• 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 
  • 23:36 – Zirə" finalada - Video 
  • 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 

Binəqədi qəsəbəsində 7 yaşlı uşaq odlu silahdan atəş nəticəsində xəsarət alıb

saat 17 radələrində Binəqədi qəsəbəsində bir uşağın odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin əməkdaşları müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalarla 9 yaşlı uşağın evdə atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşlə 7 yaşlı dayısı oğlunun döş qəfəsinə xəsarət yetirməsi məlum olub.

Polis əməkdaşları hadisə yerindən müvafiq sənədləri olan “Churchill” markalı ov tüfəngi götürüblər.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 131-ci maddəsi (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) ilə cinayət işi başlanılıb.

Hadisə ilə bağlı rayon polis idarəsində araşdırma aparılır.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →