
Aİ Ukraynaya doqquz milyard avro ayırdı
BAKI-XEBERTV.AZ
25 İyun 2022
"Avropa İttifaqı ölkələri Ukraynaya 9 milyard avro yardım ayırmağa qərar verib".
TASS-a xəbər verir ki, bunu cümə günü respublikanın baş naziri Mateuş Moravetski Aİ sammitinin yekunlarına dair brifinqdə deyib.
Ukraynanın bu vəsaitə ehtiyacı olduğunu vurğulayan baş nazir, Ukraynaya 9 milyard avro yardımı təsdiqlədiklərini bəyan edib.
Onun sözlərinə görə, Ukraynanın tibb bacılarına, müəllimlərə, polislərə, sərhədçilərə maaş verməyə vəsaiti yoxdur.
"Bu insanlar nəyəsə görə yaşamalıdırlar", - Polşanın baş naziri vurğulayıb.
Publika.az