• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

Qazaxıstandakı diasporumuz beynəlxalq birliyi təcili tədbirlər görməyə çağırdı

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücum Qazaxıstanda yaşayan soydaşlarımızda hiddət doğurub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Ata Yurd-NOMAD” İctimai Birliyi, “Turan” Azərbaycanlılar Konqresi, “Xəzər” Etnomədəni Birliyi, Respublika Azərbaycanlılar Assosiasiyasının Almatı filialı, Azərbaycan Qadınlar Komitəsi, Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyəti, “Azərbaycan Mədəniyyət Mərkəzi” İctimai Birliyi, “Birlik” İctimai Birliyi, Ş.Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti nəzdindəki Azərbaycan Mərkəzi, “Ahıska” qəzeti və "Türk Birliyi” jurnalınin redaksiya heyətinin yaydıqları bəyanatlarda səfirliyimizin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun qətli və diplomatik missiyamızın iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı şiddətlə pislənib.
İranda heç bir diplomatik nümayəndəliyin, eləcə də heç bir insanın toxunulmazlığına zəmanətin olmamasından dərin narahatlıqlarını ifadə edən soydaşlarımız Azərbaycana münasibətdə İranın Ermənistanla eyni mövqedən çıxış etdiyini diqqətə çatdırıblar.
Diaspor təşkilatları beynəlxalq birliyi regionda baş verənlərlə bağlı ədalətli mövqe tutmağa və İran xüsusi xidmət orqanlarının belə ağır cinayət əməlləri törətməsinin qarşısının alınması üçün hüquqi-siyasi müstəvidə təcili tədbirlər görməyə çağırıblar.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →