Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Alim erməni yalanını ifşa etdi: Həmin xalçalar Bakıdadır
  • Şamil Sabiroğlu: Azərbaycanın hakimiyyət orqanları “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinə qarşı çox biganəlik göstərdilər...
  • HAVA KƏSKİN DƏYİŞİR: Nazirlik gücləndirilmiş iş rejiminə keçdi
  • Bölgələrə turist axını başladı - Ekspert açıqladı
  • Havalar isindikcə yoluxma artacaq - Alimlər
  • Atası azərbaycanlı olan erməni nazirin Azərbaycandakı restoranı - Video
  • 4 ay komada olan əsgərimiz şəhid oldu - FOTO
  • Ermənilər Xocalıda yeni qəsəbə salır?
  • Can, Azərbaycan !- İslam Ələsgərli
  • Erməni polkovnikin qulağına "Poladın qısasını aldım!" deyərək MƏHV ETDİ
  • Onlar başları əzilməli olan zəhərli ilanlardır - Baxçalı
  • Çiplənək ya yox?
  • COVİD-19-a qarşı Azərbaycan modeli və İlham Əliyevdən bəşəriyyətin xilası üçün yeni təklif
  • Azərbaycanın əməliyyat sistemi bazarında "Android" liderdir
  • Xiaomi Mi11 Pro-nun yeni görüntüləri yayımlandı
  • Şəhidlərin 80 faizdən çoxu ali təhsilsiz, orta məktəbi doğru düzgün oxumayanlardır Səxavət Məmməd yazır.......
  • Şuşa və Hadrutun topoqrafik xəritəsi hazırlanır
  • Zəngilan: düşmən Məmmədbəyli kəndini də viran qoyub
  • Gürcüstan sakinləri II Qarabağ müharibəsi barədə nə düşünür? - SORĞU
  • Ermənilərin Horadizdə dağıtdığı evlər bərpa edilir
  • Qələbənin "Zəfər nəğməsi" - VİDEO
  • Baxçalı Şuşadakı məktəbin layihəsini təqdim etdi - Video
  • General Həzi Aslanov necə qətlə yetirilib... - Erməni izi
  • “6G” texnologiyası nə vəd edir?
  • İSLAM ƏLƏSGƏRLİ- TÜRKİYƏ AZƏRBAYCAN DOSTLUĞUNA
  • 13 Şub 2021, 00:29   
        122

    Azərbaycan rəsmisi Araiklə görüşdədir? – Erməni KİV

    Azərbaycanın rəsmi nümayəndəsi ilə keçmiş və qondarma “dqr”in separatçı-terrorçu rəhbəri arasında görüş keçirilir.

    XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə separatçı-terrorçuların nümayəndəsi Lusine Avanesyan çıxış edib.

    Onun sözlərinə görə, görüş Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan və Qarabağdakı rus sülhməramlı kontingentinin rəhbəri Rüstəm Muradovun iştirakı ilə baş tutub.

    Avanesyan bildirib ki, görüş "qeyri-siyasidir", yalnız itkin düşənlərin axtarışı, əsirlərin qaytarılması və digər humanitar məsələlər müzakirə olunub. Bundan başqa 90-cı illərdəki hərbi əməliyyatlardan sonra taleləri naməlum olan vətəndaşlar barədə də söhbət aparılıb.

    Avanesyan danışıqların təfərrüatı ilə bağlı əlavə məlumat verməyib:

    “Danışıqlar hələ başa çatmayıb. Hər hansı bir söz, səhv formul ziyan verə bilər. Gəlin hadisələrin inkişafını birlikdə gözləyək, çünki hər hansı müsbət irəliləyiş hamımız üçün yaxşı xəbər olacaq”.

    Separatçı-terrorçuların nümayəndəsi görüşdə Azərbaycanı təmsil edən nümayəndənin kim olduğunu açıqlamayıb və bunu “qarşı tərəfin səlahiyyəti” kimi qələmə verib.

    Qeyd edək ki, Azərbaycanın Qarabağda heç vaxt hər hansı qurumun və onun “rəsmiləri”nin mövcudluğunu tanımayıb və bütün beynəlxalq təziqlərə baxmayaraq, onlarla bir dəfə də olsun hər hansı görüş keçirməyib. Azərbaycan qondarma “dqr”i yaradanın da, Azərbaycan torpaqlarını işğal altında saxlayanın da Ermənistan olduğunu açıq şəkildə bəyan edib və bütün danışıqları da, müharibəni də bu ölkə ilə aparıb.

    Xüsusilə vurğulamaq yerinə düşər ki, A.Arutyunyan haqda Azərbaycanda cinayət işi qaldırılıb və bu terrorçu axtarışdadır. Azərbaycanın rəsmi nümayəndəsinin terrorçu ilə görüşməsi mümkün görünmür.

    Yayılan məlumatla bağlı XİN-ə sorğu göndərilib.
    loading...