Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Alim erməni yalanını ifşa etdi: Həmin xalçalar Bakıdadır
  • Şamil Sabiroğlu: Azərbaycanın hakimiyyət orqanları “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinə qarşı çox biganəlik göstərdilər...
  • HAVA KƏSKİN DƏYİŞİR: Nazirlik gücləndirilmiş iş rejiminə keçdi
  • Bölgələrə turist axını başladı - Ekspert açıqladı
  • Havalar isindikcə yoluxma artacaq - Alimlər
  • Atası azərbaycanlı olan erməni nazirin Azərbaycandakı restoranı - Video
  • 4 ay komada olan əsgərimiz şəhid oldu - FOTO
  • Ermənilər Xocalıda yeni qəsəbə salır?
  • Can, Azərbaycan !- İslam Ələsgərli
  • Erməni polkovnikin qulağına "Poladın qısasını aldım!" deyərək MƏHV ETDİ
  • Onlar başları əzilməli olan zəhərli ilanlardır - Baxçalı
  • Çiplənək ya yox?
  • COVİD-19-a qarşı Azərbaycan modeli və İlham Əliyevdən bəşəriyyətin xilası üçün yeni təklif
  • Azərbaycanın əməliyyat sistemi bazarında "Android" liderdir
  • Xiaomi Mi11 Pro-nun yeni görüntüləri yayımlandı
  • Şəhidlərin 80 faizdən çoxu ali təhsilsiz, orta məktəbi doğru düzgün oxumayanlardır Səxavət Məmməd yazır.......
  • Şuşa və Hadrutun topoqrafik xəritəsi hazırlanır
  • Zəngilan: düşmən Məmmədbəyli kəndini də viran qoyub
  • Gürcüstan sakinləri II Qarabağ müharibəsi barədə nə düşünür? - SORĞU
  • Ermənilərin Horadizdə dağıtdığı evlər bərpa edilir
  • Qələbənin "Zəfər nəğməsi" - VİDEO
  • Baxçalı Şuşadakı məktəbin layihəsini təqdim etdi - Video
  • General Həzi Aslanov necə qətlə yetirilib... - Erməni izi
  • “6G” texnologiyası nə vəd edir?
  • İSLAM ƏLƏSGƏRLİ- TÜRKİYƏ AZƏRBAYCAN DOSTLUĞUNA
  • 12 Şub 2021, 23:51   
        116

    BAKI-XEBERTV.AZ
    “XXI əsrin müqaviləsi”: İlham Əliyev Azərbaycanın gələcəyini inşa edir...

    “XXI əsrin müqaviləsi”: İlham Əliyev Azərbaycanın gələcəyini inşa edir...
    2015-ci ildə Cənud Qaz Dəhlizi Məşvərət Şurasının ilk iclası Bakıda keçiriləndə bu nəhəng layihənin reallaşa biləcəyinə şübhə ilə yanaşanlar var idi. Artıq ilk iclasdan 6 il ötür və Azərbaycan qazı Avropa bazarındadır.

    Bu, uzaqmənzilli strategiyanın nəticəsidir və təməlləri hələ 1994-cü ildə “Əsrin müqaviləsi” qədər gedib çıxır. Heydər Əliyev hakimiyyətə qayıdanda ölkəni böhrandan çıxarmağın yeganə yolunun neft strategiyasında olduğunu bilirdi. Qərb və yeni dağılan SSRİ-nin varisi Rusiya arasında yenicə başa çatan “soyuq müharibə” fonunda rəsmi Bakının durumu o qədər də ürəkaçan deyildi. Lakin Heydər Əliyev ağıllı gedişlə “Əsrin müqaviləsinə” nail olmağı bacardı. Bu müqavilə Avropanın neftlə təmin olunmasında xüsusi rol oynadı və 20 il öncə reallaşan layihə bu gün də işləyir. Heydər Əliyevi isə Azərbaycanın maraqları və gələcəyi düşündürürdü. Məhz 20 il öncə atılan addım bugünkü müstəqil Azərbaycanın ilk təməl daşı oldu.

    Üzərindən 20 il ötür, Qərb-Rusiya qarşıdurması hələ də aktual olaraq qalmaqda idi və Ukraynada baş verənlər əsas mübarizə faktorunun mavi yanacaq olduğunu göstərdi. Qərb cəbhəsi avropalıları soyuqdan qorumaq üçün Rusiyanın hər qış istifadə etdiyi “qaz təzyiqindən” xilas olmaq istəyir, bunun üçün alternativ mənbələr axtarırdı. Ortaya “Nabucco” layihəsi çıxdı. Layihənin müəllifi Qərb idi və hesablamalara görə, Azərbaycan qazı Avropaya çıxarılacaqdı. Lakin “Nabucco”nun perspektivləri qaranlıq oldu. Bu layihənin olduqca bahalı olması və reallaşmasında ortaya çıxan problemlər Bakını da narahat edirdi. “Nabucco” arxivə atılanda çoxları Azərbaycanın strateji əhəmiyyətinin azaldığını, Avropanın enerji axtarışında yönünü dəyişdirdiyini düşünürdü. Lakin bu vaxt İlham Əliyev faktoru meydana çıxdı və Azərbaycan lideri incə, həm də kifayət qədər ağıllı manevr etdi. Rəsmi Bakı Avropaya yeni layihə təklif etdi: bu layihənin müəllifi başqa yerdə yox, məhz Azərbaycanda idi: Cənub Qaz Dəhlizi.

    4 seqmentdən (“Şahdəniz – 2”, Cənubi Qafqaz boru kəməri, Trans Anadolu Təbii Qaz Kəməri (TANAP) və Trans Adriatik Boru kəməri (TAP) olan layihə 2014-cü ildə irəli sürüldü. Qarşıda uzun və çətin yol var idi, hesab olunurdu ki, layihəni gerçəkləşdirmək mümkün olmayacaq, ən yaxşı halda proses uzun çəkəcək. Proqnozlar doğru çıxmadı, Azərbaycanın siyasi iradəsi və layihə iştirakçılarının səyi nəhəng layihənin həyata vəsiqə almas ilə nəticələndi.

    1994-cü ilin 20 sentyabr tarixindən 20 il sonra 2014-cü ilin 20 sentyabr tarixində Bakıda “Cənub qaz dəhlizi”nin təməli atıldı. Bu, İlham Əliyevin “XXI əsrin müqaviləsi” idi.

    - “Şahdəniz” yatağının ehtiyatları 1,4 trilyon kubmetr hesab olunur. Yatağın ilkin fazası “Şahdəniz -1” 2006-cı ildə istifadəyə verilib və ildə 9 milyard kubmetr təbii qaz istehsal edir. “Şahdəniz – 2” isə yatağın əsası hissəsini təşkil edir.

    - Cənubi Qafqaz boru kəmərinin (Bakı-Tiflis-Ərzurum) inşası 2006-cı ildə yekunlaşdırılıb. 691 kilometr uzunluğu olan kəmərin 443 kilometri Azərbaycan, 248 kilometri isə Gürcüstanın payına düşür. Səngəçal terminalından başlanğıcını götürən kəmər Türkiyə-Gürcüstan sərhədində tamamlanır.

    - TANAP Türkiyə-Gürcüstan sərhədində yerləşən Ərdəhan vilayətindəki Posof mahalının Türkgözü kəndindən başlayaraq Ərdəhan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Eskişehir, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Ədirnə olmaq üzrə 20 vilayət, 67 mahal və 600 kənddən keçərək Yunanıstan sərhədində Ədirnənin İpsala mahalında yekunlaşır və bu nöqtədən etibarən TAP-a bağlanır.

    - TAP Cənub Qaz Dəhlizi layihəsində yekun mərhələdir. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə (TANAP) birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək, İtaliyanın cənub sahillərinə çatır.

    Cənub Qaz Dəhlizi layihəsi özündə 4 seqmenti və bu marşrut üzərində yerləşən ölkələri birləşdirir. Layihə həm də dünyada öz unikallığı ilə seçilir: marşrutun bir hissəsi hündürlüyü 2500 metr olan dağlardan, bir hissəsi isə dəniz dibindən keçir;

    Cənub Qaz Dəhlizi Avropa üçün nə deməkdir?

    Rusiya – Ukrayna böhranından sonra Avropada bir məsələ aktuallığını getdikcə artırdı: enerji istehlakı bir mənbədən asılı olmamalıdır. Təbii ki, bu səbəbsiz deyildi. İlk növbədə Rusiya qaz istehsalından istədiyi vaxt siyasi təzyiq kimi istifadə edirdi. Misal üçün, 2006-2009-cu illərdə Ukrayna ilə qaz alqı-satqısında qiymətlərdə razılaşa bilməyən Rusiya Avropanın qazını kəsmişdi. Bu böhrandan ən çox əziyyət çəkən isə Cənub-Şərqi Avropa ölkələri idi. Enerji təchizatının şaxələndirilməsi deyiləndə Avropa üçün əsasən bu regionun qazla təminatı önə çıxır. Bu region Avropanın ən zəif nöqtəsi hesab olunur. Çünki söhbət təkcə region ölkələrinin bir enerji mənbəsindən asılılığından getmir, eyni zamanda, istehsalçının tələb etdiyi istənilən qiymətə razılaşmaq məcburiyyəti də problem olaraq qalır. Misal üçün, Makedoniya, Bosniya və Hersoqovina, Serbiya, Yunanıstan, Bolqarıstan Rusiyadan mavi yanacağı 500 dollar civarında alırdı. Bu onsuz da iqtisadi vəziyyəti yaxşı olmayan ölkələr üçün fantastik məbləğdir. Məhz bu baxımdan, Cənub Qaz Dəhlizi Avropanın “zəif nöqtəsini” gücləndirmək, iqtisadi baxımdan yanaşsaq, bazarda rəqabət yaratmaq üçün önəmlidir.

    Cənub Qaz Dəhlizi layihəsinin əsas özəlliklərindən biri də kəmərlərin keçdiyi ölkələrin bu və ya digər formada dividentlər əldə etməsidir: Makedoniya və Serbiya kimi ölkələr kəmərin təhlükəsizliyini təmin etməklə gəlir əldə edirsə, Yunanıstan yeni iş yerləri və qazanc əldə edir. Layihənin reallaşmasında iştirak edən 11 şirkətin mənsub olduğu ölkələrin hər biri bu prosesdə qazanan tərəflərdir.

    Azərbaycanın qazanacağı dividentlər

    Bakının müəllifi və əsas iştirakçısı olduğu Cənub Qaz Dəhlizi bir sıra Avropanı belə demək mümkünsə, xilas etməklə yanaşı, Azərbaycan üçün də iqtisadi və siyasi divident baxımından önəmlidir.

    Azərbaycan öz qaz ehtiyatlarının Avropa bazarlarına çıxarmaqla kifayət qədər gəlir əldə edəcək. Bu, ölkənin iqtisadi gələcəyinə ən unikal yatırımdır. Digər tərəfdən, layihəyə əlavə mənbələr qoşulacağı təqdirdə tranzit haqqından gəlir götürüləcək. Enerji sektoru daha da inkişaf edəcək, dövət büdcəsi böyük gəlirlər əldə edəcək, ölkəyə xarici investorların gəlişi daha da stimullaşacaq, Azərbaycan Avropanın qaz bazarında əsas payçılardan biri olacaq ki, bu da milli maraqlarımızın siyasi platformalarda təmin edilməsinə zəmin yaradacaq.

    Artıq Cənub Qaz Dəhlizi layihəsi tamamlanıb, Azərbaycan qazı Avropa bazarındadır, İtaliya, Yunanıstan və Bolqarıstanda istehlakçılar bu qış ilk dəfə olaraq Azərbaycanın təbii qazından istifadə edir.

    Bütün bunlar siyasi iradə nəticəsində nəhəng layihənin həyata keçirilməsi, Avropa və Azərbaycanın siyasi-iqtisadi gələcəyinin müəyyən edilməsi, bütün iştirakçı ölkələrin böyük dividentlər əldə etməsi deməkdir. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclasında səslənən fikirlər və verilən konkret mesajlar da deməyə əsas verir.

    Azərbacan liderinin çıxışı perspektiv addımlar haqda fikir yürütməyə imkan verir.

    Prezident İlham Əliyev bildirdi ki, Cənub Qaz Dəhlizi layihəsi təkcə marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsindən ibarətdir. “Bu, olduqca vacib məsələdir və real şaxələndirmə deməkdir. Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbədir. Çünki bizim təsdiqlənmiş təbii qaz ehtiyatımız 2,6 trilyon kubmetr təşkil edir və yeni məlumatlara görə bu həcm daha da artıq ola bilər. “Azəri-Çıraq-Günəşli” yatağında “dərin qaz” adlanan layihəni də nəzərə alsaq, bizim potensialın mənzərəsi daha da aydın olar”.

    Daha sonra Prezident İlham Əliyev Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağına dair Anlaşma Memorandumunun imzalanması haqqında məlumat verdi və qeyd etdi ki, bu, Xəzər dənizi və onun hüdudlarından kənarda gələcək enerji əməkdaşlığı üçün də çox faydalı olacaqdır.

    “Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan artıq Xəzər dənizinin şərq sahilində olan enerji ehtiyatlarının nəqli üçün etibarlı tranzit ölkəyə çevrilib. Uzun illərdir ki, biz Xəzərin şərqində yerləşən tərəfdaşlarımız üçün Bakı-Tbilisi-Ceyhan boru kəməri və ölkəmizin dəmir yolu sistemi vasitəsilə vacib nəqliyyat marşrutları üzrə təchizatı təmin edirik. Yəni, Azərbaycan özünü etibarlı tranzit ölkə kimi təsdiq etmişdir”, - deyə dövlət başçısı bildirdi.

    Bu, gələcəkdə Mərkəzi Asiya ölkələrinin karbohidrogen ehtiyatlarının da Cənub Qaz Dəhlizi layihəsi və mövcud neft kəmələri vasitəsilə Avropa bazarına çıxarıla biləcəyinin mesajıdır.

    “Əsrin müqaviləsi”ndən sonra Azərbaycan “XXI əsrin müqaviləsi”ni də gerçəkləşdirdi və bu, həm ölkəmiz, həm də bölgəmiz, həm də Avropanın gələcəyi üçün əhəmiyyətli investisiyadır.
    publika.az
    loading...