
Müharibə daha da şiddətlənəcək - Jdanov
Rusiya Prezidenti Vladimir Putin Baş Qərargah rəisi Valeri Gerasimovu Ukraynadakı müharibəyə rəhbərlikdən uzaqlaşdırdı. Onun yerinə gətirilən yeni rəhbər bütün qüvvələrlə Ukrayna ordusuna hücum əmri verə bilər.
XEBERTV.AZ xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
“Qarşıdakı həftələrdə döyüşlərin şiddətlənəcəyi gözlənilir”, - Jdanov bildirib.
Onun sözlərinə görə, ruslar Kramatorsk və Severodonetskin tutulmasından sonra təzyiqləri artıra və Xarkov vilayətinin inzibati sərhədinə doğru hücumu daha da inkişaf etdirə bilərlər.Axar.az