Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Məhbusun ŞOK iddiası
  • "Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO
  • "Dövlət məmurları bilməlidirlər, onların işinə həm də media nümayəndələri nəzarət edir."- İLHAM ƏLİYEV
  • Şuşa və Hadrutda TV yayımı üçün tezliklər müəyyənləşdi
  • İlham Əliyev və ailəsi Şuşa məscidində dua etdi - Video
  • Prezidentin doğum günü ilə əlaqədar tədbir keçirilib
  • Cəbrayıl sakinləri susmur - VİDEO
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • 13 Oca 2022, 22:19   
        80

    Putin Paşinyana izah etdi: erməni qoşunları çıxarıla bilər

    - Ermənistanın Qarabağda tərəf olmaqdan çıxarılması prosesi başlanıb?
    BAKI-XEBERTV.AZ
    - Rusiya Qarabağı Azərbaycanın daxili məsələsi olaraq qəbul edir?

    Qarabağda Rusiya sülhməramlılarının yeni komandanı Andrey Volkovun təyinatından sonra diqqət çəkən iki məqam bu sualları önə çıxarır.

    Birincisi: Volkov sələflərindən (Rüstəm Muradov, Mixail Kosobokov, Gennadi Anaşkin) fərqli olaraq, ilk səfərini Bakıya etdi və müdafiə naziri zakir Həsənov tərəfindən qəbul edildi: onun sələfləri ilk səfərlərini İrəvana edir və Ermənistan müdafiə naziri ilə görüşürdü;

    İkincisi: Volkovun təyinatından iki gün keçməsinə baxmayaraq, onun Ermənistana səfəri və bu ölkənin müdafiə naziri ilə görüşü haqda heç bir məlumat yoxdur;

    Yeni komandanın Ermənistana səfər edəcəyi, yaxud bu ölkənin rəsmiləri görüşünün nəzərdə tutulduğuna dair hələ də heç bir məlumat yoxdur.

    Bu detal “Ermənistanın Qarabağda tərəf olmaqdan çıxması, Rusiyanın Qarabağı Azərbaycanın daxili məsələsi kimi qəbul etdiyi” fikrini gücləndirir.

    Ötən ilin sonlarından baş verən iki hadisə də bu ehtimalı gücləndirən məqamlardandır:

    - Soçidə sərhədlərin delimitasiya və demarkasiyası üzrə razılaşma əldə olundu: razılaşmanın praktiki mərhələyə keçidi üçün yaxın dövrdə addımların atılacağı gözlənilir və bu o deməkdir ki, Azərbaycan sərhədlərini tanıyacaq Ermənistanın Qarabağda tərəf olması perspektivini də sıradan çıxaracaq;

    - Nikol Paşinyan ilin sonunda “Qarabağın statusunun Azərbaycan Konstitusiyasına uyğun həll edilməlidir” açıqlaması ilə oyundan çəkiləcəyinin anonsunu verdi;

    Bu proseslər fonunda Volkov Ermənistana getməməsi (hələki bu baş verməyib) təsadüfi deyil. Diqqət çəkən məqamlardan biri də Volkovun təyinatından bir gün sonra Putinlə Paşinyan arasında telefon söhbətinin aparılması və Qarabağın da müzakirə edilməsidir: mümkündür ki, Putin Qarabağdakı yeni vəziyyəti Paşinyana izah edib;

    Prosesin bu istiqamətdə inkişafı erməni qoşunların yaxın dövrdə Azərbaycan ərazisindən çıxarılması (10 noyabr razılaşması, 4-cü bənd) prosesinin də başlaya biləcəyi ehtimalını artırır. Sərhədlərin müəyyənləşməsi məsələsində əsas zərurətlərdən biri də budur.

    Axar.az
    loading...