinetinin 2004-cü il tarixli 145 nömrəli qərarına görə, cərimələr müəyyən edilmişdi. Sadəcə həmin qərara dəyişiklik olunub və cərimələrin məbləği artırılıb. Son 14 il ərzində cərimələrin məbləği çox aşağı olub”.

    O, qeyd edib ki, cərimələrə edilən dəyişiklik meşələrin qorunub mühafizə olunmasına və təqsirkar şəxslərin maddi məsuliyyətinin artırılmasına, meşə fonduna vurduqları faktiki ziyana uyğunlaşdırılmasına xidmət edir: “Meşə ehtiyatlarının mühafizəsi sahəsində səmərəli mexanizmin tətbiq olunması, meşələrə olan müdaxilələrin qarşısının alınması üçün bu qərar mühüm əhəmiyyət kəsb edir. Qərara edilən yeni dəyişikliklərə əsasən meşə ərazilərində icazəsiz yığılan meşə sərvətlərinin hər kiloqramı üçün cərimə məbləği 3 dəfəyədək artırılıb. Məsələn, itburnu, şabalıd, fındıq və dərman bitkilərinin icazəsiz yığılması üçün əvvəl cərimə 80 qəpik idisə, indi 2 manatdır. Çaytikanı, qoz üçün tətbiq edilən cərimə əvvəl 1 manat 20 qəpik idisə, indi 3 manatdır. Ümumiyyətlə, meşə ehtiyatlarının bütün parametrləri üzrə cərimələr artırılıb. Belə ki, mal-qara otarılması, ot çalınması, ağacların və kolların zədələnməsi və s.”.
    loading...