Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 18 Kas 2021, 19:34   
        121


    Sərhəddə nə baş verir? Biz buna məcburuq…

    Azərbaycan böyük sülh sazişinin bağlanmasını istəyir və 3 məsələnin eyni müqavilədə olmasında israr edir: kommunikasiyaların açılması, sərhədlərin dəqiqləşdirilməsi, Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların ölkəmizə inteqrasiya edilməsi üçün fəaliyyət planının təsdiqi.

    XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ReAL üzvü Natiq Cəfərli erməni silahlı qüvvələrinin sərhəddəki təxribatları barədə şərhində qeyd edib.

    “Ermənistan isə istəyir ki, birinci, kommunikasiyalar açılsın, amma “Zəngəzur dəhlizi” sözü rəsmi sənədlərdə təsbit edilməsin, ikinci, sərhədlər dəqiqləşdirilsin, amma 26 illik işğalın yaratdığı reallıqlar da nəzərə alınsın, üçüncü, Xankəndi və ətrafında yaşayan erməni icmasının statusu ayrıca danışıqlar mövzusu olsun, bu məsələ sülh sazişinə salınmasın”, - ekspert bildirib.

    N.Cəfərli Rusiyanın istəyini isə bu cür sıralayıb:

    “1) Kommunikasiyalar açılsın, öz hərbi bazalarının təminatını Azərbaycan üzərindən dəmir yolları vasitəsi ilə asan, ucuz və sürətli həyata keçirsin – Kreml üçün həmin yolun necə adlandırılmasının elə də böyük əhəmiyyəti yoxdur, əsas odur ki, tez açılsın;

    2) Sərhədlərin dəqiqləşdirilməsində də Kreml maraqlıdır, amma sərhədləri çəkəcək qələmin öz əlində olmasını istəyir ki, hər iki ölkə onun bütün tələblərini yerinə yetirmək üçün yarışsın;

    3) Xankəndi və ətrafında yaşayan erməni icmasını özünə bağlamaq, status məsələsini diri tutaraq Azərbaycanın başı üzərindən “Damokl qılıncını” əskik etməyərək rəsmi Bakını nəzarətdən kənar addımlardan çəkindirmək – bunun üçün isə Xankəndi məsələsini sülh müqaviləsinə salmadan ayrıca danışıqlar mövzusuna çevirmək istəyir.

    Görünən odur ki, kommunikasiya məsələsinin həlli hər 3 tərəfin marağındadır, deməli, ən birinci bu məsələ həll oluna bilər – sadəcə, Azərbaycan və Ermənistan bu məsələdə üstün olmaması üçün yollar Kremlin şərtləri ilə açılacaq.

    Sərhədlərin dəqiqləşdirilməsi məsələsi də həll oluna bilər – Rusiya həmən bütün sərhəd boyu öz qoşunlarını yerləşdirəcək, Ermənistanda olan ordu sayını artıracaq, bununla da İrəvanın Qərbə doğru istənilən addımları bloklanacaq”.

    Ekspertin fikrincə, həm Ermənistan, həm də Rusiya Xankəndi və ətrafında yaşayan erməni icması ilə bağlı məsələləri uzatmağa, sülh sazişindən kənara çıxartmağa çalışır:

    “Amma Ermənistan və Rusiyanın Xankəndiyə baxışları fərqlidir – rəsmi İrəvan bu problemi siyasi və iqtisadi olaraq tamamən öz üzərindən atmağa, Moskvaya yükləməyə çalışır. 2022-ci ildə Ermənistan büdcəsinin az qala 10%-i, təqribən 290 mln. dollar Xankədiyə verilməlidir. İrəvan bunu istəmir, xərci də, məsuliyyəti də Moskvaya yükləməyə çalışaraq, bu məsələdən kənara çəkilməyi düşünür. Rusiya isə nə Ermənistana, nə də Azərbaycana sonuna qədər güvənir, günün birində İrəvanla Bakı anlaşa bilər, buna görə də öz “rusməramləlarının” Xankədi və ətrafında qalmasını təmin etmək üçün bu gün de-fakto tanıdığı qondarma rejimi, elə bir vəziyyət yarananda de-yure tanıya bilər və o qondarma rejimin “dəvəti”, erməni icmasının “ricası” ilə daim orda qalmağı düşünür. Yəni, özləri üçün hüquqi baza yaradırlar, Xankəndi və ətrafında yaşayan erməniləri iqtisadi və təhlükəsizlik məsələsində özlərindən asılı vəziyyətə salırlar – bu gün Xankəndi və ətrafında yaşayan ermənilərin böyük bir qismi Rusiyadan dolanır”.

    N.Cəfərli Xankəndi məsələsində Kremlin və Bakının fikirlərinin heç vaxt üst-üstə düşməyəcəyini də iddia edib:

    “Son günlər sərhəddə baş verən toqquşmalarda 7 şəhidimiz, 10 yaralımız var - Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara acil şəfalar nəsib etsin! Təəssüf ki, hətta sülh sazişi imzalansa belə, hələ uzun müddət döyüşə tam hazır vəziyyətdə olmalı, itkiləri gözə almalıyıq. Coğrafiyamız bizi İsrail kimi bir ölkə qurmağa məcbur edir, bunu bacarmalıyıq, başqa yol yoxdur...”
    loading...