Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Paltarınızda bu varsa, deməli, sizi izləyirlər – Diqqət
  • Yadplanetlilər havaya suni peyk buraxdı - Elm adamları təsadüfən gördü / VİDEO
  • Bürcləri ağladan AĞLAGƏLMƏZ SƏBƏBLƏR
  • 400 il əvvəlki soyuqlar geri qayıdır: “BUZLAŞMA DÖVRÜ” BAŞLAYIR
  • Rumıniya və Moldova birləşir?
  • Bəla geri qayıdır – Qonşu ölkədə “Quş qripi” aşkarlandı
  • Azərbaycanlı qadınlar niyə əcnəbi kişilərlə evlənir?
  • Saçlarınız heç vaxt AĞARMAYACAQ, ƏGƏR...
  • Cəsur döyüşçü, şəhid dostum Həsənqulu Qasımovun məlahətli səsinə qulaq asın!
  • “3-cü dünya müharibəsi yağışlı bir gecədə başlayacaq və...” -Öz ölüm tarixini bilmiş öngörücü
  • Alimlərdən tövsiyə: ya vegeterian olun, ya da həşərat yeyin
  • BƏDBƏXT HADİSƏ: Kəndir qırıldı və hərbçilər yerə çırpıldı - VİDEO
  • "Ağıllı" küçə işıqları - İzləyir, təhlükəni sezir, çəkir, internet ötürür
  • Ermənilərin olduğu təyyarə Bakıya məcburi eniş etdi
  • PREZIDENT MƏHKƏMƏ HAKIMININ SƏLAHIYYƏTLƏRINƏ VAXTINDAN ƏVVƏL XITAM VERDI - SƏRƏNCAM
  • Bu il üç dəfə Günəş tutulması baş verəcək
  • Bakı Meriyasının milyonçu “məmuru” - “Tender kralı” Ramazan Mirzəyev kimdir?
  • Vanqadan şok proqnoz: Fevral ayında bu bürclər pulun içində üzəcək- CƏMİ 3 BÜRC
  • Polislərin sayı ilə bağlı BÖYÜK MÜƏMMA: Dünyada ikinci yerdə Azərbaycandır?
  • Amerika səfirliyi yaxınlığında ŞÜBHƏLİ ƏŞYA - Bina mühasirəyə alındı
  • Çin müsəlman ölkəsində müharibə meydanı hazırlayır - Nüvə silahları İŞƏ SALINIR
  • Rus qızları niyə bu qədər GÖZƏL OLUR? - SİRLƏR AÇILDI
  • Bəylər diqqət!Hər 6 cütlükdən biri bu problemi yaşayır
  • Dünyanı məhv edəcək partlayış – 150 il başqa planetdə...
  • Rusiya açıqladı: Bu bazalara hücum edildi
  • Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatında qadınlarla görüş

    26 Ock 2015, 22:05   
        1 434
    Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatında qadınlarla görüş

    23 yanvar 2015-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Qadınlar Şurasının 2014-cü ildə görülən işlər və 2015-ci ildə qarşıda duran məsələlərə həsr edilmiş hesabatı keçirilmişdir.
    Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Qadınlar Şurasının sədri Gülşən Xəlilova respublikamızın və cəmiyyətin yüksək inkişafında qadınların rolundan söhbət açmış, ölkəmizdə dövlət qadın siyasətinin uğurla həyata keçirilməsində, qadınların respublikada, eləcə də rayonda gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirakından bəhs etmişdir.
    Bildirilmişdir ki, Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun artması və fəaliyyət dairəsinin genişləndirilməsi ölkəmizin uğurlarından biridir: “Hazırda YAP cəmiyyətin siyasi avanqardı, ölkənin ən nüfuzlu siyasi qüvvəsidir. Partiya çox geniş potensiala malikdir və qadınlarımızın da bu uğurlarda özünəməxsus payı vardır. Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi və mədəni həyatında da qadınların rolu durmadan artmaqdadır. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasın. Öz vətəndaş mövqeyi, qadın hünəri ilə onlar kişilərlə çiyin-çiyinə əmək fəaliyyətlərini davam etdirirlər. Azərbaycan qadınları tükənməz enerji və məhəbbətlə doğma ocağında-ailəsində ömürlərinin şərəfli səhifələrini yaşamaqla bərabər, cəmiyyətdəki aktual problemlərin həllindən də kənarda qalmırlar”.
    Gülşən Xəlilova bildirmişdir ki, Azərbaycanın birinci xanımı, Yeni Azərbaycan Partiyasının sədr müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən, sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan, hətta dünya qadınları üçün nümunə və örnəkdir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlarımıza yüksək qiymət vermişdir. Bu gün həmin ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
    Gülşən Xəlilova çıxışını davam etdirərək qeyd etmişdir ki, bu gün YAP Masallı rayon təşkilatının 28.2 %-ni yəni 2750 nəfərini qadınlar təşkil edir. Bunların 679 nəfəri ali, 813 nəfəri isə orta ixtisas təhsillidirlər. Sevindirici haldır ki, 2014-cü il ərzində YAP sıralarına daxil olanların 34.1 %-ni, yəni 179 nəfərini qadınlar təşkil etmiş və onların da 87-i gənc qadınlardır. 2014-cü ildə YAP sıralarına daxil olan qadınlarımızın 96 nəfəri dövlət qulluğunda, səhiyyədə, təhsil müəssisələrində, mədəniyyət və digər özəl sahələrdə çalışırlar.
    Tədbirdə iştirak edən Gülnaz Talıbova, Rəhimə Rzayeva, Pərvin Rəsulova və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının nüfuzunun gündən-günə yüksəlməsindən, Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində qadınların cəmiyyətdə rolunun artdığından bəhs etmişlər.
    Tədbirdə cari ildə görüləcək işlərlə bağlı müzakirələr aparılmış, partiya həyatında fəal iştirakına görə bir qrup qadınlara qiymətli hədiyyələr verilmişdir.


    Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatında qadınlarla görüş
    Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatında qadınlarla görüş
    Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatında qadınlarla görüş
    Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatında qadınlarla görüş
    loading...