Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Azərbaycan XİN-dən Paşinyanın bəyanatına sərt reaksiya
  • Türkmənistan blokada elan etdi: Tacikistan Azərbaycana üz tutdu
  • Prezident yeni islahat anonsu verdi - Bu sahələrdə...
  • Şimali Koreya haqda “yaxşı” film çəkməyə gedən rus rejissor gördüklərindən dəhşətə gəldi
  • "Cahangir Hacıyev türmədə BİR DƏFƏ ÖLÜRDÜ..."-Təzyiqi aşağı düşmüşdü
  • Səmada yaranan qorxunc “dəlik” insanları həyəcanlandırdı – VİDEO
  • İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
  • Bu gün İlaxır çərşənbədir
  • Əli İnsanov dünən və bu gün: nələr deyir? - Video
  • 27 kilometrlik gizli tunel tapıldı - BÖYÜK TƏHLÜKƏ
  • Türk əsgərlər xüsusi təhlükəli terrorçunu məhv etdilər
  • Maykl Ceksonun qızı özünü öldürmək istəyir
  • Feysbuk və Yutub Yeni Zelandiya terrorunun videolarını silir
  • Azərbaycanda genişmiqyaslı təlim - Video
  • Bəs, Avropa ölkələrində edam qadağan idi? - Ərdoğan
  • NASA iki qalaktikanın toqquşmasını göstərdi - FOTO
  • Yəhudilərin varlanmaqla bağlı MÖHTƏŞƏM ÜSULLARI: əgər kasıbsınızsa...
  • SON DƏQİQƏ: Qaz və elektrik enerjisi ilə bağlı limitin ləğv olunması təklif edildi
  • Türkiyədə yayımlanan "Savaşçı" serialında Xocalı şəhidləri anılıb.
  • Rus alim xəritə yaydı - İrəvan Azərbaycan ərazisidir - VİDEO
  • Fəzail İbrahimli: “Televiziyanı neçə dəfə ərdə olub ana kimi əxlaq dərsi keçənlərdən təmizləmək lazımdır"
  • Ermənilər Kəlbəcərdən Cəbrayıladək avto-yürüş edəcək - “Bir qarış da torpaq verməyəcəyik!..”
  • Soyqırım qurbanları Ankara Qazi Universitetində də yad edildi!
  • “Facebook” onlayn ödənişlər sahəsində inqilaba hazırlaşır
  • Yadplanetlilər Azərbaycanlı tələbəyə izləmə qurğusu yerləşdirdilər -ŞOK FOTOLAR
  • 18 Ağu 2015, 08:21   
        627
    Türkiyə-İran münasibətləri gərginləşir

    Ankara Tehranın bölgədə artan rolundan narahatdır, Vaşinqton isə Türkiyəni nəzarət altında tutmaq üçün kürd kartından istifadə edir; bu vəziyyətdə Bakı üçün yeni şanslar açılır

    ABŞ-İran anlaşması və bunun ardınca Vaşinqtonun Türkiyə ilə İŞİD-ə qarşı antiterror mübarizəsi razılaşması Tehran-Ankara münasibətlərini daha da soyuqlaşdırıb. Məlum olduğu kimi, AKP hakimiyyəti dönəmində xeyli dərəcədə istiləşən İran-Türkiyə münasibətləri “ərəb baharı”nın Suriya “səhifəsi” ilə qapandı. Daha doğrusu, iqtisadi münasibətlər qalsa da, siyasi əlaqələr soyuqlaşdı. Çünki Suriya məsələsində faktiki olaraq Türkiyə və İran qarşı-qarşıya dayanan cəbhələrdə yer aldılar.

    İran beynəlxalq təzyiqlərə baxmayaraq, Rusiya ilə birlikdə Suriya prezidenti Bəşər Əsədi dəstəklədi. Türkiyə hakimiyyəti isə Əsədin devrilməsi üçün bütün gücünü və imkanlarını səfərbər etdi. Ancaq bütün bunların fonunda Ankara və Tehran arasında embarqo dönəmində gizli qaz və neft ticarəti davam etdi. Məlum olduğu kimi, İranın enerji bazarına (leqal və “qara bazara”) çıxışında Türkiyənin əhəmiyyətli payı var. Üzə çıxan gizli sənədlərdən və həbslərdən də məlum olduğu kimi, iqtisadi sahədə İran-Türkiyə gizli əlaqələri “açıq sahədə” olduğu qədər düşməncəsinə olmayıb.

    Ancaq İranın indi ABŞ və bütövlükdə Qərb ölkələri ilə anlaşması İslam Respublikasının regionda rolunun artacağı ilə bağlı şərhlərə səbəb olub. Hər kəs anlayır ki, Tehran embarqo sıxıntılarından qurtulduqdan sonra artan gəlirlərini həm də regiondakı siyasi layihələrinə cəlb edəcək. Yəni gücünü və təsirini daha da artıracaq. Qərb analitiklərinin təhlillərindən belə məlum olur ki, indiki vaxtda bunu Vaşinqtonda da istəyirlər. Bununla Vaşinqtonun Yaxın Şərqdə dövlətlər arasında güc rəqabətini dərinləşdirməsi, gərginliyi daha da artırması və bölgədə hakim rolunu qoruyub saxlaması daha rahat olacaq.

    Ankara isə bu prosesi narahatlıqla izləyir və təbii ki, Türkiyədə yaxşı anlayırlar ki, Vaşinqtonun əski düşmənlərlə barışması ənənəvi müttəfiqlər üzərində təzyiqi daha da artıracaq. Üstəlik, Vaşinqtonun yeni Suriya siyasəti və kürdləri bölgədə (formal olaraq İŞİD-ə qarşı mübarizədə - K.R.) dəstəkləməsi Ankaranın maraqları ilə daban-dabana ziddiyyət təşkil edirdi. Bu səbəbdən də Ankara məhz İran-"altılıq" anlaşmasından dərhal sonra Vaşinqtonla terrora qarşı mübarizə mövzusunda anlaşdı. Ankara İncirlik bazasını Vaşinqtonun İŞİD-ə qarşı istifadəsinə icazə verməsi, ölkə daxilində və Suriya ərazisində İŞİD-ə qarşı mübarizə aparması qarşılığında Vaşinqtonla kürdlərə olan dəstəyi geri çəkməsində anlaşdı. Ankaranın bu addımı bir mənada kürdləri zəiflədib Suriyanın şimalından çıxarmaq və eləcə də İranın təsirini azaltmağa hesablanmış siyasi gediş idi. Lakin görünən odur ki, Vaşinqton Ankaraya kürdlərə qarşı mübarizədə ciddi dəstək vermək niyyətində deyil.

    Vaşinqton Türkiyə hakimiyyətinin bölgədə daha fəal siyasi və hərbi gedişini nəzarət altında tutmağa çalışır. Yəni sadə dildə deyilsə, Vaşinqton Ankaranın Yaxın Şərqdə müstəqil və qüdrətli oyunçu olmaq arzularının üzərindən xətt çəkir. Artıq Vaşinqtonun Türkiyənin Suriya ilə sərhədlərdə 2013-cü ildə yerləşdirdiyi “Patriot” zenit-raket komplekslərini oktyabr ayında geri çəkmək barədə qərar qəbul etməsi Vaşinqtonun Suriyanın şimalında hərbi fəaliyyətdə Ankaranın yanında olmaq istəmədiyi kimi yozulur.

    Ancaq təbii ki, heç də düşünüldüyü kimi Vaşinqton regionda bu rolu Tehrana verməyə hazırlaşmır. Türkiyə hər nə qədər ABŞ-ın bu regionda əsas müttəfiqlərindən biri olsa da, Ankaranın son illərdə regionda liderlik fəaliyyətləri, Vaşinqtonun marağına uyğun gəlməyən addımları okeanın o tayında narazılıqla qarşılanır. Çünki ABŞ faktiki olaraq Yaxın Şərqin sahibi kimi çıxış edir və bu bölgədə bütün oyunçularla bu və ya digər formada əməkdaşlıq etməklə bölgədə ümumi düzəni nəzarətində saxlayır.

    Bu mənada Vaşinqtonun kürdlərlə, həmçinin Türkiyə, İran, ərəb dövlətləri, Misir, Səudiyyə Ərəbistanı kimi region oyunçuları üzərində təsir yaratmaq cəhdi bölgədə “daşların oynaması” deyil, daha çox Vaşinqton nəzərindən “daşların yerinə bərkidilməsidir”. Çünki Obamaya qədərki Vaşinqton siyasəti göstərdi ki, ABŞ-ın Yaxın Şərqdə mübarizə cəbhələrindən birində yer alması onun gücünü azaldır. Yəni 10 il əvvələ qədər Vaşinqton bölgədə işğalçı, İsrailin əsas himayədarı, ərəb rejimlərinin dayağı statusunda çıxış edirdi. Təbii ki, bu cəbhədə Vaşinqtonun ölkələr və ictimai rəy səviyyəsində güclü düşmənləri vardı. Ancaq indi Obama hökuməti Yaxın Şərqdə “hər kəsə bərabər məsafədə” dayanan arbitr kimi çıxış edir və ya etməyə çalışır.

    Beləliklə, bölgədə yaranmış yeni siyasi vəziyyət əski rəqibləri yenidən üz-üzə qoyub. Ankara kürdlərin yenidən ayaqlanması və Türkiyə ilə savaş başlatmasında Tehranı günahkar görür. Türkiyə hakimiyyəti hesab edir ki, Tehran kürdləri dəstəkləməklə bölgədə təsir gücünü artırmaq, həmçinin Ankaranın Suriya siyasəti ilə bağlı əl-qolunu bağlamağa çalışır.
    Tehran isə təbii ki, yaranmış vəziyyətdən istifadə edərək Suriyada Bəşər Əsədin mövqelərinin gücləndirilməsinə dəstək verir.

    Aydındır ki, Ankaranın Vaşinqtonla dil tapa bilməməsi, Amerikanın kürdləri dəstəkləməkdə davam etməsi B.Əsəd üçün əlverişli vəziyyət yaradır. İndi Ankaranın “kürd məsələsində” ilişib qalması Bəşər Əsədin xeyrinədir. Aydın məsələdir ki, İslam Respublikası rəhbərliyi də Vaşinqtonun İran faktorundan ərəb dövlətləri və Türkiyə üzərində siyasi “nizamlayıcı” kimi istifadə etməyə çalışdığını anlayır. Buna görə də Tehran rəhbərliyi hər dəfə İranın ənənəvi siyasi kursdan geri çəkilməyəcəyini bəyan edir.

    Beləliklə, Yaxın Şərqdə siyasi münasibətlərin daha da gərginləşməsi tendensiyası davam edəcək. Qarşıdakı illərdə Tehranın siyasi aktivliyinin artması Ankara-Tehran münasibətlərini daha da gərginləşdirəcək. Nə qədər qəribə də olsa, Yaxın Şərqdə qarşıdurma həddində olsalar da, İran və Türkiyə Qafqazda daha çox əməkdaşlıqda maraqlı görünüblər. Bu mənada Ankara və Tehranın münasibətlərinin gərginləşməsi Azərbaycan üçün münasib vəziyyət yaradacaq. Bakı hətta iki ölkə arasında barışdırıcı missiya daşıya, bir sıra siyasi və ya iqtisadi məsələlərdə vasitəçi rolunda çıxış edə bilər. müsavat
    loading...