• 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 
  • 23:36 – Zirə" finalada - Video 
  • 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 

Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Əməkdar artisti Aleksey Miltıxın konserti təşkil ediləcək

Martın 3-də Beynəlxalq Muğam Mərkəzində Bakıdakı Rus Evinin dəstəyi ilə Azərbaycan Respublikasının Əməkdar artisti, violonçel ifaçısı Aleksey Miltıxın konserti təşkil ediləcək.

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a verilən məlumata görə, “Solo” adlı konsert Aleksey Miltıxın istedadını qiymətləndirənlər üçün böyük hədiyyədir.

Dinləyicilər bu konsertin proqramına daxil edilmiş klassik və estrada əsərlərinin nəfisliyini, lirik nümunələrin zərifliyini duyacaq, rok improvizələrindən enerji alacaqlar.

Alekseyin yeni formatda birinci solo konsertinə getmək şansını qaçırtmayın.

Bakıdakı Rus Evinin və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə baş tutacaq konsertin təşkilatçısı StolitsA.rt saytıdır.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →