Xəbər lenti
Axtar
31 Eki 2022, 19:41   
    132


Ukrayna İran millisinin dünya çempionatından kənarlaşdırılması üçün FIFA-ya müraciət edib

Ukrayna İran millisinin dünya çempionatından kənarlaşdırılması üçün FIFA-ya müraciət edib



BAKI-XEBERTV.AZ

Ukrayna Futbol Assosiasiyasının (UAF) İcraiyyə Komitəsi İran millisinin dünya çempionatından kənarlaşdırılmasını istəyir.

"Sky Sports" xəbər verir ki, qurum Asiya təmsilçisinin mundialda iştirakına qadağa qoyulması xahişi ilə FIFA-ya müraciət edib.

UAF iddia edir ki, İran Rusiyaya hərbi yardım edir, həmçinin, ali futbol qurumunun nizamnaməsinin təşkilat üzvlərini insan hüquqlarına hörmətlə yanaşmağa və ayrı-seçkiliyə qarşı mübarizə aparmağa məcbur edən 3 və 4-cü maddələrini pozur.

Daha əvvəl "Open Stadiums" qadın hüquq müdafiə təşkilatı İran millisinin DÇ-2022-yə buraxılmaması üçün FIFA-ya müraciət ünvanlayıb.

Qeyd edək ki, dünya çempionatı bu il noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. İran yığması İngiltərə, ABŞ və Uelslə bir qrupda mübarizə aparacaq.


"Report"
loading...