Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Məmur zülmünə məhkum olmuş şəhid ailələrinin naləsi... - VİDEO
  • Şuşa ərazisində “İsgəndər-M” raketinin qalıqlarının tapılması dünya mediasında geniş əks-səda doğurdu - FOTO
  • Çin peyvəndi vurduran Pakistanın Baş naziri koronavirusa yoluxub – FOTO
  • Votsap istifadəçilərinin nəzərinə - Xəbərdarlıq
  • Prezidentin köməkçisi: Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi
  • Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməklə, Azərbaycan Respublikasının inkişaf mərhələsinin təməlini qoymuşdur!!!
  • Prezident Zəngəzur dəhlizindən DANIŞDI
  • Təbib İbrahimov: “Arzu edirəm ki, Azərbaycanda xəstələrin sayı çox az olsun!”
  • Azərbaycan Ermənistanla sərhəddə işlərə başladı
  • SOYQRIMA HƏSR OLUNAN LAYİHƏ İCRA OLUNUR
  • Şair Mahir də mahir şairdi... - Yazı
  • Tehran və Bakı üçün bu sahələrdə yeni imkanlar açılır
  • Alim erməni yalanını ifşa etdi: Həmin xalçalar Bakıdadır
  • Şamil Sabiroğlu: Azərbaycanın hakimiyyət orqanları “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinə qarşı çox biganəlik göstərdilər...
  • HAVA KƏSKİN DƏYİŞİR: Nazirlik gücləndirilmiş iş rejiminə keçdi
  • Bölgələrə turist axını başladı - Ekspert açıqladı
  • Havalar isindikcə yoluxma artacaq - Alimlər
  • Atası azərbaycanlı olan erməni nazirin Azərbaycandakı restoranı - Video
  • 4 ay komada olan əsgərimiz şəhid oldu - FOTO
  • Ermənilər Xocalıda yeni qəsəbə salır?
  • Can, Azərbaycan !- İslam Ələsgərli
  • Erməni polkovnikin qulağına "Poladın qısasını aldım!" deyərək MƏHV ETDİ
  • Onlar başları əzilməli olan zəhərli ilanlardır - Baxçalı
  • Çiplənək ya yox?
  • COVİD-19-a qarşı Azərbaycan modeli və İlham Əliyevdən bəşəriyyətin xilası üçün yeni təklif
  • 14 Mar 2021, 19:10   
        199

    BAKI-XEBERTV.AZ

    Qarabağ müharibəsinin ardınca: Hindistan ABŞ-dan 3 milyard dollarlıq pilotsuz təyyarələr alır
    Hindistan hökuməti Azərbaycan ordusunun 44 günlük Qarabağ müharibəsindəki təcrübəsini təhlil edərək ABŞ-dan daha əvvəl sifariş verdiyi pilotsuz təyyarələrin sayını artırıb. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-ın “General Atomics” şirkəti ilə danışıqlar aparan rəsmi Dehli bu şirkətdən 3 milyard dollara 30 ədəd MQ-9 Reaper döyüş pilotsuz təyyarələri almağı planlaşdırır.

    Bu pilotsuz təyyarələrin alınmasına dair ilkin razılaşma hələ 2017-ci ildə Hindistan baş naziri Narendra Modi ilə ABŞ-ın o vaxtkı prezidenti Donald Tramp arasında danışıqlarda əldə edilmişdi. O zaman Hindistan tərəfi 22 ədəd MQ-9 Reaper almaq niyyətini ifadə etmidi. Lakin indi Qarabağ müharibəsinin ardınca Hindistan ordusu pilotsuz döyüş təyyarələrinin müasir münaqişələrdəki rolunu nəzərə alaraq onların sayını 30-a qaldırmağı qərara alıb. Plana görə Hindistan hərbi hava, dəniz və quru qüvvələrinin hər birinə 10 MQ-9 Reaper olmaqla cəmi 30 ədəd belə təyyarə alacaq.



    MQ-9 həm döyüş, həm kəşfiyyat məqsədi ilə istifadə edilən, uzun müddətə havada qala bilən və orta hündürlüklərdə uçan pilotsuz təyyarədir. Maksimal qalxma hündürlüyü 15 kilometrdir, normal uçuş hündürlüyü isə 7.5 kilometrdir. Normal uçuş sürəti saatda 313 kilometr təşkil edir. 4800 kiloqrama yaxın faydalı yük daşıyır. Tam döyüş təchizatı ilə havada 14 saat qala, 2 min kilometrə yaxın məsafə qət edə bilir.

    Xatırladaq ki, Hindistan ordusunun komandanlığı 44 günlük Qarabağ müharibəsinin ardınca Azərbaycan ordusunun döyüş təcrübəsini təhlil etməyə başlamışdı. Ordunun Baş qərargahı bildirmişdi ki, bu müharibə müasir münaqişələrdə silahlı pilotsuz aparatların rolunu ortaya qoyur və deməli silahlanma konsepsiyasında dəyişiklik edilməlidir. Hindistanın Pakistan və Çinlə sərhəd münaqişələri mövcuddur.

    Virtualaz.org


    loading...