Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 22 Kas 2021, 22:59   
        109


    İrəvanda aləm qarışdı: sərhəddə atışma, ölü və yaralılar var

    Ermənistan mediası, sosial şəbəkələr və Müdafiə Nazirliyi bu gün axşam saatlarından başlayaraq özlərini rüsvay etməklə məşğuldurlar.

    XEBERTV.AZ Axar.az -a istinadən xəbər verir ki, saat 17:00-dan sonra erməni Teleqram kanallarında Kut kəndi (Göyçə) istiqamətində atışma baş verdiyi, Azərbaycan Ordusunun açdığı atəş nəticəsində bir erməni əsgərin yaralandığı haqda məlumat yayıldı.

    Aradan bir müddət sonra, saat 18:24-də Ermənistan Müdafiə Nazirliyi rəsmi açıqlama verərək, heç bir atışma olmadığı, sərhəddə hər hansı əsgərin yaralanmadığını bəyan etdi.

    Bu açıqlamadan bir neçə dəqiqə sonra, saat 18:49-da Ermənistan Müdafiə Nazirliyi “doğrudan da” sözügedən istiqamətdə, ancaq Böyük Qaraqoyunlu (ermənilər Norabak adına dəyişdiriblər – red.) atışma baş verdiyi haqda məlumat yaydı.

    Saat 20:53-də isə Ermənistan MN atışma nəticəsində 2002-ci il təvəllüdlü Surən Səfəryan adlı əsgərinin öldüyünü bildirdi.

    Məlumatda təəccüblü məqam nədir?

    Ermənistan MN 18:24 təkzib edir, ancaq 18:49-da elan edir ki, atışma var, 20:53 xəbərində isə atışmanın 18:10-da başladığını, 19:30-da kəsildiyini bildirir.

    Anlaşılmaz, ziddiyyətli, qarışıq bir vəziyyətdir. Ermənistan MN-in rəsmi açıqlamasına görə, əgər atışma 18:10-da başlamışdısa, 18:24-də niyə atışmanın olmadığı haqda məlumat yayılırdı?

    Digər tərəfdən, əgər atışma doğrudan da 18:10-da olubsa, bəs, erməni Teleqram kanalları 17:00-dan sonra atışma baş verdiyini və bir erməni əsgərin yaralandığını necə müəyyənləşdiriblər? Axı, Ermənistan MN elan edir ki, 17-18 radələrində atışma filan olmayıb, atışma 18:10-dan 19:30-a qədər davam edib.

    İşin daha biabırçı tərəfi də var. Bu dəqiqələrdə Ermənistan ərazisindəki Şişqaya (Geqamasar) icmasının rəhbəri Akop Vetyan erməni mediasına bildirir ki, insident nəticəsində nəinki bir erməni əsgər ölüb, həm də yaralılar var. Ancaq o, yaralıların nə qədər olduğunu bilmədiyini deyir.

    Sərhəddə nə baş verdiyi bəlli deyil, bəlli olan odur ki, Ermənistanda əməlli-başlı başıpozuqluqdur. Hətta Ermənistan MN yaydığı məlumatların bir-birini təkzib etməsinin fərqində deyil.

    Azərbaycan MN atışma məlumatını təkzib edib və heç bir atışma olmadığını, Ordumuzun da hər hansı erməni əsgərini yaralamadığını bildirib.

    Belə çıxır ki, Ermənistan əsgərləri arasında atışma baş verib. Ermənistan MN bunu gizlətməyə çalışsa da, ölüm səbəbindən insidenti ört-basdır etmək mümkün olmayıb. Çıxış yolunu isə Azərbaycan əsgərinin atəş açması barədə Teleqram kanallarında yayılan və təkzib etdiyi xəbəri təsdiqləməkdə görüb, əvəzində aləm bir-birinə qarışıb, daban-dabana zidd "rəsmi məlumatlar" bir-birinin ardınca sıralanıb.
    loading...