Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Məmur zülmünə məhkum olmuş şəhid ailələrinin naləsi... - VİDEO
  • Şuşa ərazisində “İsgəndər-M” raketinin qalıqlarının tapılması dünya mediasında geniş əks-səda doğurdu - FOTO
  • Çin peyvəndi vurduran Pakistanın Baş naziri koronavirusa yoluxub – FOTO
  • Votsap istifadəçilərinin nəzərinə - Xəbərdarlıq
  • Prezidentin köməkçisi: Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi
  • Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməklə, Azərbaycan Respublikasının inkişaf mərhələsinin təməlini qoymuşdur!!!
  • Prezident Zəngəzur dəhlizindən DANIŞDI
  • Təbib İbrahimov: “Arzu edirəm ki, Azərbaycanda xəstələrin sayı çox az olsun!”
  • Azərbaycan Ermənistanla sərhəddə işlərə başladı
  • SOYQRIMA HƏSR OLUNAN LAYİHƏ İCRA OLUNUR
  • Şair Mahir də mahir şairdi... - Yazı
  • Tehran və Bakı üçün bu sahələrdə yeni imkanlar açılır
  • Alim erməni yalanını ifşa etdi: Həmin xalçalar Bakıdadır
  • Şamil Sabiroğlu: Azərbaycanın hakimiyyət orqanları “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinə qarşı çox biganəlik göstərdilər...
  • HAVA KƏSKİN DƏYİŞİR: Nazirlik gücləndirilmiş iş rejiminə keçdi
  • Bölgələrə turist axını başladı - Ekspert açıqladı
  • Havalar isindikcə yoluxma artacaq - Alimlər
  • Atası azərbaycanlı olan erməni nazirin Azərbaycandakı restoranı - Video
  • 4 ay komada olan əsgərimiz şəhid oldu - FOTO
  • Ermənilər Xocalıda yeni qəsəbə salır?
  • Can, Azərbaycan !- İslam Ələsgərli
  • Erməni polkovnikin qulağına "Poladın qısasını aldım!" deyərək MƏHV ETDİ
  • Onlar başları əzilməli olan zəhərli ilanlardır - Baxçalı
  • Çiplənək ya yox?
  • COVİD-19-a qarşı Azərbaycan modeli və İlham Əliyevdən bəşəriyyətin xilası üçün yeni təklif
  • 23 Şub 2021, 22:24   
        146

    Ceyhun Bayramov Çavuşoğlu ilə görüşdü

    BAKI-XEBERTV.AZ
    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ankaraya işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü keçirilib.

    Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, hər iki tərəfdən geniş nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə bölgədə mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparılıb.

    44 gün davam edən Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlar və yeni əməkdaşlıq imkanları, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər müzakirə edilib.

    Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpa və quruculuq prosesində qardaş Türkiyənin iştirak etməyə hazır olduğu bir daha vurğulanıb.

    Bölgədə sülhün dayanıqlı olması üçün bu ilin 30 yanvar tarixində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasının vacibliyi vurğulanıb.

    İki qardaş ölkə arasında mövcud olan intensiv dialoqun bütün istiqamətlər üzrə sürətlə inkişaf etdiyi qeyd olunub. Bu ilin 19 fevral tarixində Ankarada keçirilən İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası nəticəsində bütün sahələri əhatə edən 53 yeni fəaliyyət bəndinin qəbul edilməsinin ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafının göstəricisi olduğu vurğulanıb.

    Nazirlər iki ölkə arasında şəxsiyyət vəsiqələri əsasında vətəndaşların vizasız səfəri ilə bağlı imzalanan sənədin qüvvəyə minməsi ilə bağlı dövlətdaxili proseduraların yekunlaşdığını və qarşılıqlı nota mübadiləsindən sonra yaxın zamanlarda sənədin qüvvəyə minəcəyini məmnunluqla qeyd ediblər.

    Tərəflər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini ifadə ediblər.

    Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

    Qeyd edək ki, C.Bayramov Ankaraya işgüzar səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul edilib.
    loading...