• 13:55 – “Qarabağ” Tovuzda rəqib yox, doğma komanda kimi qarşılandı - Video 
  • 13:38 – “Qarabağ”ın qapıçısı “Nyukasl”a keçir? 
  • 13:32 – Moskvaya dron hücumu oldu, aeroportlarda uçuşlara məhdudiyyət qoyuldu - YENİLƏNDİ 
  • 13:28 – Sabahın havası: yağış, qar, dolu... 

Xızı rayonunda hərbi sursatlar aşkar edilib

Xızı rayonunda hərbi sursatlar aşkar edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı rayonunun Giləzi qəsəbəsi yaxınlığında hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 7 ədəd 100mm-lik tank mərmisi, 3 ədəd 120mm-lik top mərmisi, 2 ədəd TAB-50 aviabomba, 1 ədəd TAB-7 aviabomba, 21 ədəd 82mm-lik tank mərmisi, 5 ədəd 76mm-lik top mərmisi, 10 ədəd 100mm-lik top mərmisi, 3 ədəd 85mm-lik top mərmisi, 1 ədəd 120mm-lik qumbaraatan mərmisi, 1 ədəd Qrad mərmisi (2 motorlu), 3 ədəd F-1 əl qumbarası, 2 ədəd POMZ-2 piyada əleyhinə mina və 1 ədəd əleyhiqaz kömürü olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →