• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

“Taxıl dəhlizi”ndən 565 gəmi Ukrayna limanlarını tərk edib

“Taxıl dəhlizi” işə başlayandan indiyədək Ukraynanın 14,2 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edilib. Ümumilikdə avqustun əvvəlindən Asiya, Avropa və Afrika ölkələri üçün kənd təsərrüfatı məhsulları daşıyan 565 gəmi Ukrayna limanlarını tərk edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "Taxıl dəhlizi"nin həyata keçirilməsi çərçivəsində dekabrın 18-19-da Ukraynanın ərzaq məhsulları ilə dolu daha 7 gəmisi Odessa limanlarını tərk edib.

Məlumata görə, gəmilərin göyərtəsində ümumilikdə 182 min ton kənd təsərrüfatı məhsulu var və onlar Asiya, Avropa və Afrika ölkələrinə yola salınıb.

Hazırda Odessa limanlarında 24 gəmi emal mərhələsindədir. Onlar 973 min ton Ukrayna kənd təsərrüfatı məhsulunu yükləyirlər.

Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →