Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 21 Eki 2021, 22:11   
        143

    ABŞ-ın sensasion planı: İran məhv edilir - Video

    BAKI-XEBERTV.AZ
    Az qala 40 ildir ABŞ sanksiyaları altında yaşayan, son illərdə isə bütün ixracına, əməliyyatlarına qadağa qoyulan İran necə dözə bilir?

    Ölkənin əsas sərvəti karbohidrogen ehtiyatlarıdır. ABŞ-ın qoyduğu qadağalar səbəbindən bu ehtiyatlar satılmır və yaxud çox aşağı qiymətə məhdud həcmdə ən yaxşı halda Çinə verilir; Tehran heç bir yeni texnologiya ala bilmir – nəqliyyat və hərbi təyyarələri köhnəlib. Ən son məlumata görə, nəqliyyat təyyarələrinin 80, hərbi təyyarələrinin isə 60 faizi istifadəyə yararsız hala gəlib. Bu gedişlə qısa müddətdən sonra İran ümumiyyətlə uça bilməyəcək; neft sənayesi ilə bağlı müasir avadanlıqlar ala bilməməsinə görə hasilatda da çətinlik çəkir; ölkədə biznes fəaliyyəti sıfra düşür, onminlərlə kiçik sahibkar işini dayandırmağa məcbur olub. Buna baxmayaraq, İran ölkədən kənarda 7 ordu saxlaya bilir, Suriya və İraqa girir, Körfəzdə fəaliyyətini genişləndirir, Ermənistandan Yəmənə qədər əl uzadır, qanunsuz hərbi birləşmələri maliyələşdirir, onlara silah-sursat da daxil olmaqla, əsgəri yardımlar edir və s.

    Həmçinin nüvə razılaşması imzalamağa tələsmir və nüvə silahı əldə etmək planlarından nümayişkaranə şəkildə geri çəkilmir. Öz şərtlərini diktə etməyə çalışır.

    İran – Rusiya deyil. Rusiya uzun onillərdir qlobal gücdür, dünyanın ərazi baxımından ən böyük dövlətidir. Rusiyanın iqtisadi resursları qibtəediləcək səviyyədədir, bitib tükənməzdir; nüvə dövlətidir, həm də Avropa ölkəsidir, texnoloji imkanları həddən artıq böyükdür. Rusiya sanksiyalara dözə bilər, bəs, İran hansı resurslarla illərdir müqavimət göstərə bilir?

    Bayden Administrasiyası Əfqanıstandan tez-tələsik çıxanda hər kəs bunu ABŞ-ın Əfqanıstanda məğlub olması kimi qiymətləndirdi. Düzdür, bir çox beynəlxalq ekspert ABŞ-ın Əfqanıstan hökumətinə verdiyi 85 milyardlıq silahın Talibanın əlinə düşməsini Pentaqonun planı kimi qiymətləndirib, tələsik nəticə çıxarmamağa çağırırdı, buna baxmayaraq, Əfqanıstanda maraqlarını qoruya bilmədiyi haqda təsəvvürlər formalaşdı.

    Halbuki ABŞ Talibanla çoxdan danışıqlar aparırdı və Talibanın ildırım sürəti ilə Əfqanıstanı ələ keçirməsinə də yalnız seyrçi qalmadı, həm də buna gizli dəstək verdi.

    Səbəbləri getdikcə açılır.

    Ötən gün Talibanın müvəqqəti hökumətinin rəhbərinin müavini Moskva danışıqlarında elan etdi ki, “Əfqanıstan islam əmirliyi” narkotikin kökünün tam kəsilməsi üçün hər şey edəcək. Deyəsən, dünya gücləri də bu ölkədən narkotik ixracının qarşısını almaq üçün fəaliyyətlərini genişləndirməklə bərabər, Talibana bu istiqamətdə maliyyə yardımı göstərilməsi məsələsində də həmfikirdirlər.

    ABŞ da Talibanla çalışacağını istisna etmir, sadəcə, müşahidə aparır və müvəqqəti hökumətin vədlərinin icrasını gözləyir.

    ABŞ-ın “şəriət dövlətləri” ilə ciddi müttəfiqlik ənənəsi Səudiyyə Ərəbistanının timsalında çoxdan mövcuddur. Sələfi-sünnilərlə onillərdir “strateji qardaş” olan Vaşinqton hənəfi-sünnilərlə niyə olmasın?

    Bu ittifaqı körükləyən səbəblər isə İranı illərdir ayaqda saxlayan gizli maliyyə mənbələridir.

    ABŞ-a yaxşı məlumdur ki, bu qədər ağır sanksiyalar qarşısında İran niyə tab gətirə bilir. İndi həmin səbəbləri sürətlə aradan qaldırmaq üçün bütün imkanlarını səfərbər edib.

    Əfqanıstandan narkotikin yayılma marşrutunun əsasən İrandan keçdiyi beynəlxalq qurumların hesabatında hər zaman göstərilib. ABŞ Əfqanıstandan narkotik ixracını azaldır, İranın Avropaya narkotranzitinin də qarşısını kəsir.

    Ən önəmli məqam isə narkotranzitin həm də İrana həddən artıq baha başa gələ biləcəyi haqda məlumatdır.

    ABŞ hər zaman Asiyada Pakistanla, Rusiya isə Hindistanla çalışıb. Ancaq bu gün bəlli oldu ki, Hindistanın ən nəhəng liman operatoru İrandan gələn bütün ticarət gəmilərini qəbul etməkdən imtina edir. Bu qərar 15 noyabrdan etibarən tam qüvvəyə minəcək. Hindistanın ən nəhəng liman operatorlarından “Adani Qrup” partnyorlarına da İran gəmilərini qəbul etməməklə bağlı çağırış edib.

    Səbəb isə açıq şəkildə göstərilir: İrandan gələn gəmidə (Mundra limanında) 3 ton heroinin aşkarlanması, eyni zamanda 6 iranlının 20 milyonluq heroinlə ələ keçməsi.

    Hindistan İranın narkotik alverinə qarşı ən sərt addımlara başladı. Nəzərə alsaq ki, Hindistan ABŞ-ın o qədər də nüfuz edə bilmədiyi, Rusiyanın isə əsas müttəfiqləri siyahısında olan dövlətdir, onda bu məsələdə ABŞ-Rusiya razılaşmasın haqda düşünmək lazım gəlir.

    Hindistanın ən böyük liman şirkətinin bu qərarını Moskvada, Əfqanıstan məsələsi ilə bağlı 10 ölkənin iştirakı ilə keçirilən sammit günlərində verməsi də mühümdür. Yada salaq ki, Taliban rəsmisi də narkotiklər məsələsində Əfqanıstanın müvəqqəti hökumətinin sərt addımlar atacağını həmin bu sammitdə, Moskvada elan etdi.

    Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra İranın nəzarətsiz və işğalda olan ərazilərdən narkotranzit kimi istifadə etməsinin qarşısının alındığı barədə rəsmi Bakı ən yüksək səviyyədə mövqeyini ifadə edib. Ermənistan da bu məsələdə təzyiqlərdən və narkotik himayə edən ölkə olmaqdan qurtulmaq üçün narkotrafikin qarşısını almaq məcburiyyətində qalacaq.

    Beləliklə, İran üçün “şimal qapısı” əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb, Əfqanıstandan idxal azalır, “şərq qapısında” isə daha ağır nəticələrlə üzləşir: narkotrafikə görə ümumiyyətlə ticarət gəmilərinin qəbuluna qadağa qoyulur.

    Suriya və İraqda Türkiyə, Rusiya və ABŞ (maraqlarını qoruyan silahlı qruplaşmalar vasitəsilə), o cümlədən İsrail kəşfiyyatı İranın narkotik ticarətinə daha sərt yanaşacaqlar.

    Deməli, İranın ildə onmilyardlarla dollar gəliri kəsilir və bu “kəsilmə” başqa sahələrə də sirayət edir. İranın dövlət səviyyəsində narkotik alverçisi olması səbəbindən adi ticarət gəmilərinə də problemlər yaradılacağının əlamətləri də artıq var.

    İran məngənəyə salınır, onun qeyri-qanuni gəlir mənbələri qurudulur, Tehranın narkotik satışını himayə edən ölkə olması barədə rəy beynəlxalq müstəvidə ölkələri birləşdirir və ciddi təzyiq və yeni sanksiyaların önünü açır.

    İranın ötən gün Qarabağa yükdaşımaları qadağan etməsinin səbəbini də burda axtarmaq lazım gəlir. İran çıxılmaz vəziyyətdə heç olmasa Azərbaycan və Türkiyə ilə münasibətləri qaydasına salıb, normal ticari əlaqələri qorumağa çalışacaq.

    Ancaq bunun üçün kifaqət qədər gecikib...




    Axar.az
    loading...