Xəbər lenti
Axtar
01 Eki 2022, 23:02   
    107


Ermənistan Ukraynanı özünə dost yox, düşmən sayır - Erməni ekspert

Ermənistan Ukraynanı özünə dost ölkə hesab edə bilməz.

XEBERTV.AZ modern.az-a istinadın bildirir ki, xəbər verir ki, bunu erməni siyasi ekspert Qriqor Balasanyan "Pastinfo"ya müsahibəsində deyib.

"Aydın başa düşmək lazımdır ki, Ukrayna artıq bizim dost ölkə deyil. Unutmamalıyıq ki, 44 günlük müharibə başa çatdıqdan sonra Azərbaycanı ilk təbrik edənlərdən biri Ukrayna oldu",- deyə erməni politoloq qeyd edib.
Ətraflı

Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı Ukrayna hərbi zavodlarında təmir edilmiş hərbi texnika Azərbaycana gətirilmişdi.

"Unutmayaq ki, Azərbaycan və Ukrayna GUAM təşkilatının üzvləridir, yəni hərbi-siyasi tərəfdaş olmaqla yanaşı, həm də iqtisadi tərəfdaşdırlar", - deyə Balasanyan bildirib.
loading...