
Rusiya nüvə silahından istifadə edəcək? - Lukaşenkodan SENSASİYA
05 May 2022
“Mən tamamilə inanıram ki, nüvə silahından istifadə qəbuledilməzdir, həm də ona görə ki, bu, bizim yanımızdadır. Tam burada deyil, ABŞ kimi okeanın o tayında da deyil. Ona görə də nüvə silahından istifadə qəbuledilməzdir. Bəlkə də bu sualı Rusiya rəhbərliyinə vermək lazımdır”.
XEBERTV.AZ xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko “Associated Press” agentliyinə müsahibəsində “Ukraynada müharibə davam edərsə, Rusiyanın nüvə silahından istifadə edə biləcəyi” ilə bağlı suala cavabında bildirib.
Lukaşenka müsahibədə Ukraynada “xüsusi əməliyyat”ın davam etdiyini deyib: “Mən bu məsələnin rusların dediyi kimi plana uyğun getdiyini bilirəm, yoxsa öz hisslərimi söyləmək üçün kifayət qədər dərindən bilmirəm. Bir daha vurğulamaq istəyirəm ki, bu əməliyyatın uzandığını hiss edirəm”.
Bundan əlavə, o, Belarusun öz növbəsində “müharibə açmaq niyyətində olmadığını” bildirib: “Qərbdə hansısa konflikt, bir növ müharibə açmaq Belarus dövlətinin maraqlarına qətiyyən uyğun gəlmir. Ona görə də Qərb rahat yatsın”.Publika.az