Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Məmur zülmünə məhkum olmuş şəhid ailələrinin naləsi... - VİDEO
  • Şuşa ərazisində “İsgəndər-M” raketinin qalıqlarının tapılması dünya mediasında geniş əks-səda doğurdu - FOTO
  • Çin peyvəndi vurduran Pakistanın Baş naziri koronavirusa yoluxub – FOTO
  • Votsap istifadəçilərinin nəzərinə - Xəbərdarlıq
  • Prezidentin köməkçisi: Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi
  • Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməklə, Azərbaycan Respublikasının inkişaf mərhələsinin təməlini qoymuşdur!!!
  • Prezident Zəngəzur dəhlizindən DANIŞDI
  • Təbib İbrahimov: “Arzu edirəm ki, Azərbaycanda xəstələrin sayı çox az olsun!”
  • Azərbaycan Ermənistanla sərhəddə işlərə başladı
  • SOYQRIMA HƏSR OLUNAN LAYİHƏ İCRA OLUNUR
  • Şair Mahir də mahir şairdi... - Yazı
  • Tehran və Bakı üçün bu sahələrdə yeni imkanlar açılır
  • Alim erməni yalanını ifşa etdi: Həmin xalçalar Bakıdadır
  • Şamil Sabiroğlu: Azərbaycanın hakimiyyət orqanları “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinə qarşı çox biganəlik göstərdilər...
  • HAVA KƏSKİN DƏYİŞİR: Nazirlik gücləndirilmiş iş rejiminə keçdi
  • Bölgələrə turist axını başladı - Ekspert açıqladı
  • Havalar isindikcə yoluxma artacaq - Alimlər
  • Atası azərbaycanlı olan erməni nazirin Azərbaycandakı restoranı - Video
  • 4 ay komada olan əsgərimiz şəhid oldu - FOTO
  • Ermənilər Xocalıda yeni qəsəbə salır?
  • Can, Azərbaycan !- İslam Ələsgərli
  • Erməni polkovnikin qulağına "Poladın qısasını aldım!" deyərək MƏHV ETDİ
  • Onlar başları əzilməli olan zəhərli ilanlardır - Baxçalı
  • Çiplənək ya yox?
  • COVİD-19-a qarşı Azərbaycan modeli və İlham Əliyevdən bəşəriyyətin xilası üçün yeni təklif
  • 23 Mar 2021, 21:54   
        148


    Türkiyənin 3 türk ölkəsi ilə hərbi sazişi: Turan ordusu?

    Azərbaycanın ardınca Mərkəzi Asiyanın türkdilli dövlətləri də Türkiyə ilə hərbi ittifaqı gücləndirməyə qərar veriblər.

    XEBERTV.AZ xəbər verir ki, bu sözləri Axar.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

    O bildirib ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev “Qazaxıstan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında hərbi əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi haqqında” qanunu imzalayıb:

    “Saziş hələ 2018-ci ilin sentyabrın 13-də imzalanıb. Sənədin əsas məqsədi Qazaxıstan və Türkiyə arasında bərabərlik və qarşılıqlı fayda prinsiplərinə əsaslanan uzunmüddətli hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsidir. İki ölkə arasındakı qarşılıqlı münasibətlər hərbi təlim və təhsil, birgə təlimlər, müdafiə sənayesi, sülhməramlı əməliyyatlar, hərbi, elmi və texniki tədqiqatlar və bir sıra digər sahələr kimi hərbi əməkdaşlıq istiqamətlərini ehtiva edir. Bundan iki gün əvvəl isə Özbəkistan Prezidenti Şövkət Mirziyeyev də ölkəsinin Türkiyə ilə imzaladığı hərbi-maliyyə sazişini təsdiq edib.

    Türkiyə Özbəkistan gəncləri üçün də hərbi akademiyalarının qapılarını açacaq”.

    Politoloqun sözlərinə görə, Ermənistan və Rusiyadakı bəlli dairələr buna görə Türkiyənin “Turan ordusu” yaratdığı haqda haray-həşir salıblar:

    “Adını nə qoyurlar qoysunlar, Türkiyə, Azərbaycan başda olmaqla, türkdilli ölkələrlə siyasi, iqtisadi və hərbi inteqrasiyanı gücləndirmək istəyir. Bu istək qarşılıqlıdır. Çünki Azərbaycan, Qazaxıstan və Özbəkistan Türkiyənin hərbi dəstəyi sayəsində təxribatlardan özlərini qorumaq istəyirlər. Bunu Azərbaycanın 44 günlük müharibədə qazandığı tarixi qələbə də sübut edir”.
    loading...