• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

Rusiya mövqeyini dəyişmədi: cavabımız "xeyr"dir - ABŞ

Rusiya mövqeyini dəyişmədi: cavabımız "xeyr"dir - ABŞ

Rusiya ABŞ-ın təhlükəsizlik təkliflərinə cavab olaraq müəyyən məsələlərdə mövqeyini dəyişmək istəmədiyini nümayiş etdirib.

Bu açıqlama ilə ABŞ Dövlət katibi Entoni Blinken çıxış edib.

“Rusiya bizim sadiq olduğumuz əsas prinsiplərimizlə əsaslı ziddiyyət təşkil edən mövqe tutmaqda davam edir”, - Blinken vurğulayıb.

Blinken qeyd edib ki, təhlükəsizlik dialoqunda müzakirə üçün konkret ideyalar var: “Lakin NATO-nun yeni üzvləri qəbul etməkdən imtina etməsinə gəlincə, cavab “xeyr"dir”.

Onun fikrincə, ABŞ və Rusiya qarşılıqlı inam yaratmaq, riskləri azaltmaq və silahlara nəzarət etmək üçün birlikdə işləyə bilərlər.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →