Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Türkiyədə 3 dəhşətli zəlzələ: 554 yaralı, 18 ölü... - Video
  • Kosmosda sərvət tapıldı - İnsanların həyatı dəyişəcək (FOTOLAR)
  • Vilayət Eyvazovun dəyişdiyi DYP: Bunlarla rastlaşmayacaqsınız! – RƏSMİ AÇIQLAMA
  • Sudan tullanan balıq oğlanın boynunu deşdi - FOTO
  • Azərbaycanlıları belə qırdılar: Rus TV-sində şok - Video
  • Şəhidlərin hansı günahları bağışlanır? - VİDEO
  • Əfsanəli Milli Qəhrəman Fred Asifin qardaşı seçicilərə müraciət etdi
  • 02.02.2020 tarixində nələr BAŞ VERƏCƏK və NƏLƏR ETMƏLİYİK?
  • Azərbaycanda işsizlərin sayı da açıqlandı
  • Qarabağ əlilinin gülsatan qızı: “Məktəbdən çıxdım ki, atamın dərmanlarını alım”
  • Azərbaycanda bir ilk: Deputat seçiciləri üçün şəxsi elektron kabinet yaratdı– VİDEO təqdimat
  • Telefonunuzdan təcili silməli olduğunuz 30 tətbiq – SİYAHI
  • Vanqanın 2020-ci il Proqnozları-VİDEO
  • “Unutmadıq, unutmarıq!” - AzTV-nin şəhidlərimizə həsr etdiyi videoçarx
  • Həftənin ilk iş günü HAVA necə olacaq? - PROQNOZ
  • İlham Əliyev Şəhidlər xiyabanında
  • 20 Yanvar faciəsindən 30 il ötür
  • "Nuhun gəmisi"ndə fəlakət: Dünya HƏYƏCANLA İZLƏYİR (FOTO)
  • Nazir əmr imzaladı: Polis gücləndirilmiş iş rejiminə keçir
  • Sabah bu ərazilərə qar yağacaq
  • NASA-dan XƏBƏRDARLIQ - Bu gün saat 18:30-da...
  • “Səs versələr də, verməsələr də mən seçiləcəyəm”
  • Rəşid Mahmudov: Belə ziyalı, məmur nakişidir – VİDEO
  • Erməniləri Qarabağda gücləndirən Sara kimdir?
  • 17 yaşlı şagird alimləri heyrətə gətirən KƏŞFƏ İMZA ATDI
  • 19 May 2018, 21:49   
        519
    Şortikə görə qızı təhqir edəni hansı cəza gözləyir?

    Şortikə görə qızı təhqir edəni hansı cəza gözləyir?

    Bakı metrosunda şortik geyindiyi üçün oğlanın təzyiqinə məruz qalan gənc xanım məhkəmədə sözügedən şəxsə qarşı iddia qaldıra bilər.

    Bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas Fərhad Mehdiyev söyləyib. O bildirib ki, qız mülki iddia qaldırmaq hüququna malikdir:

    “Əslində, şortik geyinmək xanımın şəxsi həyatına aid məsələdir. Videodakı oğlanların həmin xanıma söylədikləri sözlər şəxsi həyata müdaxilə hesab olunur. Həmin şəxslərin cəzalandırması üçün xanım gərək özü müvafiq qurumlara müraciət etsin. Dövlət xanımın şikayəti olmadan birbaşa hər hansı bir tədbir görə bilməz.

    Xanım həmin şəxslərə qarşı məhkəmədə iddia qaldıraraq, kompensasiya tələb edə bilər. Gördüyüm qədərilə, videodakı yaşlı xanım gənc qızın üstünə yeriyir. Amma orada xanımın gənc qıza qarşı zorakılıq hərəkətlərinin olub-olmaması dəqiqləşdirilməlidir. Doğrudan da gənc xanıma qarşı zorakılıq hərəkətləri olubsa, bu, xuliqanlıq kimi qiymətləndirilə bilər. İctimai yerdə zorakılığın tətbiqi cəmiyyətə hörmətsizlikdir”.

    Hüquqşünas həmçinin bildirib ki, hüquq-mühafizə orqanları burda xırda xuliqanlıq faktını da araşdıra bilər:

    “İnzibati qaydada həmin oğlanların hərəkətləri xırda xuliqanlıq kimi qiymətləndirilə bilər. Xırda xuliqanlıqda zor tətbiqi şərt deyil.

    İnzibati Xətalar Məcəlləsində cəmiyyətə hörmətsizlik ifadə edən hərəkətlər ayrıca qeyd olunub. Amma burada hər hansı həbsdən söhbət gedə bilməz. Yalnız maddi və digər alternativ cəzalar ola bilər”.

    Qeyd edək ki, Bakı metrosunda gənc qız şortik geyinməsinə görə oğlanın hücumuna məruz qalıb. Sözügedən insidentin görüntüləri sosial şəbəkələrdə sərt tənqid olunub.
    loading...