
Ukrayna Rusiya ərazisini hədəf alıb? - Kuleba
Biz Ukrayna mərmilərinin guya Rusiya Federasiyası ərazisinə düşməsi ilə bağlı bütün ittihamları qətiyyətlə təkzib edirik.
XEBERTV.AZ Axar.az -a istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba Tvitter hesabında yazıb.
“Ukrayna belə hücum həyata keçirməyib. Biz Rusiya mətbuatının xəbər verdiyi hadisələrlə bağlı dərhal qərəzsiz beynəlxalq araşdırmaya çağırırıq”, - Kuleba qeyd edib.