
Türkiyə ordusu 18 terrorçunu məhv etdi
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında YPG terror təşkilatının (PKK-nın Suriya qanadı) 18 silahlısını zərərsizləşdirib.
XEBERTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, zərərsizləşdirilən terrorçular "Sülh çeşməsi", "Zeytun budağı" və "Fərat qalxanı" əməliyyatları zonasına hücumlar hazırlayırmışlar.