Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Məhbusun ŞOK iddiası
  • "Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO
  • "Dövlət məmurları bilməlidirlər, onların işinə həm də media nümayəndələri nəzarət edir."- İLHAM ƏLİYEV
  • Şuşa və Hadrutda TV yayımı üçün tezliklər müəyyənləşdi
  • İlham Əliyev və ailəsi Şuşa məscidində dua etdi - Video
  • Prezidentin doğum günü ilə əlaqədar tədbir keçirilib
  • Cəbrayıl sakinləri susmur - VİDEO
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • 03 Oca 2022, 13:08   
        158

    Türkün gücü: rəqib ölkə Türkiyənin donanmasından müqayisəolunmaz dərəcədə geri qalır

    Türkün gücü: rəqib ölkə Türkiyənin donanmasından müqayisəolunmaz dərəcədə geri qalır

    “Forbes” jurnalında Türkiyə və Yunanıstan donanmalarını müqayisə edən məqalə dərc olunub. Məqalədə Türkiyə dəniz donanmasının hər il inkişaf etdiyi yazılır, Yunanıstanın Türkiyə ilə rəqabətə girə bilməyəcəyi vurğulanır.

    XEBERTV.AZ Reyting.az-a istinadən xəbər verir ki, məqalədə Türk donanmasının, xüsusilə TCGG-nin hər il hədəfinə bir yeni gəmi əlavə edəcəyi qeyd olunur.

    “Yunanıstan Türkiyə ilə ayaqlaşa bilmək üçün donanmasını təkmilləşdirməli olacaq. Afinaya rəqib Türkiyənin sürətlə artan dəniz gücünə qarşı durmaq üçün daha yeni və müasir döyüş gəmilərinə ehtiyacı var. Yunanıstan, şübhəsiz ki, böyüyən və inkişaf edən Türkiyə ilə rəqabət aparmaq üçün daha yeni və müasir döyüş gəmilərinə sahiblənməlidir. Çünki Türk donanması hər il əhəmiyyətli dərəcədə böyüyür”,- məqalədə bildirilir.

    “Forbes” Türk donanması ilə bağlı informasiyalara da yer ayırıb:

    “Türkiyə yanvarın 23-də yerli istehsal olan ilk çoxməqsədli freqat olan “TCG İstanbul”u suya buraxıb. “İstanbul” 2023-cü ildə Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək.

    I sinif freqatları yerli istehsal olan 16 hüceyrəli MDAS şaquli buraxılış sistemi də daxil olmaqla silah sistemlərinə malik olacaq.

    Türkiyə hazırda altı yeni tip-214 havadan müstəqil hərəkət edən sualtı qayıq istehsal edir və 2022-2027-ci illər arasında hər il Hərbi Dəniz Qüvvələrinə bir ədəd əlavə etməyi hədəfləyir.

    Türkiyə nəhəng dəniz gücünü nümayiş etdirməkdən çəkinməyib. 2019-cu ildə Türkiyə Hərbi Dəniz Qüvvələrinin 100-dən çox gəmisi Türkiyə ətrafında üç dənizdə eyni vaxtda keçirilən təlimlərdə iştirak edib ki, bu da donanmanın müasir tarixindəki ən böyük və əhatəli təlimidir”.

    Məqalədə qeyd olunur ki, rəsmi Afina Türkiyənin artan dəniz gücündən, mübahisəli sular və təbii sərvətlər üzərindəki iddialarını daha güclü və aqressiv şəkildə irəli sürmək istəyindən xəbərdardır: “Afina son nəticədə nə etmək istəsə, donanma, dəniz qüvvələri balansı qəti şəkildə Ankaranın xeyrinə olacaq. Getdikcə daha güclənən rəqibi ilə ayaqlaşa bilmək üçün onun əhəmiyyətli təchizatlara və təkmilləşdirmələrə ehtiyacı var”.
    loading...