Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etdilər.
  • Özbəkistanda Azərbaycan şöləni - Foto
  • Ailəsindən gizli döyüşə gedən əsgərimiz ŞƏHİD OLDU-ŞƏHİDİM_01
  • Tanınmış qələm ustadı Nəcibə İlkinin "Şəhidliyin Əli və İslam zirvəsi" adlı kitabının təqdimatı keçirildi
  • Dünyada Ərdoğan kimi siyasətçi azdır - Peskov
  • 20 May 2022, 18:46   
        62



    Xoşluqla verməsələr, Göyçə gölünü də, İrəvanı da alacağıq!

    Xoşluqla verməsələr, Göyçə gölünü də, İrəvanı da alacağıq!

    Azərbaycanın elit qoşunları, yeni yaradılan komando birləşmələri, eləcə də daha əvvəl yaradılmış xüsusi təyinatlı qüvvələrin çox hissəsi Qarabağın dağlıq hissəsindədir. Ona görə də onlar Laçın dəhlizini bağlamağa cəhd göstərə bilməzlər. Laçın şəhəri də bizim nəzarətimizdədir, gediş-gəlişlə bağlı müəyyən tənzimləmələr aparılır. Biz təkcə Laçın haqqında düşünürüksə, bu dünyada yaşamamalıyıq. Artıq Qərbi Azərbaycan məsələsini düşünürük, ona görə də ermənilər sarsaq-sarsaq hərəkətlər eləməsinlər. Əgər xoşluqla verməsələr, dəhlizi də alacağıq, Göyçə gölünü də, İrəvanı da. Ora da Azərbaycanındır.

    XEBERTV.AZ xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov deyib.

    General bildirib ki, o, hələ 5-7 il bundan əvvəl ermənilərə xəbərdarlıq edib:

    “O bədbəxtlərə xəbərdarlıq eləmişdim ki, özünüzü bədbəxt eləmisiniz, darmadağın olacaqsınız. Ermənilər mənim sözümə baxmadılar. Azərbaycan Prezidenti iki dəfə onların böyüklərinə də, kiçiklərinə də xəbərdarlıq elədi. Hamı gördü ki, 44 günlük müharibədən sonra hansı faciəvi duruma düşdülər. Onların heç nələri yoxdur, bizim qabağımızda nə ilə duracaqlar?! Bəlkə onlar həmin torpaqlarda doğulublar?! Bəlkə ermənilərin normal zabit və hərbi kadrlar hazırlamaq üçün pulları var?! Yoxdur! Öz elit qoşunlarını yaratmaq imkanlarına malik deyillər. Ermənilər köhnə tank və toplara arxayındırlar. Bunlarla Azərbaycan Ordusunun, xalqımızın qabağında durmağa ümid edirlər. Onlar Azərbaycanın möhtəşəm hərb tarixini oxusunlar. Görsünlər ki, bizim babalarımızın heç biri zəif olmayıb. İranzudan Babəkə, Uzun Həsənə, dünyanın ən böyük hərbi komandanlarında olan Nadir şaha qədər - oxusunlar, öyrənsinlə. Ermənilər unutmamalıdır ki, bugünkü Azərbaycan Ordusunun özəyini Ulu öndər qoyub. Bu gün Azərbaycan Ordusunun müasir ordu kimi formalaşdıran Ali Baş Komandanımız İlham Əliyevdir. Ermənistan anlamalıdır ki, müharibə qurtarandan sonra da Azərbaycan yeni-yeni silahlar alır. Özü də bu silahlar müxtəlif qoşun növlərini əhatə edir”.

    Yaşar Aydəmirov bildirib ki, Azərbaycan, Ermənistandan fərqli olaraq, mütəmadi qaydada genişmiqyaslı hərbi təlimlər keçirir:

    “Ermənistanın isə bu cür böyük təlimləri keçirməyə pulu və imkanı yoxdur. Qarabağ müharibəsi də göstərdi ki, Azərbaycan Ordusu dağlarda, meşələrdə, çətin keçilən yerlərdə, şəhər döyüşlərində böyük təcrübə qazanıb. Biz bu cür döyüşlərə yenə hazırıq. Eləcə də hər bir zabit və əsgərimiz də hazır olmalıdırlar. Lazım olan məqamı isə Ali Baş Komandan bilir. Ermənilərin Laçınla bağlı axmaq fikirləri isə özlərini arxayınlaşdırmaq üçündür, mitinqlərdə xal qazanmaq üçün danışırlar. Azərbaycan heç vaxt Ermənistana uduzmayıb. Bu, heç zaman baş verməyib. Ona görə də Laçın dəhlizini, bir sıra bəzi yaşayış məntəqələrini, eləcə də Qərbi Azərbaycanı işğaldan azad eləmək üçün heç bir problemimiz yoxdur. Laçının özü isə bizim əlimizdədir. Sadəcə olaraq təxliyələr və hərəkət üçün yollardan istifadə ilə bağlı hələlik Ali Baş Komandan icazə verib. Onlara verilən qaz da, işıq da, su da bizimkidir. Hətta mobil operatorlar da bizimdir. Ali Baş Komandan tapşırıq verərsə, qısa müddətdə Xankəndiyə də nəzarəti bərpa edə bilərik. Məsələnin siyasi tərəfi ilə mən məşğul olmuram”.

    General Aydəmirovun fikrincə, oradakı ağıllı ermənilərin hamısı bizim tabeliyimizə keçmək istəyir:

    “Çünki yaşayış və təminat yaxşı olacaq. Babat maaş, pensiya da alacaqlar. Bizim ordumuz üçün Qazaxın 7 kəndini, ümumiyyətlə, 7-8 yaşayış məntəqəsini almaq problem deyil. Sözlərim səmimidir, heç bir saxtakarlıq yoxdur. Bizim elit qoşunlarımız gedib orada oturacaqlar. Yolqarışıq həmin ərazilərin hamısını götürəcəklər. Bu məsələnin hərbi tərəfidir. Siyasi tərəfini isə Ali Baş Komandanımız müəyyənləşdirir. Nə vaxt nə qərar verilsə, ona da hazırıq. Ermənilər kapitulyasiya aktına qol çəkiblər. Bu kəndlər 10 noyabr bəyannaməsində qeyd olunub. Biz nə Kərkisiz, nə Bağanis Ayrımsız, nə də digər yaşayış məntəqələri olmadan yaşayarıq. Biz dünyanın elit, yüksək hərbi texnologiyalara malik ölkələrindən silah-sursatlar almışıq. Mən həmin ölkələrin və silahların adlarını açıqlaya bilərəm, amma açıqlamıram. Çünki bu silahların adlarını çəkməyə, onları nümayiş etdirməyə ancaq Ali Baş Komandanın ixtiyarı var. Onların adını çəkmək üçün hələ tezdir və lazım deyil. Bizim Müdafiə Sənayesi Nazirliyi də yeni texnologiyalar hazırlayır, kənardan da müasir texnikalar alır”.

    axar.az
    loading...