Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Məhbusun ŞOK iddiası
  • "Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO
  • "Dövlət məmurları bilməlidirlər, onların işinə həm də media nümayəndələri nəzarət edir."- İLHAM ƏLİYEV
  • Şuşa və Hadrutda TV yayımı üçün tezliklər müəyyənləşdi
  • İlham Əliyev və ailəsi Şuşa məscidində dua etdi - Video
  • Prezidentin doğum günü ilə əlaqədar tədbir keçirilib
  • Cəbrayıl sakinləri susmur - VİDEO
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • 27 Ara 2021, 21:05   
        167


    Nikoldan Qarabağ etirafı, Bakıdan İrəvana xəbərdarlıq... - Video



    BAKI-XEBERTV.AZ
    Ötən həftənin ən mühüm etiraflarından biri Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağla bağlı söylədikləridir.

    Nikol Paşinyan 2016-cı ildə, Aprel savaşından sonra Minsk Qrupunun münaqişənin həlli ilə bağlı təkliflərini dəyişdiyini, Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması qarşılığında heç bir şərt qoyulmadığını bildirdi. Onun sözlərinə görə, Dağlıq Qarabağın statusu bundan sonra BMT-nin nəzarətinə qaytarılacaqdı. BMT isə Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Yəni heç bir “müstəqillikdən” söhbət gedə bilməzdi.

    Nikol Paşinyan bununla da Ermənistan üçün faciənin baş verdiyini, əslində, bütün məsələlərin 2016-cı ilin yay aylarında həll edildiyini açıq etiraf edir.

    Bu, birmənalı olaraq Aprel savaşının nəticələridir. Yəqin hər kəs xatırlayır ki, 2016-cı ilin aprelin əvvəlində başlayan savaşda Ordumuz qısa müddətdə Ohanyan səddini yararaq, işğal altındakı 4 rayona daxil ola bilmişdi. Yalnız Rusiyanın məsələyə qarışmasından sonra Ordumuz daxil olduğu ərazilərin bir hissəsindən geri çəkildi. Bunun üçünsə Ermənistan prezidenti Serj Sərkisyanın vəd vermişdi. O, işğalda olan ərazilərin qaytarılacağı və ərazi bütövlüyünün tanınacağı qarşılığında savaşı dayandırmağa nail olmuşdu.

    2016-cı ilin payızına doğru isə Serj Sərkisyan vədindən yayınmağa başladı və nəticədə bu vədə zəmanət verən Rusiya lideri Vladimir Putinin təzyiqləri ilə üzləşdi.


    3
    Sonrakı proseslər – Serj Sərkisyanın hakimiyyəti Nikol Paşinyana ötürərək aradan çıxması, Nikol Paşinyanın Rusiyanın təzyiqlərindən yaxa qurtarmaq üçün Qərb ölkələrində kömək axtarması və torpaqları işğalda saxlamaq naminə Minsk üçlüyünün digər ölkələri – Fransa və ABŞ-dan dəstək almağa, “yeni ərazilər uğrunda yeni müharibə” şüarı ilə işğalı davam etdirməyə çalışması, 2020-ci ilin Tovuz təxribatı və bütün bunların 44 günlük savaşa səbəb olduğu hər kəsin xatirindədir.

    Paşinyan məhz bu reallıqları nəzərə alaraq, indi “Qarabağ məsələsi Azərbaycan Konstitusiyasına uyğun həll edilməlidir” deməklə, Qarabağın Azərbaycana aid olduğunu ən yüksək kürsüdən elan edən ilk Ermənistan rəhbəridir.

    Lakin ona qarşı artıq müqavimət başlayıb. Qarabağdakı rus sülhməramlılarının arxasında gizlənərək, fəaliyyətini davam etdirməyə çalışan separatçı-terrorçu Araik Arutyunyan Paşinyanın bu fikrinə qəti etiraz edərək, “Qarabağ erməniləri adından danışmağa heç kimin ixtiyarı yoxdur” deyir.

    Bu, İrəvanla Xankəndidəki erməni separatçıları arasında ilk ciddi münaqişədir.

    Xankəndidəki separatçı qurumun “təhlükəsizlik zəmanətini” verən hər zaman İrəvan olub, üstəlik, separatçı-terrorçuların yaşayış, kommunal ödənişlər və maaşlarına qədər, bütün xərcləri də Ermənistan çəkir. 2021-ci ildə Xankəndi separatçılarına 244 milyon dollar vəsait ayrılıb, 2022-ci ildə isə Ermənistan dövlət büdcəsindən Qarabağdakı separatçı tör-töküntülərinə 288 milyon dollar ayrılması nəzərdə tutulub. Xankəndi və ətrafında cəmi 20-25 min erməninin yaşadığını nəzərə alsaq, bu, olduqca böyük rəqəmdir. Müqayisə üçün bildirək ki, 350 min şəxsin yaşadığı Naxçıvanın büdcəsi 500 milyon manat civarındadır.

    Yəni Ermənistanla siyasi qarşıdurma Arutyunyanın başı üçün deyil. Bu marionet şəxs və onun başına yığışan separatçı tör-töküntüsü yalnız İrəvanın diktəsi ilə oturub-durur və bütün təlimatları da ondan alır. Paşinyan da Soçi və Brüssel görüşlərindən dərhal sonra İrəvanda Arutyunyanı qəbul etmiş və onunla qapalı danışıqlar aparmışdı.

    Beləliklə, necə ola bilər ki, Arutyunyan Paşinyana qarşı kəskin bəyanat verir?

    Əvvəla, mümkündür ki, Nikol Paşinyan növbəti dəfə oyun oynayır, İrəvanı bu məsələdən ayırır və guya Qarabağdakı ermənilərin iradəsinə təsir edə bilmədiyini göstərmək istəyir.

    İkincisi, Araik Arutyunyan özü Ermənistandakı revanşist qüvvələrlə birləşir və önə çıxmağa çalışır.

    Bəzi müşahidəçilərin fikrincə, Arutyunyan Qarabağ klanının rəhbərliyinə də iddia edir və bu statusu Köçəryan-Sərkisyan cütlüyündən almaq istəyir. Hazırda Köçəryan və Sərkisyanın ayrı-ayrı partiyalarda həm də rəqib olduqlarını nəzərə alsaq, Arutyunyanın onların elektoratına iddiası mümkünlüyü də ortaya çıxır.

    Amma bir fərqli məqamlar da var. Əgər Paşinyan sözlərində səmimidirsə və Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf edirsə, onda niyə Qarabağdakı erməni separatçılarının qondarma “dövlət büdcəsi”ni formalaşdırır və bunun üçün 300 milyon dollara yaxın vəsait ayırır?

    288 milyon dollar – Ermənistanın dövlət büdcəsinin təxminən 10 faizi deməkdir və bu, hazırda Ermənistan üçün çox ağır bir yükdür. Paşinyan bu yükdən niyə qurtulmur? O vəsaitləri niyə separatçıların mənimsəməsinə imkan verir?

    Arutyunyan Ermənistan büdcəsindən 100 faiz asılı olan dırnaqarası büdcəsinin kəsiləcəyini bilə-bilə Paşinyana qarşı necə və niyə çıxır?

    Qarışıq, olduqca müəmmalı və ermənicəsinə bir oyun oynanıldığı ortadadır.

    Bütün bunların nəticəsidir ki, Azərbaycan Ermənistana davamlı mesajlarını göndərir.

    Daha bir mesaj isə bu gün verildi. 2021-ci ilin yekunları haqda danışan xarici işlər naziri Ceyhun Bayramov anklavlar məsələsinə toxundu.

    Sitat: “Bu sahədə sistemli və davamlı işin aparılması vacibdir. Azərbaycanın yanaşması ondan ibarətdir ki, anklavların qaytarılması danışıqlar masasında aparılmalı, hərbçilər arasında hər hansı gərginlik yaradılmamalı, buna imkan verilməməlidir. Bu, ən yaxşı yoldur. Bunun üçün ən yaxşı yol mütəxəssislərin danışıqlar masası arxasında müzakirə aparmasıdır”.

    Bu, əslində Azərbaycanın baş diplomatının olduqca incə mesajıdır. Bakı ərazilərlə bağlı hər məsələnin masada həllini istəyir, əks halda isə Azərbaycan Ordusu işə qarışacaq.

    Azərbaycan Ordusunun işə qarışması ilə nələrin baş verdiyini isə Ermənistan 44 günlük savaşdan, o cümlədən 2021-ci ilin 16 noyabrında sərhəddəki toqquşmadan çox yaxşı bilir...



    axar.az
    loading...