
ABŞ Dövlət Departamenti Azərbaycanla Ermənistan arasında Moskvada baş tutacaq danışıqlara münasibət bildirib.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel brifinqdə danışıb.
“ABŞ danışıqların harada getməsindən asılı olmayaraq, Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəkləyir”, - o qeyd edib.